Arxiv
2024 Kamil Səyavuş oğlu Dəmirli
Azərbaycan Turizm və Menecment Universiteti
AZƏRBAYCAN RESPUBLİKASININ MONETAR SİYASƏTİ
Açar sözlər: maliyyə, monetar siyasət, Mərkəzi Bank, məzənnə, iqtisadiyyat, valyuta, maliyyə böhranı
Key words: finance, monetary policy Central Bank exchange rate economy financial crisis
Ключевые слова: финансы, денежно-кредитная политика, Центральный Банк, обменный курс, валюта, экономика, финансовый кризис
Ölkənin strateji siyasətinin ən vacib halqalarından biri də dövlətin həyata keçirtdiyi iqtisadi siyasətdir. İqtisadi ədəbiyyatda iqtisadi siyasətin iki qanadından biri fiskal siyasətdirsə digəri məhz monetar (pul) siyasətdir. Monetar siyasəti iqtisadiyyata qısa və uzunmüddətli dövrdə təsir uzun, unikal və vacib bir alətdir. Əksər dövlətlərdə olduğu kimi Azərbaycanın da monetar siyasətini Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra Mərkəzi Bank) hayata keçirir.
Ümummilli lider Heydər Əliyev zamanında düzgün olaraq vurğulamışdır ki, Mərkəzi Bank ölkənin ən mötəbər qurumlarından biridir. Mərkəzi Bank ölkənin bütün maliyyə sisteminə nəzarət funksiyasını daşıyır ki, bura da monetar siyasətinin formalaşdırılması və həyata keçirilməsi, pul təklifinə və banklara nəzarət, ölkənin beynəlxalq valyuta ehtiyatlarının idarə edilməsi və bu kimi onlarla vacib vəzifələr daxildir.
MƏQALƏNİ YÜKLƏ
[153.76 Kb] (yüklənib: 125)
Baxış:
1 283