DOI: https://doi.org/10.36719/2789-6919/23/7-19

Kərim Novruzov 

Ağdam rayon 95 saylı tam orta məktəb

[email protected]


İRSİYYƏT, AİLƏ, ƏTRAF ALƏM, MƏKTƏB VƏ TƏHSİLİN VƏHDƏTİNDƏ 

FƏRDİN SOSİALLAŞMASI VƏ ŞƏXSİYYƏT PROBLEMİ


Xülasə

Şəxsiyyətin inkişafı və tərbiyəsi məsələləri bütün dövrlərdə pedaqogikanın tədqiq etdiyi problemlərin episentrində olmuşdur. Amma inkişaf anlayışının məzmununun necə dərk edilməsindən asılı olaraq, məsələyə yanaşma tərzi həmişə öz müxtəlifliyi ilə fərqlənmişdir. Şəxsiyyətin inkişafı ömür boyu davam edir. 

Müxtəlif yaş dövrlərində bu inkişaf özünəməxsusluqları ilə fərqlənir. Şəxsi keyfiyyətlərində və fəaliyyətində ictimai tərəqqi meyllərini nə qədər əks etdirirsə, onda bir o qədər parlaq və spesifik sosial əlamətlər və keyfiyyətlər ifadə olunur. Şəxsiyyət mövzusu haqqında müxtəlif dövrlərdə müxtəlif fikirlər söylənilmişdir. 

Sovet psixologiyasında şəxsiyyətin 50-dən çox tərifi məlumdur. Bu gün şəxsiyyət haqqında hamı tərəfindən eyni dərəcədə qəbul edilən tərif olmasa da, müəlliflərin demək olar ki, hamısı şəxsiyyəti xarakterizə edərkən iki cəhətə diqqət yetirirlər: 1) Məlumdur ki, insanın mahiyyəti öz gerçəkliyində ictimai münasibətlərin məcmusundan ibarətdir 2) Şəxsiyyət ictimai münasibətlərə daxil olmaqla öz həyat şəraitini fəal şəkildə dəyişməyə başlayır, münasibət subyektinə, fəaliyyət subyektinə çevrilir. Bu o deməkdir ki, şəxsiyyət ancaq şüur və mənlik şüurunun yaranması ilə birlikdə əmələ gəlir və ümumi olaraq mürəkkəb fenomendir. 

Açar sözlər: şəxsiyyət, ailə, pedaqogika, sosial mühit, irs


Karim Novruzov 

Aghdam District Secondary School No. 95

[email protected]


Socialization and personality problem of the individual in the unity of heritage, 

family, the environment, school and education


Abstract

The issues of personality development and education have been at the epicenter of the problems explored by pedagogy at all times. But depending on how one perceives the content of the concept of development, the way of approaches in the issue has always differed in its diversity. Personality development lasts a lifetime. 

This development differs for its uniqueness at different ages, The more one reflects the tendencies of social progress in personal qualities and performance, the more bright and specific social traits and qualities are expressed. Different views have been expressed about the subject of identity at different times. 

More than 50 definitions of personality are known in Soviet psychology. Although there is no definition of identity today that is equally accepted by everyone, almost all authors focus on two aspects when characterizing the personality: 1) It is known that the essence of a person consists in the totality of social relations in his reality 2) Personality begins to change his or her living conditions actively, including social relations, becoming the subject of a relationship, the subject of an activity. This means that the personality is formed only together with the emergence of consciousness and self-consciousness and is a complex phenomenon in general. 

Keywords: personality, family, pedagogy, social environment, heritage 


MƏQALƏNİ YÜKLƏ [501,62 Kb] (yüklənib: 112)



Baxış: 189
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]