MÜASİR RƏSSAMLARIN YARADICILIĞINDA BAKI TƏSVİRLƏRİ

DOI: 10.36719/AEM/2007-2020/54/169-172
Arzu Fazil qızı Haşımova
Azərbaycan  Dövlət Rəssamlıq Akademiyası

MÜASİR RƏSSAMLARIN YARADICILIĞINDA BAKI TƏSVİRLƏRİ

Açar sözlər: Müasir incəsənət, rəngkarlıq, Bakı, kompozisiya, mənzərə
Key words: Contemporary art, painting, Baki, composition, landscape 
Ключевые слова: Современное искусство, живопись, Баку, композиция, пейзаж

Giriş
XX əsrin 70-80-ci illərindən başlayaraq rəngkarlıq sahəsində yeni meyllərin yaranmasını xüsusilə vurğu­lamaq lazımdır. Yaradılan təsvirlərdə primitivlik, şərtilik, deformasiya və s. üsullar özünü büruzə verirdi. Artıq 1990-cı illərdə Azərbaycan Respublikası müstəqil dövlət elan olunandan sonra incəsənətdə də yeni tendensiyalar yaranır. Rəssamlar azad yaradıcılığa meyl edərək avanqard cərəyanlardan və konseptual incəsənətdən faydalanaraq öz fərdi dəst-xətlərini formalaşdırırdılar.
Azərbaycan təsviri sənət tarixində avanqard istiqamətinin ikinci dalğasının təməlini qoyan, Abşeron rəssamlıq məktəbinin banisi Mircavad Mircavadov olmuşdur. Bu məktəbin nümayəndələri Bakı ətrafı əraziləri, qəsəbələri gəzərək burada yaşayan insanların gündəlik həyat və məişətini təsvir edirdilər. Novator rəssam milli ənənələr ilə yanaşı dünya incəsənətinin ənənələrindən bəhrələnərək yaradıcılığını zənginləş­dirmişdir. 

MƏQALƏNİ YÜKLƏ [203,2 Kb] (yüklənib: 7)
14-06-2020, 16:17 Məqalənin davamı
AZƏRBAYCANIN MƏDƏNİ İRSİNDƏ ÇİY KƏRPİCDƏN HÖRÜLMÜŞ DAİRƏVİ VƏ DÜZBUCAQLI TİKİLİLƏRİN YERİ

DOI: 10.36719/AEM/2007-2020/54/165-168
Vəfa Nizami qızı Həsənova
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

AZƏRBAYCANIN MƏDƏNİ İRSİNDƏ ÇİY KƏRPİCDƏN HÖRÜLMÜŞ 
DAİRƏVİ VƏ DÜZBUCAQLI TİKİLİLƏRİN YERİ

Açar sözlər: çiy kərpic memarlığı, dairəvi və düzbucaqlı evlər, pasportlaşma, mühafizə, bərpa 
Key words: architecture of raw bricks, round and rectangular houses, passportization, security, restoration 
Ключевые слова: архитектура из необработанного кирпича, круглые и прямоугольные дома, паспортизация, охрана, реставрация

Azərbaycan qədim mədəniyyət ölkəsidir. Onun mənşəyinə dair olan suallara uzaq keçmişdən olan izlərdə, bu günə qədər yaşayan memarlıq abidələri, qaya şəkilləri və arxeoloji qazıntıların bizə qazandırdığı artefaktlarda cavab tapa bilərik. Son illərdə Azərbaycanda arxeoloqların elmi kəşfləri bu bölgədə yaşayan qədim insanların orjinal tikinti mədəniyyətinin yaranma və inkişaf etmə yoluna yenidən baxmağa izin verir. Azərbaycanın qədim mədəni irsinin mütərəqqi xətt üzrə inkişafında qonşu Şərq ölkələrinin yüksək mədəniyyətləri və svilizasiyaları ilə yaradıcı qarşılıqlı təsir amili də xüsusi rol oynamışdı. Yaxın Şərqə və Xəzəryanı bölgələrə inteqrasiya şəraitində Azərbaycan ərazisi vahid mədəni məkanın tərkib hissəsinə çevrilmişdi. Əkinçilik və maldarlığın inkişafı üçün əlverişli şəraitə malik olan Azərbaycan ərazisinə hətta Ön Asiyanın mədəni mərkəzlərindən, o cümlədən, Mesopotamiyadan əkinçi tayfaların köçü başlanmışdı.

MƏQALƏNİ YÜKLƏ [152,15 Kb] (yüklənib: 3)


14-06-2020, 16:07 Məqalənin davamı
XX ƏSRİN 60-70-Cİ İLLƏRİNDƏ AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ RƏNGKARLIQ NÜMUNƏLƏRİNƏ XAS OLAN QADIN OBRAZLARININ BƏDİİ XÜSUSİYYƏTLƏRİ

DOI: 10.36719/AEM/2007-2020/54/161-164
Fidan Nazim qızı Məmmədova 
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

XX ƏSRİN 60-70-Cİ İLLƏRİNDƏ AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ RƏNGKARLIQ
 NÜMUNƏLƏRİNƏ XAS OLAN QADIN OBRAZLARININ BƏDİİ XÜSUSİYYƏTLƏRİ 

Açar sözlər: qadın obrazı,portret,V.Səmədova, D.Kazimov, T.Salahov
Key words:female image, portreit, V.Samadova, D.Kazimov, T.Salakhov
Ключевые слова:образ женщины, портрет, В.Самедова, Д. Казымов, Т.Салахов

Uşaqlıqda çoxları özlərini sənətkar kimi təqdim edirlər. Dünyanı gördüyümüz kimi təsvir etmək üçün bir dəfə hamımız qələm və ya fırça götürməkdən zövq aldıq, lakin uşaqlar böyüyür və onlardan yalnız bir neçəsi üçün bu sevimli əyləncə peşəyə çevrilir. Azərbaycanda istər vətənimiz, istərsə də xaricdə tanınan bir çox istedadlı sənətkar var. Qürur hissi budur ki, görkəmli sənətkarlarımız arasında çox sayda qadın var. V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda diplom işi olaraq işlədiyi “Azərbaycan bəstəkarları” (1951) tablosu ilə mürəkkəb kompozisiya qurmaq bacarığını və kolorit ustası olduğunu sərgiləyən Vəcihə Səmədova (1924-1965) bundan sonra çox da uzun çəkməyəcək yaradıcılığında bir-birindən maraqlı əsərlər ərsəyə gətirmişdir. Fırça ustası tərəfindən gözəl qadın portret obrazları yaradılmışdır. Xarakterin ifadəliyi, cazibəliyin tamligi, milli xüsusiyyətlər rəssamın bir çox portretlərində var. İnsan hisslərini dərindən açmaq arzusu onun bütün portretləri üçün səciyyəvidir.


MƏQALƏNİ YÜKLƏ [298,81 Kb] (yüklənib: 3)


14-06-2020, 16:04 Məqalənin davamı
XINALIQ TARİXİ-ETNOQRAFİYA MUZEYİNİN YARANMASININ TARİXİ SƏBƏBLƏRİ

DOI: 10.36719/AEM/2007-2020/54/157-160
Şəms Abdulla qızı İmanzadə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 

XINALIQ TARİXİ-ETNOQRAFİYA MUZEYİNİN YARANMASININ TARİXİ SƏBƏBLƏRİ

Açar sözlər: Xınalıq, muzey, tarix, etnoqrafiya, eksponat
Key words: Khinalig, museum, history, ethnography, exhibit
Ключевые слова: Хиналыг, музей, история, этнография, экспонат

Dünyanın hər bir xalqı müəyyən mədəniyyətə malikdir. Lakin müxtəlif xalqlarda mədəniyyətin inkişaf dinamikası da müxtəlifdir. Hər bir xalqın mədəniyyət və məişətindəki özünəməxsusluq onun etnik dünyasını təşkil edir. Etnoqrafiya muzeylərinin ən geniş yayılmış növlərindən biri açıq səma altında yaranmış muzeylər qrupudur. Bu tip muzeylərin yaranması azsaylı xalqların uzun illər məskunlaşdıqları coğrafi bölgənin nadir tarixi ərazi statusu alması ilə əlaqəlidir.
Etnoqrafik baxımdan Azərbaycan ən zəngin ərazilərdən biridir. Azərbaycanın aborigen azsaylı xalqları içərisində özünəməxsus etnoqrafik xüsusiyyətləri ilə seçilən xalqlardan biri də xınalıqlılardır. Bu etnos Qafqaz dil ailəsinə daxil olub, Şahdağ ətrafında yerləşmələrinə görə tarixi-etnoqrafik ədəbiyyatda "Şahdağ xalq­ları" adlandırılır (9). Azərbaycanın ən qədim sakinlərindən olan xınalıqlılar yeganə dilə və yaşayış məs­kəninə mənsubdur. Yəni Xınalıq kəndi və xınalıq dili dünyada yanlız Azərbaycanın Quba rayonuna məx­sus­dur.

MƏQALƏNİ YÜKLƏ [152,32 Kb] (yüklənib: 1)
14-06-2020, 15:55 Məqalənin davamı
NUMİZMATİK ƏŞYALARIN EKSPOZİSİYA HƏLLİ

DOI: 10.36719/AEM/2007-2020/54/153-156
Səfiyyə Aqil qızı Gülmalıyeva
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

NUMİZMATİK ƏŞYALARIN EKSPOZİSİYA HƏLLİ

Açar sözlər: numizmatika, sikkə, nümayiş, ekspozisiya, muzey
Key words: numismatics, coin, exhibition, exposition, museum
Ключевые слова: нумизматика, монета, выставка, экспозиция, музей

Muzey üçün ən vacib amillərdən biri muzey obyektinin və ya kolleksiyasının özünə məxsus orijinal­lığı­dır. Onun ikinci ən önəmli funksiyası isə bu muzey əşyalarının və kolleksiyalarının kütləvi nümayişidir. Yuxarıda sadalananların düzgün həyata keçirilməsi üçün muzey əməkdaşlarının çiyninə böyük elmi yük düşür. İctimaiyyət üçün önəmli olan muzeylər, onların işçilərinin böyük əməyi və səyi nəticəsində toplumun keçmişi ilə çağdaş dönəm arasında ekspozisya və sərgi vasitəsi ilə virtual və sirli rabitə yaradır. Sikkələrin və medalların muzeylərdə təqdim olunması, onların nümayişini təmin etmək baxımından müəyyən prob­lem­lər meydana çıxır və düzgün nümayışi tərtib edilməyən eksponatlar ziyarətçilərin diqqətini bir o qədr də cəlb etmir. Bunun üçündə sikkəşünaslıq materialları stentlərə düzgün və estetik dəyərini əks etdirəcək formada yerləşdirilməsi muzey ziyarətçilərinin diqqətini asandlıqla çəkə bilər.

MƏQALƏNİ YÜKLƏ [145,78 Kb] (yüklənib: 5)
14-06-2020, 15:48 Məqalənin davamı
İBTİDAİ SİNİFLƏRİN RİYAZİYYAT KURSUNDA EHTİMAL NƏZƏRİYYƏSİ VƏ STATİSTİKA ELEMENTLƏRİ

DOI: 10.36719/AEM/2007-2020/52/148-152
Tamilə Əhməd qızı Savdumova
Bakı Slavyan Universiteti

İBTİDAİ SİNİFLƏRİN RİYAZİYYAT KURSUNDA 
EHTİMAL NƏZƏRİYYƏSİ VƏ STATİSTİKA ELEMENTLƏRİ

Açar sözlər: Riyaziyyat, ehtimal nəzəriyyəsi, statistika, təsadüfi kəmiyyət 
Key words: Mathematics, probability theory, statistics, random quantity
Ключевые слова: Математика, tеория вероятности, статистика, случайная величина

Ehtimal nəzəriyyəsi riyazi elm kimi təşəkkül tapmazdan əvvəl elmin müxtəlif sahələrində əsasən determinik qanunlarla baş verən hadisələr və proseslər tədqiq olunurdu. 
Ehtimal nəzəriyyəsi bizi əhatə edən aləmdə baş verən təsadüfi hadisələr və proseslərin bilavasitə özlərini deyil, onların baş verə biləcəyi stoxastik eksperimentlərin riyazi modellərini tədqiq edən riyazi elmdir.
Ehtimal nəzəriyyəsinin bir elm kimi yaranması XVII əsrin ortalarına təsadüf edib, B.Paskal (1623-1662), P.Ferma (1601-1665), X.Hüygensin (1629-1695) adlan ilə bağlıdır. Ehtimal nəzəriyyəsinin həqiqi tarixi Y.Bemulli (1654-1705) və A.Muavrın (1667-1754) elmi əsərləri ilə yaranır. P.S.Laplas (1749-1827) "Theorie Analitique des Probabilites" ("Ehtimallann analitik nəzəriyyəsi", 1812-ci il) adlı traktatında ehtimal nəzəriyyəsi sahəsində özünün və özündən əvvəlki alimlərin aldığı nəticələri şərh etmişdir. Ehtimal nəzəriyyəsinin bu dövrdəki inkişafında limit teoremlərinin tədqiqində əsas rol oynamış S.D.Puasson (1781-1840) və K.F.Qaussun (1777-1855) xidmətlərini xüsusilə qeyd etmək lazımdır. Ehtimal nəzəriyyəsinin sonrakı inkişafında əsas mərhələ P.L.Çebışev (1821-1894), A.A.Markov (1856-1922), A.M.Lyapunov (1857-1918) kimi alimlərin adları ilə bağlıdır.

MƏQALƏNİ YÜKLƏ [166,46 Kb] (yüklənib: 2)
14-06-2020, 10:10 Məqalənin davamı
PSİXİ İNKİŞAFINDA LƏNGİMƏ OLAN UŞAQLARDA İDRAKİ PROSESLƏRİN XÜSUSİYYƏTLƏRİ

DOI: 10.36719/AEM/2007-2020/54/144-147
Zəhra Etibar qızı Babayeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti

PSİXİ   İNKİŞAFINDA LƏNGİMƏ OLAN UŞAQLARDA
İDRAKİ   PROSESLƏRİN XÜSUSİYYƏTLƏRİ

Açar sözlər: psixi inkişafda ləngimə, idrak fəaliyyəti, patologiya, korreksiya  sistemi,Hafizə, intellektual inkişaf səviyyəsi, eşitmə-görmə-motorikanın koordinasiyası, qavrayış,idraki sfera, təkrarlamaq, anlamaq, yadda saxlama, ünsiyyət.
Key words: mental retardation, cognitive activity, pathology, correction system, memory, level of intellectual development, auditory-visual-motor coordination, perception, cognitive sphere, repetition, comprehension, memory, communication 
Ключевые слова: задержка в психическом развитии, познавательная деятельность, патология, система коррекции, память, уровень интеллектуального развития, координация слухо-зрительно-моторных навыков, восприятие, восприятие, повторение, понимание, память, общение.

Psixi inkişafın ləngiməsi olan uşaqların psixi proseslərinin və təlim imkanlarının tədqiqi zamanı  idrakında, emosiaonal-iradi sferalarında, davranışlarında və bütövlükdə   şəxsiyyətlərində  bir  sıra   spesefik  xüsusiyyətlər aşkar olunmuşdur. Psixi ləngiməsi olan uşaqlar aşağıdakı xüsusiyyətlərə malikdir:
=Yüksək zəiflik nəticəsində iş qabiliyyətinin aşağı olması;
=İradə və emosiyaların zəifliyi müşahidə olunur;
=Söz ehtiyyatının az olması;
=İntellektual fəliyyətin aşağı olması;
=Oyun fəaliyyəti natamam formalaşır;
=Hafizənin bütün növlərində inkişafsızlıq müşahidə edilir;
= Özünə nəzarət səviyyəsi aşağı olur;
Məktəb təlimi üçün analiz, sintez, müqayisə, ümumiləşdirmə kimi təfəkkür əməliyyatı formalaşmamış olur (onlar öz fəaliyyətlərini planlaşdıra, məsələdə istiqamətləri tapa bilmirlər).

MƏQALƏNİ YÜKLƏ [150,38 Kb] (yüklənib: 28)
14-06-2020, 10:06 Məqalənin davamı
AFONİYA, ONUN ETİOLOGİYASI VƏ SİMPTOMOKOMPLEKSİ

DOI: 10.36719/AEM/2007-2020/54/141-143
Afaq Gülağa qızı Salamzadə
Azərbaycan Dövlət Pedaqoji Universiteti

AFONİYA, ONUN ETİOLOGİYASI VƏ SİMPTOMOKOMPLEKSİ

Açar sözlər: səs, afoniya, səs telləri, funksional afoniya, spastik afoniya
Key words: voice, aphony, sound wires, functional aphony, spastic aphony
Ключевые слова: голос, афония, голосовые складки, функциональная афония,спастическая афония

Səs pozulmаlаrı müxtəlif cür qruplаşdırılır. Səs pozulmalarının təsnifatı patologiyanın təbiətinə, lokalizasiyasına və həmçinin etiopatigenəzə əsasən təsnif olunur. Səs pozuntularının vahid təsnifatı yoxdur. Mövcud təsnifatlar müxtəlif prinsiplər əsasında aparılır. Bu pozulmаlаrı bilmək müаlicə metodlаrının və nitq terаpiyаsı işinin metodlаrının seçilməsi üçün vаcibdir. Səs pozulmaları vokal aparatında patoloji dəyişikliklər səbəbindən səsin olmaması və ya pozulmasıdır. Səsin patologiyası ümumiyyətlə iki formada təqdim olunur:
1) Afoniya;
2) Disfoniya.
Səs pozulmalarının P.S.Volkova və D.K.Vilson tərəfindən təsnifatı verilmişdir. Volkovaya görə səs pozulmaları boğazın sinir-əzələ aparatındakı dəyişikliklərin təbiətindən, ilk növbədə hipo və ya hipertoniklik şəklində özünü daha çox göstərən hər ikisinin birləşməsində, səs tellərinin hərəkətliliyindən və tonundan asılıdır. Volkava səs pozulmalarını iki qrupa bölürdü:üzvi və funksional.

MƏQALƏNİ YÜKLƏ [136,43 Kb] (yüklənib: 2)
14-06-2020, 10:02 Məqalənin davamı
AZƏRBAYCAN DİLİNİN TƏDRİSİ İLƏ BAĞLI QARŞIYA ÇIXAN BƏZİ PROBLEMLƏR

DOI: 10.36719/AEM/2007-2020/54/137-140
Mətanət Bahadur qızı Mehdiyeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti

AZƏRBAYCAN DİLİNİN TƏDRİSİ İLƏ BAĞLI QARŞIYA ÇIXAN BƏZİ  PROBLEMLƏR

Açar sözlər: punktuasiya, vergül, orfoepiya, həmcins üzvlər
Key words: punctuation, comma, orthoepy, homogenous parts
Ключевые слова: пунктуация, запятая, орфоэпия, однородные члены.

Giriş
Müasir Azərbaycan dilinin tədrisi orta məktəbdə, eləcə də əksər ali məktəblərdə bir fənn kimi tədris olunur. Azərbaycan dilinin bir çox fakültələrdə tədrisinin əsas səbəbi doğma dilimizi daha dərindən mənimsəmək, orfoqrafik və orfoepik, leksik və qrammatik normalara düzgün əməl etməkdir. Qeyd edək ki, ixtisasından asılı olmayaraq, hər bir ziyalı Azərbaycan dilinin özünəməxsus dil qaydalarına əməl etməli, savadlı yazı mədəniyyətinə, gözəl və düzgün danışığa sahib olmalıdır. Bütün üslublarda dil normalarına düzgün şəkildə əməl olunmalıdır.
Bildiyimiz kimi, dilimizin tədrisi işində Azərbaycan dilinin tədrisi ilə məşğul olan müəllimlərin rolu əvəzsizdir. Azərbaycan dili dərslərinin düzgün elmi əsaslarla, pedaqoji prinsiplərə uyğun şəkildə aparılması ayrı-ayrı konkret problemlərlə əlaqədar ali məktəblərdə tələbələrin biliyini artırır, onların mühakimə qabiliyyətini inkişaf etdirir, zənginləşdirir. 

MƏQALƏNİ YÜKLƏ [162,97 Kb] (yüklənib: 3)
14-06-2020, 09:59 Məqalənin davamı
YENİYETMƏLƏRDƏ İNTERNET ASILILIĞI İLƏ AQRESSİV DAVRANIŞLAR ARASINDA ƏLAQƏNİN TƏHLİLİ

DOI: 10.36719/AEM/2007-2020/54/130-136
Xədicə Eyvaz qızı Həbibullayeva
Xəzər universiteti 

YENİYETMƏLƏRDƏ İNTERNET ASILILIĞI İLƏ 
AQRESSİV DAVRANIŞLAR ARASINDA ƏLAQƏNİN TƏHLİLİ

Açar sözlər: İnternet asılılığı, aqressiv davranışlar, yeniyetməlik dövrü 
Key words: Internet addiction, aggressive behavior, adolescence 
Ключевые слова: Интернет-зависимость, агрессивное поведение, подростковый возраст

Giriş
Məqsədi: İnternet asılılığının subalt göstəriciləri ilə aqressiya göstəriciləri arasında əlaqənin müəyyənləşdirilməsindən ibarətdir. 
Aktuallığı: İnternetin sürətli şəkildə inkişafı və artması tədqiqatların mütəmadi aparılması üçün şərait yaradır. Müxtəlif illərdə internet istifadəsinə olan ehtiyacların dəyişməsi araşdırmaların davamlı aparı-lmasının zəruriliyini formalaşdırır.  
Tədqiqatın obyekti: Tədqiqat Nəsimi rayonu 266 saylı tam orta məktəbdə kiçik və böyük yeniyetmələr üzərində aparılmışdır. Araşdırmada 137 respondent iştirak etmişdir.
Metodlar: Tədqiqat müəyyən meyarlar əsasında, təsadüfi seçilmiş yeniyetmələr üzərində aparlmışdır. Yeniyetmələrdə internet asılılığı ilə aqressiv davranışlar arasında statistik əlaqənin təhlilindən ibarətdir. 
Nəticə: Aparılan tədqiqatın nəticəsində internet asılılığının bəzi göstəriciləri ilə bəzi aqressiv davranışlar arasında əlaqə tapılmışdır. İrəli sürülən fərziyyə özünü doğrultmuşdur. İnternet əksikliyi göstəricisi ilə qəzəb göstəricisi arasında böyük statistik əhəmiyyətli əlaqə tapılmışdır. Tədqiqatın nəticələri bundan sonra aparılacaq elmi işlərin təhlili və məqsədi üçün böyük rol oynayır.  

MƏQALƏNİ YÜKLƏ [200,57 Kb] (yüklənib: 3)
14-06-2020, 09:40 Məqalənin davamı
Öncəki 1 2 3 4 5 6 7 8 9 10 ... 76 Sonrakı
Ünvan: AZ1073. Bakı ş., Yasamal r-nu,
              Mətbuat pr., 529-cu məhəllə “Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    (+994 12) 510 63 99
Mob.: (+994 50) 209 59 68
           (+994 55) 209 59 68
www.aem.az
E-mail: [email protected]