DOI: https://doi.org/10.36719/2789-6919/47/45-51
Bahar Qədirova
Bakı Slavyan Universiteti
doktorant
https://orcid.org/0009-0008-6683-0505
bahar.gadirova@gmail.com
Adam Mitskeviçin əsərlərinin tərcümələri haqqında
(Azərbaycan və rus dilinə edilmiş tərcümə materialları əsasında)
Xülasə
Məqalədə polyak şairi Adam Mitskeviçin yaradıcılığında bədii tərcümənin rolu məsələsi qısa şəkildə araşdırılır. Araşdırma prosesinin birinci hissəsində orientalist şairin Şərq klassiklərindən iqtibas etdiyi qəsidələrin yaranma tarixi və üslub xüsusiyyətlərindən söhbət açılır. Burada həmçinin Mitskeviçin Şərqin mədəniyyət tarixinə olan yaradıcı marağının obyektiv səbəblərinə toxunulur. Mövcud tədqiqat materialının ikinci hissəsində A.Mitskeviçin Şərq mövzusunda yazdığı əsərlərin Azərbaycan və rus tərcümələrinin bir qismi müqayisəli şəkildə təhlil olunur. Təhlillər zamanı müəllif üslubunun ayrı-ayrı mütərcimlər tərəfindən saxlanılma səviyyələrinə aydınlıq gətirilməsinə cəhd olunur. Mövcud məqalədə ayrı-ayrı əsərlər üzərində aparılan müqayisəli tədqiq prosesi boyu xarakterik Şərq leksikası və bədii təsvir vasitələrinin yenidən verilməsi məsələsi diqqət mərkəzində saxlanılmışdır.
Açar sözlər: tərcümə, poeziya, obraz, klassik, şair