«QƏDİM DİYAR»
Beynəlxalq onlayn elmi jurnal
İmpakt Faktor: 0.652
______________________________________________________________________________________________________-
Jurnalın bazasında
Jurnalın bazasında
"HUMANİTAR VƏ İCTİMAİ ELMLƏR" adlı
TEZİSLƏR TOPLUSU onlayn çapa hazırlanır
Cild: 1 Sayı: 1
Tezislər Azərbaycan və ingilis dillərində qəbul olunur.
Tezis qəbulunun son tarixi: 19.08.2022
Toplunun çap tarixi: 27.08.2022
Tezislərin çapı ödənişlidir.
Tezislər toplusuna DOI təyin olunur DOI: 10.36719
Tezislər toplusu “AZƏRBAYCAN ELM MƏRKƏZİ”nin https://aem.az saytında
və “CROSSREF” təşkilatının https://search.crossref.org bazasında yayımlanır.
Hər bir müəllifə «CROSSREF» təşkilatı tərəfindən BEYNƏLXALQ SERTİFİKAT verilir.
Tezislərin nəşrinə dair tələblər
- Tezislər A4 formatda, 14 ölçüdə, 1,5 sətirarası intervalla Times New Roman şriftində yazılmalı, səhifənin aşağı, yuxarı və yan tərəflərində 2 sm boş məsafə buraxılmalıdır.
- Tezislərin həcmi 1-3 səhifə arası olmalıdır.
- Tezislərdə müəllifin adı, atasının adı və soyadı, məs.: Əli Məmməd oğlu Vəliyev, iş yeri tam şəkildə, müəllifin elmi dərəcəsi, şəxsi elektron poçt ünvanı və telefon nömrəsi tezislərin başlığından əvvəl, sağ tərəfdə göstərilməlidir. Təhsilini davam etdirən müəllif təhsil pilləsinə uyğun olaraq özü haqqında məlumatda bakalavriat, magistrant və doktorant olduğunu qeyd etməlidir. Hazırda heç bir yerdə təhsil almayan və elmi dərəcəsi olmayan müəllif yalnız yaşadığı şəhər və ölkəni qeyd etməlidir.
- Açar sözlər 5 sözdən az olmayaraq Azərbaycan və ingilis dillərində yazılmalıdır.
- Tezislərin sonunda mənbələrin istinad ardıcıllığı ilə (əgər istinad varsa) Ədəbiyyat siyahısı verilməlidir.
- İstinadlar mətnin daxilində mötərizədə verilməlidir. Mətndə fikrin müəllifi göstərilmədikdə bu qaydada: (Axundov, 2005: 201), göstərildikdə isə bu qaydada: (A.Axundov, 2017: 98) qeyd olunmalıdır.
- Məqalədə istinad olunan mənbələr Azərbaycan və ingilis dillərindədirsə həmin dillərdə yazılmalı, digər dillərdə olarsa latın qrafikasına transliterasiya edilməlidir.
E-poct: [email protected]
Ünvan: Bakı ş., Mətbuat pr., 529,
«Azərbaycan» Nəşriyyatı, 6-cı mərtəbə.
Tel: +994 50 209 59 68
+994 55 209 59 68
+994 99 806 67 68
+994 12 510 63 99
Baxış:
174
© Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdi.