DOI: https://doi.org/10.36719/2706-6185/50/13-21
Müşfiq Çobanov
Azərbaycan Texniki Universiteti
filologiya üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0008-8684-2722
mborcali@gmail.com
Azərbaycan ədəbiyyatında gürcü obrazları
Xülasə
Məqalədə Azərbaycan ədəbiyyatında gürcü obrazları araşdırılır. Göstərilir ki, Azərbaycan və gürcü xalqlarının tarixi keçmişi onların ədəbi-bədii düşüncəsində də öz əksini tapmışdır. Gürcü ədəbiyyatında Azərbaycan, Azərbaycan ədəbiyyatında isə Gürcüstan mövzusu ən çox işlənən mövzulardan olmuşdur. Hər iki xalqın minillik ədəbiyyatında bu mövzuya epizodik və vaxtaşırı rast gəlmək mümkündür. Bu təsvirləri iki yerə bölmək olar: birincisi, məkanın, yerin, təbiətin gözəlliyinin təsviri; ikincisi, obrazların yaradılması. Bu cəhətdən gürcü ədəbiyyatında azərbaycanlı, Azərbaycan ədəbiyyatında isə gürcü obrazları zənginliyi ilə fərqlənir.
Azərbaycan ədəbiyyatında gürcü obrazlarına nəzər yetirmiş olsaq, zəngin obrazlar qalereyası ilə rastlaşırıq. Azərbaycan ədəbiyyatında gürcü obrazları bir xüsusiyyəti ilə yadda qalır: bu da bu obrazların hamısının müsbət istiqamətdə işlənilməsidir. Ədəbiyyatımızda erməni obrazlarının da işlənildiyini nəzərə alsaq, müqayisə aparmaq kifayətdir ki, bunun əksini görək. Ədəbiyyatımızda işlənən erməni obrazları haqqında eyni şeyi demək çətindir. Bu da onu göstərir ki, Cənubi Qafqazda kök salmış bu iki xalq tarixən bir-birinə dayaq olmuş, ən çətin günlərdə belə qonşuluq münasibətlərini qoruyub saxlamışlar.
Açar sözlər: gürcü, obraz, Azərbaycan ədəbiyyatı, yaradılması, müsbət