Jurnalın etik qaydaları, Nəşr Etikası Komitəsinin (COPE) Jurnal Redaktorları üçün Ən Yaxşı Tətbiq Qaydalarına əsaslanır.


Redaktorun vəzifələri


1. Jurnala göndərilən məqalələrdən hansının nəşr olunacağına qərar vermək redaktorun vəzifəsidir. Redaktor əlyazmaları müəlliflərin irqini, cinsini, cinsi oriyentasiyasını, dini inancını, etnik mənşəyini, vətəndaşlığını və ya siyasi fəlsəfəsini nəzərə almadan qiymətləndirməlidir. Beləliklə, qərar məqalənin əhəmiyyətinə, özünəməxsusluğuna və aydınlığına, araşdırmanın etibarlılığına və jurnalın əhatə dairəsinə əsasən verilməlidir. Böhtan, müəllif hüquqlarının pozulması və plaqiatla bağlı mövcud qanuni tələblər də nəzərə alınmalıdır.

2. Redaktor və ya redaksiya heyətinin hər hansı bir üzvü, təqdim olunan əlyazma barədə məlumatları müvafiq müəllif, rəyçilər, potensial rəyçilər, digər redaksiya məsləhətçiləri və naşirdən başqa kimsəyə açıqlamamalıdır.

3. Təqdim olunan məqaləyə daxil olan nəşr olunmamış materiallar, müəllifin açıq yazılı razılığı olmadan redaktor və ya redaksiya heyəti üzvləri tərəfindən öz tədqiqat məqsədləri üçün istifadə edilməməlidir.


Rəyçilərin vəzifələri:


1. Həmkarların rəyvermə prosesi redaktora və redaksiya heyətinə nəşrlə bağlı qərarların qəbul edilməsində kömək edir və həmçinin müəllifin məqalənin təkmilləşdirilməsinə kömək edə bilər.


2. Tədqiqat işini nəzərdən keçirmək üçün özünü yetərsiz hesab edən və ya təqdim edilən işin dərhal araşdırılmasının mümkünsüz olacağını bilən hər hansı bir rəyçi redaktoru xəbərdar etməli və rəyvermə prosesindən çəkilməlidir.

3. Rəyvermə üçün nəzərdə tutulan bütün əlyazmalar məxfi sənədlər kimi qəbul edilməlidir. Redaktor tərəfindən icazə verilən hallar xaricində onlar açıqlanmamalı və başqaları ilə müzakirə edilməməlidir.

4. Rəylər obyektiv şəkildə aparılmalıdır. Müəllifin şəxsi tənqidi yolverilməzdir. Rəyçilər fikirlərini dəstəkləyici arqumentlərlə aydın şəkildə ifadə etməlidirlər.


5. Rəyçilər, məqalədə göstərilən müvafiq nəşr edilmiş əsərlərin istinad hissəsində göstərilmədiyi  halları müəyyənləşdirməlidirlər. Digər mənbələrdən müşahidələr və ya arqumentlər istifadə olunduğu halda həmin mənbələrə istinad etmək vacibdir. Rəyçilər, nəzərdən keçirilən əlyazma ilə şəxsən tanış olduqları digər nəşr olunmuş məqalə arasındakı hər hansı bir oxşarlıq və ya üst-üstə düşmə halları barədə redaktoru xəbərdar etməlidirlər

6. Həmkarların rəyvermə prosesi zamanı əldə olunan imtiyazlı məlumatlar və ya fikirlər gizli saxlanılmalı və şəxsi maraqlar üçün istifadə edilməməlidir. Rəyçilər müəlliflər, şirkətlər və ya təşkilatlarla rəqabət, işbirliyi və ya digər əlaqələrdən qaynaqlanan və maraqların toqquşmasına səbəb olan  əlyazmaları nəzərdən keçirməməlidirlər.



Müəlliflərin vəzifələri:


1. Orijinal tədqiqat işlərinin müəllifləri yerinə yetirilən işi dəqiq şəkildə göstərməli və onun əhəmiyyətini obyektiv formada təqdim etməlidirlər. Tədqiqat işində əsas məlumatlar  dəqiq şəkildə göstərilməlidir. Başqalarının tədqiqat işindən gələcəkdə istifadəsinə icazə vermək üçün kifayət qədər təfərrüat və istinadlar olmalıdır. Saxta və ya bilərəkdən yanlış ifadələr etik olmayan davranış kimi qiymətləndirilir və qəbuledilməzdir.

2. Müəlliflərdən araşdırmalarının ilkin versiyasını rəyçilərin nəzərdən keçirməsi üçün məqalə ilə birlikdə təqdim etmələri istənilə bilər və eyni zamanda mümkün olduğu halda  müəlliflər həmin məlumatları ictimaiyyətə təqdim etməyə hazır olmalıdırlar. Hər halda, müəlliflər bu məlumatların nəşr olunduqdan sonra ən azı on il ərzində digər səlahiyyətli mütəxəssislər tərəfindən əldə olunmasını təmin etməlidirlər (təşkilati və ya mövzu əsaslı məlumat bazaları və ya digər məlumat mərkəzləri vasitəsilə),və, əlavə olaraq, məlumatları əldə edən şəxslərin məxfiliyinin qorunmalı və məxfi məlumatlara dair hüquqlar onların yayımlanmasına mane olmamalıdır.

3. Müəlliflər tamamilə orijinal əsərləri təqdim etməli və başqalarının əsərlərindən və / və ya sözlərindən istifadə etdiyi hallarda onlara istinad etməlidir.  Tədqiqat işinə hər hansı bir təsiri olan digər nəşrlərə də istinad olunmalıdır.

4. Ümumiyyətlə, eyni tədqiqatı təsvir edən məqalələr birdən çox jurnalda dərc olunmamalıdır. Eyni məqaləni birdən çox jurnala təqdim etmək qeyri-etik nəşr davranışıdır və qəbuledilməzdir. Müəllif hüququ ilə qorunan digər yerdə nəşr olunmuş əlyazmalar jurnala təqdim edilə bilməz. Bundan əlavə, jurnal tərəfindən nəzərdən keçirilən əlyazmalar yenidən müəllif hüququ ilə qorunan digər jurnallara göndərilməməlidir.Bundan əlavə,tədqiqat işini jurnala təqdim etməklə müəllif (lər) dərc olunmuş materiallara dair müəllif hüquqlarını saxlayırlar.

5. Müəlliflik,  tədqiqatın konsepsiyasına, formasına, icrasına və ya interpretasiyasına əhəmiyyətli töhfə verənlərlə məhdudlaşmalıdır. Əhəmiyyətli töhfələr verənlərin hamısı həmmüəlliflər siyahısına salınmalıdır. Müvafiq müəllif, töhfə verən həmmüəlliflərin və tədqiqata cəlb olunan şəxslərin müəllif siyahısına daxil edilməsini təmin edir. Müvafiq müəllif, bütün həmmüəlliflərin məqalənin son versiyasını təsdiqlədiklərini və nəşr üçün təqdim olunmasına razı olduqlarından da əmin olmalıdır.

6. Bütün müəlliflər, əlyazmalarının nəticələrinə və ya interpretasiyalarına təsir etmək üçün təfsir edilə bilən maliyyə və ya digər maddi maraq toqquşmalarını açıqlayan bir bəyanat hazırlamalıdırlar. Layihə üçün bütün maliyyə dəstəyi təqdim edən mənbələr açıqlanmalıdır.

7. Müəllif öz nəşr etdirdiyi əsərində əhəmiyyətli bir səhv və ya qeyri-dəqiqlik aşkar etdikdə, dərhal jurnal redaktorunu və ya naşiri xəbərdar etməlidir və məqaləni  geri götürmək və ya düzəltmək üçün redaktorla əlaqə saxlamalıdır.


İstinadlar:


Nəşr Etikası Komitəsi (COPE). (2011, 7 Mart). Davranış qaydaları və Jurnal Redaktorları üçün Ən Yaxşı Tətbiq Qaydaları.

http://publicationethics.org/files/Code_of_conduct_for_journal_editors_Mar11.pdf


Nəşrlər üçün ödəniş


"Qədim diyar" jurnalının məzmununa açıq giriş təmin edilir. Jurnalın bütün nömrələrinin tam mətnli elektron versiyaları saytın "Arxiv" bölməsində yerləşdirilmişdir.

Statusuna uygün olaraq, jurnal müstəqil müəlliflərin ödənişləri əsasında nəşr olunur.




Baxış: 879
© Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdi.
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
              Mətbuat pr., 529-cu məhəllə “Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    (+994 12) 510 63 99
Mob.: (+994 50) 209 59 68
           (+994 55) 209 59 68
www.aem.az
E-mail:
[email protected], [email protected]