Arxiv
2024 2023 2022 2021 2020 2019 Arxiv
DOI: 10.36719/AEM/2020/02/4-12
Eldar Köçəri oğlu Qasımov,
Fuad Hüseynəli oğlu Rzayev,
Murad Akif oğlu Əlibəyov,
Aygün Əliyar qızı Əliyarbəyova,
Səbinə Əliağa qızı İsrafilova
Azərbaycan Tibb Universiteti 

KRİPTORXİZM ZAMANI XAYA SÜKANININ QİDALANMASINDA İŞTİRAK EDƏN
ARTERİOLALARIN VƏ ƏZƏLƏVİ VENULALARIN STRUKTURLARINDA BAŞ VERƏN
DƏYİŞİKLİKLƏRİN MORFOLOJİ XARAKTERİSTİKASI. İŞIQ VƏ ELEKTRON
MİKROSKOPİK TƏDQİQAT

Açar sözlər: kriptarxizm, xaya sükanı, atretiola, venula, ultrastruktur, işıq və transmission elektron mikroskop.
Key words: cryptorchidism, gubernaculun testis, arteriola, venula, ultrastructure, light and transmission electron microscope.
Ключевые слова: крипторхизм, гунтерова связка,   артериола, венула, ультраструктура, световой и трансмиссионный электронный микроскопы.

Xaya sükanı kəşf edildiyi andan, hal-hazıra qədər onun xayanın qarın boluğundan xayalığa düşməsində rolu heç kim tərəfindən təzkib olunmur (Barteczko KJJacob MI.,2000; Hadziselimovic F., 2017). Ancaq qeyd olunan prosesin pozulması ilə nəticələnən kriptorxizmin meydana çıxması haqqında fikir birliyi yoxdur (Hughes IAAcerini CL. 2008; Hutson JMLi RSouthwell BRNewgreen DCousinery M, 2015;). Göstərilən mövzuya həsr olunmuş işlərin tam əksəriyyəti kriptarxizm zamanı xaya sükanın təşkilində iştirak edən fibrilyar strukturlarda (əsasən kollagen liflərində) baş verən dəyişikliklərə həsr olunmuşdur (Costa WS, Sampaio FJB, Favorito LA, Cardoso LE, 2002). Oununla birlikdə xayaların yenmə prosesində damarların keçiriciliyinin sürətlənməsi nəticəsində xaya sukanının ölçülərinin artmasının xayaların xayalıqlara düşməsində mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunur (Backhouse KM, 1982; Heyns CF. 1986). Son illərdə kriptorxizmə həsr olunmuş morfoloji işlərdə əsas diqqət müxtəlif hormonların və digər bioloji aktiv maddələrin təsiri nəticəsində sükanda baş verən dəyişikliklər həmişə ön plana çəkilir. Bununla birlikdə kriptorxizm zamanı sükanın təşkilində iştirak edən strukturların, ələlxüsus, qan damar sistemində norma ilə müqayisədə baş verən dəyişikliklər lazımı dərəcədə öz şərhini tapmamışdır.

MƏQALƏNİ YÜKLƏ [1,32 Mb] (yüklənib: 76)

Baxış: 1 483
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]