Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
Sultan Qurban oğlu Niftəliyev
Bakı, Azərbaycan

MİLLİ İQTİSADİYYAT PERSPEKTİVİ ÇƏRÇİVƏSİNDƏ 
BİZNES MÜHİTİ İNKİŞAFININ MÜQAYİSƏLİ TƏHLİLİ

Açar sözlər: KOS, iqtisadiyyat, biznes,investisiya, ASC
Keywords: Small to medium business, Economy, Business, İnvestment, Open Joint Stock Company
Ключевые слова: Экономика, Бизнес, Инвестиции, Малый и средний бизнес, Открытое Акционерное Общество

Hər bir ölkənin biznes və investisiya mühitinin vəziyyəti həmin ölkənin xarici investisiyalar cəlb etmək və kiçik və orta müəssisələri inkişaf etdirmək qabiliyyətini müəyyən edən başlıca amildir. Transmilli müəssisələr sağlam biznes mühitinə malik, yəni xərclərin, gecikmələrin və riskin minimum səviyyədə olduğu ölkələrə investisiya yatırmağı üstün tuturlar. Bundan əlavə, kiçik və orta müəssisələrin inkişaf etmək şansı müxtəlif vergi və tənzimləmələrlə yüklənməmiş bir mühitdə daha yüksəkdir. Dünya Bankının veb-səhifəsində bu məsələ bu cür ifadə olunur: “Səmərəli investisiya mühiti hər bir ölkənin öz iqtisadi inkişafına təkan vermək strategiyasının zəruri dayağıdır. Öz növbəsində, bu strategiya əməyin daha məhsuldar olması və kasıb insanların daha yüksək gəlir əldə etməsi üçün imkanlar yaradır”. Azərbaycanda da son dövrlərdə, xüsusən də 2014-cü ildən sonra “Post-neft dövrünün başlanğıcında” sahibkarlıq mühitinin inkişafı üçün bəzi mexanizmlər düşünülmüşdür. Bu baxımdan, bəzi KOS-ların yaradılması, müəssisələrin qeydiyyatı və vergilərin idarəedilməsində bəzi irəliləyişlər müşahidə olundu. Fərdi sahibkarlığın sayının artmasına baxmayaraq, KOS-ların ölkə iqtisadiyyatında rolu hələ də məhduddur, KOS-ların ümumi iqtisadiyyata əlavə etdiyi dəyər müzakirə məsələsidir.

MƏQALƏNİ YÜKLƏ [236,33 Kb] (yüklənib: 21)
 

Baxış: 717
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]