Arxiv
Nature & Science 2026 Nature & Science 2025 Nature & Science 2024 Təbiət və Elm 2023 Təbiət və Elm 2022 Təbiət və Elm 2021 Təbiət və Elm 2020 Təbiət və Elm 2019 Arxiv

Nature & Science

Beynəlxalq Elmi Jurnal

 

 ISSN: 2707-1146

   e-ISSN: 2709-4189

  DOI: 10.36719

_____________________________________________________

 

Jurnal Aqrar elmlər, Biologiya elmləri və Kimya elmlərini əhatə edir

 

Jurnal ingilis dilində fəaliyyət göstərir

 

"Azərbaycan Elm Mərkəzi" "Crossref" təşkilatının üzvü olduğu üçün

mərkəzdə çap olunan məqalələrə, konfrans materialları və tezis toplularına DOI: 10.36719 təyin edilir.

Müəlliflərə "Azərbaycan Elm Mərkəzi" tərəfindən Beynəlxalq Sertifikat verilir.

 

Məqalə çapına dair tələblər

 

  • Məqalə formatı: Məqalə A4 formatında, 14 ölçüdə, 1,5 sətirarası məsafə ilə Times New Roman şriftlə yazılmalı, səhifənin aşağı, yuxarı, sağ-sol tərəflərində 2 sm boş məsafə buraxılmalıdır.
  • Məqalənin həcmi: 8–35 səhifə arası olmalıdır.
  • Müəllif: Müəllifin adı və soyadı (məs.: Rəsul Musayev), çalışdığı müəssisənin tam adı, şəhər, ölkə, elmi dərəcəsi, ORCID ID-si, telefon nömrəsi və elektron poçt ünvanı məqalənin başlığında göstərilməlidir (həmmüəllifli məqalələrdə elektron poçt ünvanı yalnız əlaqələndirici müəllif üçün qeyd edilir).
  • Xülasə: 150–250 sözdən ibarət olmaqla yazılmalıdır.
  • Açar sözlər: 5 sözdən az olmayaraq yazılmalıdır.
  • Struktur: Orijinal tədqiqat məqalələri, bir qayda olaraq, IMRAD strukturuna (Giriş, Metodlar, Nəticələr və Müzakirə) uyğun olmalıdır. İcmal məqalələri isə mövzularına və məqsədlərinə uyğun şəkildə, aydın və müvafiq bölmə başlıqları ilə tərtib edilməlidir.
  • Ədəbiyyat: Ədəbiyyat siyahısı 12 mənbədən az olmayaraq, əlifba sırasına uyğun olaraq yazılmalıdır.
  • Kitaba istinad: Müəllifin soyadı, adının baş hərfi, mötərizə içində kitabın nəşr ili, adı (kursivlə) və nəşriyyatın adı ardıcıllıqla qeyd olunmalıdır. Nümunə: Rüstəmov, R. (2009). Tibbi genetika. Azərbaycan Tibb Universiteti.
  • Jurnala istinad: Müəllifin soyadı, adının baş hərfi, mötərizə içində məqalənin nəşr ili, adı, jurnalın adı (kursivlə), cild (nömrə), səhifə aralığı və məqalənin DOI kodu varsa, ardıcıllıqla qeyd olunmalıdır. Nümunə: Qasımov, E. (2020). Kriptorxizm zamanı xaya sükanının qidalanmasında iştirak edən arteriolaların və əzələvi venulaların strukturlarında baş verən dəyişikliklərin morfoloji xarakteristikası. Nature & Science, 5(2), 6–13. https://doi.org/10.36719/AEM/2020/02/6–13
  • İnternet resursuna istinad: Müəllifin soyadı, adının baş hərfi, mötərizə içində məqalənin nəşr ili, gün, ay, məqalə adı (kursivlə), veb-sayt adı və URL ardıcıllıqla qeyd olunmalıdır. Nümunə: Hüseyn, E. (2020, 20 may). Xəstəliklərin diaqnozunda dərin təlim texnologiyasının tətbiqi. Aem.az.https://aem.az/index.php?newsid=2789
  • Tərtibçi müəllif tərəfindən hazırlanan kitaba istinad: Tərtibçinin soyadı, adının baş hərfi, mötərizə içində “tərtibçi” sözü, nəşr ili, kitabın adı (kursivlə) və nəşriyyat adı ardıcıllıqla qeyd olunmalıdır. Nümunə: Məmmədov, A. (tərtibçi). (2022). Tibbə aid əsas anlayışlar. Bakı Tibb Nəşriyyatı
  • Məqalə daxilində istinadlar iki formada yazılmalıdır: mənbəyə ümumi olaraq istinad edilərsə,səhifə nömrəsi göstərilmədən (məs.: Musayev, 2018), xüsusi olaraq bir səhifəyə istinad edilərsə, səhifə nömrəsi göstərilməklə (məs.: Musayev, 2018, s. 55).
  • Plagiat yoxlanışı: Təqdim olunan bütün əlyazmalar StrikePlagiarism antiplaqiat proqramı vasitəsilə plagiat yoxlanışından keçirilir.

 

Məqalə çapı ödənişlidir

 

        e-mail:        nature.science2000@aem.az

    info@aem.az

__________________________________________________________

 

       Ünvan:            Bakı şəh., Yasamal r-nu,

                     A.M.Şərifzadə 19

 

Telefon:          +994 99 805 67 68

                        +994 99 808 67 68