Elşad Nurəliyev
AMEA, Tarix İnstitutu
XUDADAT BƏY AĞA OĞLU MƏLİK-ASLANOV

Açar sözlər: Azərbaycan Demokratik Respublikası, Xudadat bəy Ağa oğlu Məlik-Aslanov, Poçt və Teleqraf Nazirliyi
Key words: Democratic Republic of Azerbaijan, Khudadat bey Aga oghlu Malik-Aslanov, Ministry of Post and Telegraph
Anahtar kelimeler: Azerbaycan Demokratik Cumhuriyeti, Hudadat bey Ağa oğlu Melik-Aslanov, Posta ve Telgraf Bakanlığı

Xalqımızın istiqlala qovuşmasında, tərəqqisində, Şərqdə ilk demokratik respublika – Azərbaycan  Demokratik Respublikasının, Xalq Cümhuriyyətinin qurulmasında müstəsna xidmətlər göstərmiş şəxsiyyətlərdən biri də Xudadat bəy Ağa oğlu Aslanovdur.
Xudadat bəy Məlik–Aslanov məşhur alim, ixtiraçı-mühəndis idi. O, 1879-cu ilin aprelində Şuşa şəhərində anadan olub. 1899-cu ildə Şuşa realni məktəbini bitirmişdir. Şuşada təhsilini başa vurduqdan sonra Peterburq Yol Mühəndisliyi İnstitutuna daxil olan X.B.Məlik-Aslanov 1904–cü ildə ali təhsilini birinci dərəcəli diplomla bitirmişdir. İnstitut həyatından sonra bir müddət siyasi fəaliyyətlə məşğul olmuşdur.1901–1904–ci illərdə Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü olmuş və partiyanın Peterburq komitəsində çalışmışdır.

MƏQALƏNİ YÜKLƏ [214,79 Kb] (yüklənib: 11)
© Jurnalda çap olunan materiallardan istifadə edərkən istinad mütləqdi.
Ünvan: AZ1073. Bakı ş., Yasamal r-nu,
              Mətbuat pr., 529-cu məhəllə “Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    (+994 12) 510 63 99
Mob.: (+994 50) 209 59 68
           (+994 55) 209 59 68
www.aem.az
E-mail: elmmerkezi@gmail.com