Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/101/251-255

Nigar Əliyeva 

Azərbaycan Dövlət Pedoqoji Kolleci

n.aliyeva.f@mail.ru


KÖK HÜCEYRƏ İLƏ MÜALİCƏ. ORQANİZMDƏ TƏTBİQ SAHƏLƏRİ. 

BU SAHƏDƏ OLAN YENİLİKLƏR


Xülasə

İnsan orqanizminin ən kiçik quruluş və funksianal vahidi hüceyrədir. Bəzi hüceyrələr vardır ki, onlar özləri - özlərini törədə bilirlər, eyni zamanda başqa   hüceyrə tipinə də çevrilirlər. Bu cür hüceyrələr kök hüceyrə adlanır. Öz-özünü yeniləmək xüsusiyyəti olan kök hüceyrə digər hüceyrələrə çevrilmək qabilliyəti ilə orqanizmin ehtiyacı olduğu zaman dövriyəyə girər, digər hüceyrələrin əmələ gəlməsini, çoxalmasını, böyüməsini təmin edər. Kök hüceyrədən müxtəlif xəstəliklərin müalicəsində istifazdə edilir. Anadangəlmə metabolik reaksiyaların pozulmasında, sümük iliyi xəstəliklərində, immun sisteminin gücləndirilməsində, zədələnən orqan və toxumaların müalicəsində, diz-oynaq problemlərində, kosmetalogiyada gəncləşmə prosedurlarında geniş istifadə olunur. Son dövrlər isə alzaymer, parkinson, beyin damarlarının tutulması və uralogiyada tətbiq  edilir və çox gözəl nəticələr alınır. Əvvəllər müalicəsi mümkün olmayan xəstəliklər kök hüceyrə tətbiqi sahəsində öz həllini tapır və bu sahədə tətqiqatlar gələcəkdə orqan transplantasiyasında mühüm nəticələrin alınmasına zəmin yaradacaq. Belə ki orqanın kök hüceyrədən alınması üzərində çalışılır. Kök hüceyrə müalicəsində kök hüceyrə ya xəstənin özündən alınır ya da uyğun donordan əldə edilir və müalicə üçün lazimi sahəyə tətbiq edilir.

Açar sözlər: kök hüceyrə nədir, kök hüceyrənin növləri, kök hüceyrənin alınması, kök hüceyrənin tətbiq olunduğu sahələr, kök hüceyrə ilə müalicə usulları, kök hüceyrənin kosmetalogiyada, cavanlaşdırma prosedurlrında tətbiqi, kök hüceyrə bağışlanması

Nigar Aliyeva

Azerbaijan State Pedagogical College

n.aliyeva.f@mail.ru


Stem cell treatment. Areas of application in organism.

Innovations in this field


Abstract

The smallest structural and functional unit of the human body is the cell. There are some cells that can reproduce by themselves, but also transform into another cell type. Such cells are called stem cells. The stem cell, which has the property of self-renewal, with the ability to transform into other cells, enters the cycle when the body needs it, ensures the formation, reproduction and growth of other cells. Stem cells are used in the treatment of various diseases. It is widely used in disorders of congenital metabolic reactions, bone marrow diseases, strengthening of the immune system, treatment of damaged organs and tissues, knee-joint problems, rejuvenation procedures in cosmetology. Recently, it is used in Alzheimer's disease, Parkinson's disease, cerebrovascular disease and urology, and very good results are obtained. Previously untreatable diseases are being solved in the field of stem cell application, and research in this field will lay the groundwork for obtaining important results in organ transplantation in the future. So, they are trying to get the organ from the stem cell. In stem cell therapy, stem cells are either taken from the patient himself or obtained from a suitable donor and applied to the required area for treatment.

Keywordwhat is root cell, root cell sorts, obtaining root cells, areas where root cells are implemented, treatment ways with root cell, implementation of root cell in cosmetology and rejuvenation procedure, root cell donation




Baxış: 475