Archive
SCIENTIFIC RESEARCH - 2026 SCIENTIFIC RESEARCH-2025 SCIENTIFIC RESEARCH 2024 SCIENTIFIC RESEARCH 2023 SCIENTIFIC RESEARCH 2022 SCIENTIFIC RESEARCH 2021

 

Doğuşdan sonrakı dövrdə koqnitiv funksiyalar: Neyrobioloji və psixoloji amillərin icmalı

 

Nəzrin Məmmədova

 

Xülasə. Doğuşdan sonrakı dövr qadının idrak funksiyasına təsir göstərə biləcək əhəmiyyətli bioloji və psixoloji dəyişikliklərlə müşayiət olunur. Bu icmalın məqsədi, yaddaşa, beyində struktur və funksional dəyişikliklərə və doğuşdan sonrakı depressiyaya diqqət yetirərək, doğuşdan sonrakı dövrdə idrak funksiyası üzrə mövcud tədqiqatları təhlil etməkdir. İcmaya PubMed verilənlər bazasından seçilmiş elmi nəşrlər, o cümlədən neyrogörüntüləmə tədqiqatları, uzunmüddətli tədqiqatlar və icmal məqalələri daxil edilmişdir. Ədəbiyyat icmalı göstərdi ki, qadınlar doğuşdan sonra tez-tez subyektiv olaraq yaddaş itkisi barədə məlumat versə də, obyektiv tədqiqatlar əksər hallarda yalnız kiçik dəyişiklikləri vəya heç bir idrak pozğunluğunu aşkar etmir. Bu uyğunsuzluğun mümkün izahlarından biri qadınların öz idrak qabiliyyətləri haqqında qavrayışlarına təsir edən "hamiləlik beyni" adlanan geniş yayılmış stereotipdirNeyrogörüntüləmə tədqiqatları göstərir ki, doğuşdan sonrakı dövrdə qadının beyni ana davranışı, emosional tənzimlənməsi, motivasiyası, empatiyası və mükafatlandırma sistemi ilə əlaqəli sahələrdə əhəmiyyətli adaptiv dəyişikliklərə məruz qalır. Bundan əlavə, doğuşdan sonrakı depressiya emosional emal və özünütənzimləmədən məsul olan beyin şəbəkələrindəki dəyişikliklərlə əlaqələndirilir. Ümumilikdə, mövcud məlumatlar doğuşdan sonrakı idrak dəyişikliklərinin adətən yüngül olduğunu və nəzərəçarpacaq dərəcədə idrak azalması əvəzinə analığa uyğunlaşmanı əks etdirdiyini göstərir.

 

Açar sözlər: doğuşdan sonrakı dövr, koqnitiv funksiya, yaddaş, beyin plastikliyi, doğuşdan sonrakı depressiya, ana beyni

 


Views: 6