https://doi.org/10.36719/2663-4619/109/79-83
Səidə Vəlizadə
Naxçıvan Dövlət Universiteti
Bənövşə Qasımova
Naxçıvan Dövlət Universiteti
qasimovabenovse21@gmail.com
Samirə Hüseynova
Naxçıvan Dövlət Universiteti
Naxçıvan Muxtar Respublikasında tələbələr arasında miqren xəstəliyini gücləndirən qida maddələrinin statistikasının araşdırılması
Xülasə
Miqren, şiddətli baş ağrıları, ürəkbulanma, qusma, işığa və səsə həssaslıq kimi əlamətlərlə müşayiət olunan ciddi nevroloji bir xəstəlikdir. Bu araşdırmada Naxçıvan Muxtar Respublikasında tələbələr arasında miqren tutmalarını artıran qida faktorları qiymətləndirilmişdir. İştirakçılar arasında aparılan sorğuda qidalar feniletilamin, tiramin, monosodium və aspartam olmaqla dörd qrupa ayrılmışdır. Nəticələr göstərmişdir ki, tiramin qrupu miqren tutmalarını ən çox artıran faktor olmuşdur; bu qrupa aid işlənmiş ətlər və turşu məhsulları üstünlük təşkil etmişdir. İkinci yerdə feniletilamin qrupu gəlmişdir, burada çiy ət məhsulları və şokolad ön plana çıxmışdır. Üçüncü yerdə monosodium qrupu, o cümlədən fast food və paket şorbalar yer almışdır. Aspartam qrupu, xüsusilə diet cola, ən az təsir göstərən qida qrupu olmuşdur. Araşdırmanın nəticələri göstərir ki, qida vərdişlərinin miqrenin qarşısının alınmasında vacib rolu vardır və müəyyən qidalardan uzaq durmağın tutmaların tezliyini və şiddətini azaltmağa kömək edə biləcəyini vurğulayır.
Açar sözlər: miqren, nevrologiya, baş ağrıları, toksinlər, osteopatiya, qida qrupları, miqren tutmaları, sağlam qida rejimi, vegetativ sinir sistemi