Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

Mansurova Sevda İbrahim qızı
Bakı Slavyan Universiteti

AİLƏ TƏRBİYƏSİNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINA TƏSİRİ


Açar sözlər: ailə, şəxsiyyət,tərbiyə, cəmiyyət, ünsiyyət
Key words: family, person, education, society, comunication
Ключевые слова: семья, личность, воспитание, общество, общение

Hər bir insan dünyaya fərd kimi gəlir və müəyyən sosial keyfiyyətlərə yiyələndikcə şəxsiyyətə çevrilir. Fərdin şəxsiyyət kimi formalaşmasında bioloji amillər, sosial amillər və tərbiyənin xüsusi rolu vardır. Məlum olduğu kimi hər bir fərdin cəmiyyətdə bir şəxsiyyət kimi formalaşmasında digər faktorlarla yanaşı ailə tərbiyəsinində rolu danilmazdır. Ailə hər bir fərdin doğulub, boya - başa çatdığı kiçik bir cəmiyyətdir. Uşaq hələ müəyyən yaşa çatıb, sosiallaşana qədər ailədə mövcud mühitə uyğun olaraq tərbiyə alır və bu istiqamət¬də inkişaf edir. Təbii ki, uşağın genetik xüsusiyyətlərini də nəzərə alaraq ailə tərbiyəsinin onun formalaş¬masına təsiri məsələlərinə diqqət yetirək. Belə ki, bildiyimiz kimi hər bir uşaq anadan olarkən müəyyən sinir tipinə, temperament xüsusiyyətinə malikdir. Bir ailədə doğulan bir neçə övladın hər birinin fərqli tempera¬ment tipinə malik olması hamıya məlumdur. Temperament tipindən asılı olaraq hər bir uşağın fərqli davranışı, reaksiyaları, həsaslığı, aktivliyi, ümumiyyətlə fərqli xüsisiyyətləri yaranacaqdır. Bu isə o deməkdir ki, hər hansisa bir situasiyada bacı-qardaşların hər biri fərqli reaksiya, münasibət göstərəcəkdir. Əgər bir ailədə fərqli xarakterli uşaqlar böyüyürsə, bu ailədə valideyinlərin onlara eyni tərzdə yanaşmaları, ümumiyyət¬lə ailədə bir təriyə üsulunun tətbiq edilməsi nə dərəcədə düzgün olar?


MƏQALƏNİ YÜKLƏ [162 Kb] (yüklənib: 59)
 



Baxış: 1 070
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]