«TƏBİƏT VƏ ELM»
Beynəlxalq elmi jurnal
İmpakt Faktor: 1.642
––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––
Jurnalın bazasında
“TƏBİƏT ELMLƏRİ” adlı 
TEZİSLƏR TOPLUSU 
onlayn çapa hazırlanır.
Cild: 1 Sayı: 1

Tezislər Azərbaycan və ingilis dillərində qəbul olunur.

Tezis qəbulunun son tarixi:   27.08.2022
Toplunun çap tarixi:              06.09.2022
 
Tezislərin çapı ödənişlidir.

Tezislər toplusuna DOI təyin olunur    DOI: 10.36719

Tezislər toplusu “AZƏRBAYCAN ELM MƏRKƏZİ”nin https://aem.az saytında 
və “CROSSREF” təşkilatının 
https://search.crossref.org bazasında yayımlanır. 

Hər bir müəllifə «CROSSREF» təşkilatı tərəfindən BEYNƏLXALQ SERTİFİKAT verilir.

Tezislərin nəşrinə dair tələblər

  • Tezislər A4 formatda, 14 ölçüdə, 1,5 sətirarası intervalla Times New Roman şriftində yazılmalı, səhifənin aşağı, yuxarı və yan tərəflərində 2 sm boş məsafə buraxılmalıdır.
  • Tezislərin həcmi 1-3 səhifə arası olmalıdır.
  • Tezislərdə müəllifin adı, atasının adı və soyadı, məs.: Əli Məmməd oğlu Vəliyev, iş yeri tam şəkildə, müəllifin elmi dərəcəsi, şəxsi elektron poçt ünvanı və telefon nömrəsi tezislərin başlığından əvvəl, sağ tərəfdə göstərilməlidir. Təhsilini davam etdirən müəllif təhsil pilləsinə uyğun olaraq özü haqqında məlumatda bakalavriat, magistrant və doktorant olduğunu qeyd etməlidir. Hazırda heç bir yerdə təhsil almayan və elmi dərəcəsi olmayan müəllif yalnız yaşadığı şəhər və ölkəni qeyd etməlidir.
  • Açar sözlər 5 sözdən az olmayaraq Azərbaycan və ingilis dillərində yazılmalıdır.
  • Tezislərin sonunda mənbələrin istinad ardıcıllığı ilə (əgər istinad varsa) Ədəbiyyat siyahısı verilməlidir.
  • İstinadlar mətnin daxilində mötərizədə verilməlidir. Mətndə fikrin müəllifi göstərilmədikdə bu qaydada: (Axundov, 2005: 201), göstərildikdə isə bu qaydada: (A.Axundov, 2017: 98) qeyd olunmalıdır.
  • Məqalədə istinad olunan mənbələr Azərbaycan və ingilis dillərindədirsə həmin dillərdə yazılmalı, digər dillərdə olarsa latın qrafikasına transliterasiya edilməlidir.

E-poçttebib.tezis@aem.az

 

Ünvan: Bakı ş., Mətbuat pr., 529,

«Azərbaycan» Nəşriyyatı, 6-cı mərtəbə.

https://aem.az


Tel: +994 50 209 59 68
        +994 55 209 59 68
        +994 99 809 67 68
        +994 12 510 63 99


Baxış: 236
© Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdi.
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
https://aem.az
E-mail:
[email protected], [email protected]