Elmi məsləhətçi:              b.ü.f.d., dosent H.Z. Qasımov

                

Rəyçilər:                          b.ü.e.d., prof. Ə.Ş. İbrahimov


                      b.ü.f.d., dosent D.Ş. Qənbərov

                

Atmosferin, yerüstü və yeraltı su mənbələrinin güclü şəkildə çirkləndirilməsi nəticəsində gələcəkdə Dünyada içməli su probleminin baş verməsi gözlənilir. Suların çirklənməsi, orada yaşayan çirklənmə indikatoru saprogen göy-yaşıl yosunların artma dinamikasına görə təyin olunur və alınan nəticələr əsasında qabaqlayıcı tədbirlər görülür. Bir sıra göy-yaşıl yosun növləri suların öz-özünü təmizləməsi prosesində aktiv iştirak edirlər.

Monoqrafiyada ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının müxtəlif tip sututarları və çaylarında yayılan göy-yaşıl yosunların bioekoloji, coğrafi, biomorfoloji xüsusiyyətləri, sistematik strukturu və eləcə də, yosun növlərinin azərbaycanca adları verilmişdir.           

Monoqrafiyadan Naxçıvan MR-in Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən çay və sututarların çirklənməsinin monitorinqinin keçirilməsi və onun qarşısının alınmasında, Azərbaycan və Naxçıvan MR-in floralarının yeni taksonomik spektrinin hazırlanmasında, müvafiq “Təyinedicilərin” yeni nəşrlərində, ali məktəblərin biologiya profilli fakultələrin və orta məktəblərin tədris proqramlarının tərtib edilməsində istifadə ediləcəkdir. 

Monoqrafiyadakı elmi  nəticələrdən və yeniliklərdən,  həmçinin alqofloranın Beynəlxalq sistematikasının tərtibində, yosun növlərinin yeni yayılma areallarının müəyyənləşdirilməsində istifadə edilə bilər. 



­­­­­­­­­­­­­­­­­

ISBN 978-9952-8291-4-3

DOI: https://doi.org/10.36719/2016/197


S.H.Qəhrəmanov. Naxçıvan Muxtar Respublikasının sututarlarının və çaylarının göy-yaşıl yosunları. Bakı, AFPoliqrAF  mətbəəsi2016, 196 s.


MƏQALƏNİ YÜKLƏ [3,66 Mb] (yüklənib: 4)


Baxış: 27
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]