Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/45/200-206

Tural Məhərrəmov

Milli Aviasiya Akademiyası

doktorant

https://orcid.org/0009-0008-3457-0884

tural.mhr@gmail.com

 

Abşeron ərazisində neft dağılmalarının aerokosmik metodlarla tədqiqi

 

Xülasə

 

Bu məqalə, Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərdə ekoloji vəziyyətin qiymətləndirilməsi və torpaqların çirklənmə səviyyəsinin təhlilinə yönəlmişdir. Tədqiqatda, neft dağılmalarını aşkarlamaq və bu ərazilərdəki dəyişiklikləri izləmək məqsədilə müxtəlif geosensör texnologiyalarından istifadə edilmişdir, o cümlədən Sentinel-1 radar peyk şəkilləri, SAR (synthetic aperture radar) və Landsat-8 peyk məlumatları. Bu geosensör texnologiyalarının tətbiqi ilə yer səthindəki dəyişikliklər, xüsusilə də neft çirklənməsinin yayıldığı ərazilər asanlıqla müəyyən edilmişdir. Peyk məlumatları, müxtəlif zaman aralıqlarında toplanmış görüntülərlə, torpaq səthindəki dəyişiklikləri izləyərək, neftlə çirklənmiş ərazilərin genişlənməsi və ya azalma potensialını göstərməkdə mühüm rol oynayır.

Əldə olunan peyk şəkilləri ArcGIS Pro proqram təminatında analiz edilərək, çirklənmiş sahələrin sərhədləri dəqiq müəyyənləşdirilmiş və vizual olaraq xəritə üzərində göstərilmişdir. Bu xəritələr, tədqiqatçılara ərazinin daha geniş perspektivdə qiymətləndirilməsi, çirklənmənin növü və intensivliyinin təhlilinə imkan tanımışdır. Bu məlumatların xəritələşdirilməsi həmçinin, torpaqlarda baş verən deqradasiya proseslərinin izlənməsi və gələcəkdə bu ərazilərdə həyata keçiriləcək təmizləmə və bərpa işlərinə dair müvafiq tədbirlərin görülməsi üçün əhəmiyyətli bir əsas yaratmışdır.

Açar sözlər: Abşeron yarımadası, neftlə çirklənmiş ərazilər, ekoloji vəziyyət, torpaq çirklənməsi, geosensör texnologiyaları, Sentinel-1, SAR, Landsat-8, peyk məlumatları, ArcGIS Pro


Baxış: 55