DOI: https://doi.org/10.36719/2789-6919/50/31-35
Səadət Musayeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti
fizika-riyaziyyat üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0008-0772-9407
s.musayeva_ttm@mail.ru
Xankişi Məmmədov
Azərbaycan Dövlət Pedaqoji Universiteti
texnika üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0006-6978-3084
kankishimamedov_53@mail.ru
Sevinc İbrahimova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
https://orcid.org/0009-0009-2194-2412
ibrahimovasevinc037@gmail.com
Gülər Səfərova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
https://orcid.org/0009-0002-4926-2565
gulersafarova.90@gmail.com
Materialşünaslıq fənninin tədrisində fənlərarası əlaqənin
xarakterik cəhətləri
Xülasə
Elmi anlayışların formalaşmasında fənlərarası əlaqələrin xüsusi yeri var. Bu, materialşünaslıq fənninə də aiddir. Bu araşdırmada məhz materialşünaslıq fənninin tədrisində fənlərarası əlaqənin, yəni iki və ya daha artıq fənnin əhatə etdiyi anlayış, bilik, bacarıq və prinsiplərin sintezinin xarakterik cəhətləri tədqiq edilir. Bu da tələbələrdə nəzəri biliklərin, bacarıq və vərdişlərin formalaşmasına və əmək təcrübəsinin zənginləşməsinə xidmət edir. Qeyd edilir ki, fənlərarası əlaqələr problemi dərin tarixi köklərə malikdir. Bu barədə Y.A.Kamenski yazırdı ki, “Qarşılıqlı əlaqədə olan hər şeyi əlaqəli şəkildə öyrənmək lazımdır”. Bu isə tələbələrdə hadisələri daha ətraflı görməyə imkan yaradır. Materialşünaslıq fənninin digər fənlərlə – riyaziyyat, fizika, kimya, təsviri incəsənət, biologiya, musiqi, tarix, coğrafiya və bir sıra texniki fənlərlə əlaqə yaradılması imkanları var ki, bu da onun xarakterik cəhətlərindən biridir. Bu səbəbdən “texnologiya müəllimliyi” ixtisası üzrə kadr hazırlığında materialşünaslıq fənninin tədrisində fənlərarası əlaqənin xarakterik cəhətlərinin öyrənilməsi həm vacib, həm zəruri, həm də maraqlıdır. Tədqiqatda araşdırmaya iki aspektdə yanaşılmışdır: 1) Materialşünaslıq fənninin kimya fənni ilə əlaqəli tədrisi; 2) Materialşünaslıq fənninin fizika fənni ilə əlaqəli tədrisi. Qeyd edilənlər problemin aktuallığından xəbər verməklə, dünyanı dərketmənin bəlkə də ən real, universal və ən optimal mənbəyi hesab oluna bilər.
Açar sözlər: materialşünaslıq, texnologiya müəllimliyi, elmi anlayışlar, fənlərarası əlaqə, fənlərarası inteqrasiya, anlayışların formalaşması