ELMİ İŞ
 Beynəlxalq Elmi Jurnal

 ISSN: 2663-4619 

e-ISSN: 2708-986X 

DOI: 10.36719
 
–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

ELMİ QAYNAQLAR

XXI RESPUBLİKA ELMİ KONFRANSI  
 

Elm sahələri

 

Humanitar və İctimai elmlər

Təbiət elmləri

Riyaziyyat və Mexanika

Texnika elmləri

 

Əlyazma qəbulunun son tarixi:     22.05.2025

Konfransın keçiriləcəyi tarix:       08.06.2025 

 

Konfransın işçi dilləri: Azərbaycan və İngilis 
 

“Azərbaycan Elm Mərkəzi” “Crossref” təşkilatının üzvü olduğu üçün 

mərkəzdə çap olunan məqalələrə, konfrans materialları və tezis toplularına DOI: 10.36719 təyin edilir. 

Müəlliflərə “Azərbaycan Elm Mərkəzi”  tərəfindən Beynəlxalq Sertifikat verilir. 
 

Konfrans materialının yazı qaydaları
 

  • Tezislər A4 formatında, 14 ölçüdə, 1,5 sətirarası məsafə ilə Times New Roman şriftlə yazılmalı, səhifənin aşağı, yuxarı, sağ-sol tərəflərində 2 sm boş məsafə buraxılmalıdır.
  • Tezislərin həcmi 1-3 səhifə arası olmalıdır.
  • Tezislərdə müəllifin adı və soyadı (məs.: Leyla Qədirova), çalışdığı müəssisənin adı tam şəkildə, elmi dərəcəsi, elektron poçt ünvanı və telefon nömrəsi tezislərin başlığından əvvəl sağ tərəfdə yazılmalıdır. Təhsilini davam etdirən müəllif, təhsil pilləsinə uyğun olaraq, bakalavriat, magistrant və ya doktorant olduğunu qeyd etməlidir. Hazırda təhsil almayan və çalışmayan müəllif yalnız yaşadığı şəhər və ölkə adını qeyd etməlidir.
  • Açar sözlər 5 sözdən az olmayaraq Azərbaycan və ingilis dillərində yazılmalıdır.
  • Əgər istinad varsa, tezislərin sonunda əlifba sırası ilə ədəbiyyat siyahısı yazılmalıdır.
  • Tezis daxilində istinadlar iki formada yazılmalıdır: mənbəyə ümumi olaraq istinad edilərsə, səhifə nömrəsi göstərilmədən (məs.: Qədirova, 2011), xüsusi olaraq bir səhifəyə istinad edilərsə, səhifə nömrəsi göstərilməklə (məs.: Qədirova, 2011, s. 87).
  • Tezisdə istinad olunan mənbələr Azərbaycan və ingilis dillərindədirsə, həmin dillərdə yazılmalı, digər dillərdə olarsa, latın qrafikasına transliterasiya edilməlidir.

 

Konfrans ödənişlidir 
 

e-mail: aem.konfrans@aem.az

aem.az 
 

Ünvan: Bakı şəh., Mətbuat pr., 529,

“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə

 

   Tel:  +994 99 809 67 68

            +994 99 808 67 68

            +994 12 510 63 99

 

 

 


Baxış: 6147