AZƏRBAYCAN ELM MƏRKƏZİ
“ELMİ İŞ”
İmpakt Faktorlu beynəlxalq elmi jurnal
XI əsrin Azərbaycan alimi və şairi
XƏTİB TƏBRİZİNİN 990 İLLİYİNƏ HƏSR OLUNAN
Beynəlxalq Elmi Konfrans
Konfransın işçi dilləri: Azərbaycan, ingilis, türk, rus
Məqalənin son qəbul tarixi: 25 aprel 2021-ci il
Konfransın keçirilmə günü: 18 may 2021-ci il
Konfrans materiallarında dərc olunan bütün məqalələrə DOİ təyin olunacaq
DOİ: 10.36719
Konfransda iştirak edən hər bir müəllifə “Crossref “ təşkilatı tərəfindən
BEYNƏLXALQ SERTİFİKAT veriləcək
Konfrans materialları www.aem.az saytında onlayn çap olunaraq
“Crossref“ təşkilatının bazasında yerləşdiriləcək və jurnal şəklində nəşr olunacaq
Məqalələr A4 formatda 14 ölçüdə, 1.5 sətirlərarası intervalla, Times New Roman şrifti ilə yazılmalı, kənarlardan 2 sm (hər tərəfdən) boşluq buraxılmalıdır.
Məqalənin həcmi aşağıdakı kimi olmalıdır:
5-10 səhifə
Beynəlxalq konfransların materiallarında məqalələrin dərc olunması ödənişlidir
- Məqalədə müəllifin adı, atasının adı və soyadı (məs.: Əli Məmməd oğlu Vəliyev), iş yeri (tam şəkildə), ölkə və şəhər, müəllifin şəxsi elektron ünvanı və telefon nömrəsi (məqalənin başlığından əvvəl sağ tərəfdə) göstərilməlidir.
- Məqalədə Giriş və Nəticə hissələri yazılmalıdır
- Məqalənin əvvəlində ingilis dilində 7-8 cümədən ibarət Xülasə və iki dildə (məqalə yazılan dildə və ingilis dilində) açar sözlər (5 sözdən az olmayaraq) yazılmalıdır.
- Məqalənin sonunda Ədəbiyyat yazılaraq məqalədə istifadə olunan ədəbiyyatın siyahısı verilməlidir. Siyahıda əsərlərin ardıcıllığı istinad ardıcıllığına uyğun verilməlidir.
- İstinadlar mətnin içərisində aşağıdakı qaydada yazılmalıdır:
Mətndə mənbənin (fikrin) müəllifi göstərilmədikdə
Müəllifin soyadı - vergül - interval, mənbənin nəşr ili - iki nöqtə - interval - səh. Nümunə: Axundov, 2005: 201)
Əgər müəllifin adı mətndə çəkilirsə o zaman bu qaydada yazılmalıdır: “...A.Axundov (2005: 205) qeyd etmişdir ki...”
Tel.: +994 (012) 510 63 99
+994 (050) 209 59 68
+994 (055) 209 59 68