İBTİDAİ SİNİFLƏRİN RİYAZİYYAT KURSUNDA EHTİMAL NƏZƏRİYYƏSİ VƏ STATİSTİKA ELEMENTLƏRİ

DOI: 10.36719/AEM/2007-2020/52/148-152
Tamilə Əhməd qızı Savdumova
Bakı Slavyan Universiteti

İBTİDAİ SİNİFLƏRİN RİYAZİYYAT KURSUNDA 
EHTİMAL NƏZƏRİYYƏSİ VƏ STATİSTİKA ELEMENTLƏRİ

Açar sözlər: Riyaziyyat, ehtimal nəzəriyyəsi, statistika, təsadüfi kəmiyyət 
Key words: Mathematics, probability theory, statistics, random quantity
Ключевые слова: Математика, tеория вероятности, статистика, случайная величина

Ehtimal nəzəriyyəsi riyazi elm kimi təşəkkül tapmazdan əvvəl elmin müxtəlif sahələrində əsasən determinik qanunlarla baş verən hadisələr və proseslər tədqiq olunurdu. 
Ehtimal nəzəriyyəsi bizi əhatə edən aləmdə baş verən təsadüfi hadisələr və proseslərin bilavasitə özlərini deyil, onların baş verə biləcəyi stoxastik eksperimentlərin riyazi modellərini tədqiq edən riyazi elmdir.
Ehtimal nəzəriyyəsinin bir elm kimi yaranması XVII əsrin ortalarına təsadüf edib, B.Paskal (1623-1662), P.Ferma (1601-1665), X.Hüygensin (1629-1695) adlan ilə bağlıdır. Ehtimal nəzəriyyəsinin həqiqi tarixi Y.Bemulli (1654-1705) və A.Muavrın (1667-1754) elmi əsərləri ilə yaranır. P.S.Laplas (1749-1827) "Theorie Analitique des Probabilites" ("Ehtimallann analitik nəzəriyyəsi", 1812-ci il) adlı traktatında ehtimal nəzəriyyəsi sahəsində özünün və özündən əvvəlki alimlərin aldığı nəticələri şərh etmişdir. Ehtimal nəzəriyyəsinin bu dövrdəki inkişafında limit teoremlərinin tədqiqində əsas rol oynamış S.D.Puasson (1781-1840) və K.F.Qaussun (1777-1855) xidmətlərini xüsusilə qeyd etmək lazımdır. Ehtimal nəzəriyyəsinin sonrakı inkişafında əsas mərhələ P.L.Çebışev (1821-1894), A.A.Markov (1856-1922), A.M.Lyapunov (1857-1918) kimi alimlərin adları ilə bağlıdır.

MƏQALƏNİ YÜKLƏ [166,46 Kb] (yüklənib: 2)
14-06-2020, 10:10 Məqalənin davamı
PSİXİ İNKİŞAFINDA LƏNGİMƏ OLAN UŞAQLARDA İDRAKİ PROSESLƏRİN XÜSUSİYYƏTLƏRİ

DOI: 10.36719/AEM/2007-2020/54/144-147
Zəhra Etibar qızı Babayeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti

PSİXİ   İNKİŞAFINDA LƏNGİMƏ OLAN UŞAQLARDA
İDRAKİ   PROSESLƏRİN XÜSUSİYYƏTLƏRİ

Açar sözlər: psixi inkişafda ləngimə, idrak fəaliyyəti, patologiya, korreksiya  sistemi,Hafizə, intellektual inkişaf səviyyəsi, eşitmə-görmə-motorikanın koordinasiyası, qavrayış,idraki sfera, təkrarlamaq, anlamaq, yadda saxlama, ünsiyyət.
Key words: mental retardation, cognitive activity, pathology, correction system, memory, level of intellectual development, auditory-visual-motor coordination, perception, cognitive sphere, repetition, comprehension, memory, communication 
Ключевые слова: задержка в психическом развитии, познавательная деятельность, патология, система коррекции, память, уровень интеллектуального развития, координация слухо-зрительно-моторных навыков, восприятие, восприятие, повторение, понимание, память, общение.

Psixi inkişafın ləngiməsi olan uşaqların psixi proseslərinin və təlim imkanlarının tədqiqi zamanı  idrakında, emosiaonal-iradi sferalarında, davranışlarında və bütövlükdə   şəxsiyyətlərində  bir  sıra   spesefik  xüsusiyyətlər aşkar olunmuşdur. Psixi ləngiməsi olan uşaqlar aşağıdakı xüsusiyyətlərə malikdir:
=Yüksək zəiflik nəticəsində iş qabiliyyətinin aşağı olması;
=İradə və emosiyaların zəifliyi müşahidə olunur;
=Söz ehtiyyatının az olması;
=İntellektual fəliyyətin aşağı olması;
=Oyun fəaliyyəti natamam formalaşır;
=Hafizənin bütün növlərində inkişafsızlıq müşahidə edilir;
= Özünə nəzarət səviyyəsi aşağı olur;
Məktəb təlimi üçün analiz, sintez, müqayisə, ümumiləşdirmə kimi təfəkkür əməliyyatı formalaşmamış olur (onlar öz fəaliyyətlərini planlaşdıra, məsələdə istiqamətləri tapa bilmirlər).

MƏQALƏNİ YÜKLƏ [150,38 Kb] (yüklənib: 28)
14-06-2020, 10:06 Məqalənin davamı
AFONİYA, ONUN ETİOLOGİYASI VƏ SİMPTOMOKOMPLEKSİ

DOI: 10.36719/AEM/2007-2020/54/141-143
Afaq Gülağa qızı Salamzadə
Azərbaycan Dövlət Pedaqoji Universiteti

AFONİYA, ONUN ETİOLOGİYASI VƏ SİMPTOMOKOMPLEKSİ

Açar sözlər: səs, afoniya, səs telləri, funksional afoniya, spastik afoniya
Key words: voice, aphony, sound wires, functional aphony, spastic aphony
Ключевые слова: голос, афония, голосовые складки, функциональная афония,спастическая афония

Səs pozulmаlаrı müxtəlif cür qruplаşdırılır. Səs pozulmalarının təsnifatı patologiyanın təbiətinə, lokalizasiyasına və həmçinin etiopatigenəzə əsasən təsnif olunur. Səs pozuntularının vahid təsnifatı yoxdur. Mövcud təsnifatlar müxtəlif prinsiplər əsasında aparılır. Bu pozulmаlаrı bilmək müаlicə metodlаrının və nitq terаpiyаsı işinin metodlаrının seçilməsi üçün vаcibdir. Səs pozulmaları vokal aparatında patoloji dəyişikliklər səbəbindən səsin olmaması və ya pozulmasıdır. Səsin patologiyası ümumiyyətlə iki formada təqdim olunur:
1) Afoniya;
2) Disfoniya.
Səs pozulmalarının P.S.Volkova və D.K.Vilson tərəfindən təsnifatı verilmişdir. Volkovaya görə səs pozulmaları boğazın sinir-əzələ aparatındakı dəyişikliklərin təbiətindən, ilk növbədə hipo və ya hipertoniklik şəklində özünü daha çox göstərən hər ikisinin birləşməsində, səs tellərinin hərəkətliliyindən və tonundan asılıdır. Volkava səs pozulmalarını iki qrupa bölürdü:üzvi və funksional.

MƏQALƏNİ YÜKLƏ [136,43 Kb] (yüklənib: 2)
14-06-2020, 10:02 Məqalənin davamı
AZƏRBAYCAN DİLİNİN TƏDRİSİ İLƏ BAĞLI QARŞIYA ÇIXAN BƏZİ PROBLEMLƏR

DOI: 10.36719/AEM/2007-2020/54/137-140
Mətanət Bahadur qızı Mehdiyeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti

AZƏRBAYCAN DİLİNİN TƏDRİSİ İLƏ BAĞLI QARŞIYA ÇIXAN BƏZİ  PROBLEMLƏR

Açar sözlər: punktuasiya, vergül, orfoepiya, həmcins üzvlər
Key words: punctuation, comma, orthoepy, homogenous parts
Ключевые слова: пунктуация, запятая, орфоэпия, однородные члены.

Giriş
Müasir Azərbaycan dilinin tədrisi orta məktəbdə, eləcə də əksər ali məktəblərdə bir fənn kimi tədris olunur. Azərbaycan dilinin bir çox fakültələrdə tədrisinin əsas səbəbi doğma dilimizi daha dərindən mənimsəmək, orfoqrafik və orfoepik, leksik və qrammatik normalara düzgün əməl etməkdir. Qeyd edək ki, ixtisasından asılı olmayaraq, hər bir ziyalı Azərbaycan dilinin özünəməxsus dil qaydalarına əməl etməli, savadlı yazı mədəniyyətinə, gözəl və düzgün danışığa sahib olmalıdır. Bütün üslublarda dil normalarına düzgün şəkildə əməl olunmalıdır.
Bildiyimiz kimi, dilimizin tədrisi işində Azərbaycan dilinin tədrisi ilə məşğul olan müəllimlərin rolu əvəzsizdir. Azərbaycan dili dərslərinin düzgün elmi əsaslarla, pedaqoji prinsiplərə uyğun şəkildə aparılması ayrı-ayrı konkret problemlərlə əlaqədar ali məktəblərdə tələbələrin biliyini artırır, onların mühakimə qabiliyyətini inkişaf etdirir, zənginləşdirir. 

MƏQALƏNİ YÜKLƏ [162,97 Kb] (yüklənib: 3)
14-06-2020, 09:59 Məqalənin davamı
XX ƏSRIN 50-CI İLLƏRİNDƏ AZƏRBAYCAN RƏNGKARLIĞINDA TƏSVİRİ SƏNƏTƏ QOVUŞMUŞ QADIN OBRAZLARIN XÜSUSİYYƏTLƏRİ

DOI: 10.36719/AEM/2007-2020/53/212-215
Fidan Nazim qızı Məmmədova
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

XX ƏSRIN 50-CI İLLƏRİNDƏ AZƏRBAYCAN RƏNGKARLIĞINDA
TƏSVİRİ SƏNƏTƏ QOVUŞMUŞ QADIN OBRAZLARIN XÜSUSİYYƏTLƏRİ

Açar sözləri: qadın obrazı, portret, M.Abdullayev, T.Tağıyev, B.Mirzəzadə
Key words: female image, portreit,M.Abdullayev, T.Tagiyev, B.Mirzazadeh
Ключевые слова: образ женщины, портретМ.Абдуллаев, Т.Тагиев, Б.Мирзезаде

Əgər tarixə qovuşmuş Azərbaycan incəsənət tarixinə nəzər yetirsək, o zaman qadın gözəlliyinin və incəliyinin tərənnümünün təsviri sənətdə, o cümlədən də rəngkarlığda mühüm yer tutduğunu görərik. Əgər keçmişimizi vərəqləməli olsaq, o zaman Azərbaycan tarixində çoxsaylı qəhrəman, cəsur və ziyalı qadınlarımızın olduğunu görərik.
Müharibədən sonrakı dövrdə Azərbaycan rəngkarlığının fərqləndirici xüsusiyyəti müasirliye nüfüs edilməsindən, janrların geniş inkişafından ibarətdir. Rəngkarlığda ön planda sosrealizm özünü biruzə verir.  Rəssamlar  əmək fədakarlığını, başdan-başa dəyişmiş vətən torpagının gözəlliyini tərənnüm edən, bir sıra qadınların obrazını kətan üzərində canlandırmışlar. Bu dövrdə məharətlə çalışan rəssamlardan M.Abdullayev, B.Mirzəzadə, T.Tağıyev və b. öz dəsti-xətti ilə seçilən və başqa sahələrdə öz sözünü demiş və özünəməxsus sənət yolu seçmiş qadınların obrazını əsərlərində canlandırmışdırlar.

MƏQALƏNİ YÜKLƏ [218,45 Kb] (yüklənib: 6)
14-05-2020, 12:59 Məqalənin davamı
“ŞUŞA”-nın TARİXİ-MEMARLIQ ABİDƏLƏRI ELTURAN AVALOVUN QRAFİK SİLSİLƏSİNDƏ

DOI: 10.36719/AEM/2007-2020/53/209-211
Aytac Rauf qızı Teyyubova
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

“ŞUŞA”-nın TARİXİ-MEMARLIQ ABİDƏLƏRI
ELTURAN AVALOVUN QRAFİK SİLSİLƏSİNDƏ

Açar sözlər: Şuşa, abidə, qrafika, memarlıq, lövhə, ağ-qara cizgilər  
Key words: Shusha, monument, graphics, architecture, picture, black and white drawings  
Ключевые слова: Шуша, памятник, графика, архитектура, рисунок, черно-белые рисунки

İntiqam hissiylə coşurdu Şuşa,
Bu döyüş deyildi, adi tamaşa.
Düşmənin qurduğu hiylə torunda,
Son dəfə canını tapşırdı Şuşa. 
                             (Səməd Vurğun)

Şuşa Azərbaycan xalqı üçün həmişə qürur mənbəyi hesab olunan mövzu olmuşdur və bu təsviri incəsənətimizdə də özünü aydın bir şəkildə göstərir. Bu da səbəbsiz deyil. Azərbaycanın  unikal mədəniyyət mərkəzlərdən biri olan Şuşa Dağlıq Qarabağ Muxtar vilayətinin ən səfalı bölgələrindən biridir. Şəhərin əsası Pənahəli xan tərəfindən qoyulduğuna görə də ilk vaxtlarda “Pənahabad” adlandırılırdı. Şuşa qalası 3 əsas qapıya malik idi: Ağoğlan, Gəncə, İrəvan qapıları. Qarabağın incisi sayılan Şuşa öz tarixi memarlığı ilə məhşur olan şəhərdir. Burada 549 qədimi bina, 17 məscid, 2 qəsr, 2 mədərsə,72 mühüm tarixi abidə və tanınmış şəxslərin evləri mövcuddur. Bu bölgədə yerləşən bir çox tarixi memarlıq abidələri memar Kərbalayi Səfixan Qarabaği tərəfindən inşa edilmişdir. Azərbaycanın Qarabağ bölgəsinin Erməni silahlı birləşmələri tərəfindən ələ keçirilmiş torpaqlarında  vandalizmin izlərini aydın bir şəkildə görmək mümkündür. Bunun ən başlıca nümunəsi isə memarlıq abidələrimiz hesab olunur ki, Ermənilər Azərbaycana məxsus olan bir çox abidələrin məhv edilməsini ilə yanaşı təəssüf ki, bəzilərinin də ermənləşdirilməsinə nail olmuşlar. Bu mənada Şuşa ünvanlı sənət əsərləri duyulası tarixi əhəmiyyət daşıyır. Çünki, zamanında malik olduqlarımızın gələcək nəsillərə çatdırılması üçün tarixi abidələrimizin bədiiləşdirilməsi ən yaxşı vasitədir.

MƏQALƏNİ YÜKLƏ [240,83 Kb] (yüklənib: 10)


14-05-2020, 12:55 Məqalənin davamı
KƏKƏLƏMƏNİN ETİOLOGİYASI VƏ PATOGENEZİ

DOI: 10.36719/AEM/2007-2020/53/202-204
Yaqut İbrahim qızı Abduləliyeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti

KƏKƏLƏMƏNİN ETİOLOGİYASI VƏ PATOGENEZİ

Açar sözlər: kəkələmə, nitq qüsurları, loqoped, psixoloji problem
Key words: stuttering, speech defects, logopedic, psychological problems
Ключевые слова: заикание, дефекты речи, логопедия, психологические проблемы

Kəkələmə müasir dövrün aktual problemlerindən biridir və nitqin tempo-ritmik hissəsinin pozulması ilə şərtlənir. Kəkələmə nitq patologiyası olaraq, bir fizioloji bütünlük kimi qıcolmalar nəticəsində ani yaranan artikulasiya aparatının pozulmasıdır. Qədim dövrlərdə Hippokrat kəkələməni baş beyində iltihabın çoxalması ilə, Aristotele isə artikulyasiya üzvlərinin düzgün olmayan quruluşu ilə izah edirdilər. Mərkəzi və ya periferik nitq aparatı şöbələrindəki pozulmaların kəkələmə ilə  nəticələnməsi fikrini Qalen, Sels, İbn Sina kimi mütəfəkkirlər irəli sürmüşdürlər. XVII–XVIII əsrlərdə kəkələməni periferik nitq aparatının natamamlığı ilə izah etməyə cəhd göstərmişlər.Santorani hesab edirdi ki, kəkələmə sərt damaqda olan dəlikdən seliyin dilə süzülməsi nəticəsində nitqin çətinlişməsindən yaranır. Butserə görə isə alt çənədə qeyri – normal çökəkdə dilin ilişməsi kəkələməni yaradan səbəblərdən biridir.Erve-de-Şequanın gəldiyi nəticəyə görə kəkələmə ya dil altı pərdənin qısa olmasından, ya da dilin uzunluğu ilə ağız boşluğu arasında uyğunsuzluğun olmasından irəli gəlir.

MƏQALƏNİ YÜKLƏ [145,89 Kb] (yüklənib: 6)
14-05-2020, 12:46 Məqalənin davamı
MƏKTƏBƏQƏDƏR YAŞLI DİSLALİYALI UŞAQLARDA DİLİN QRAMMATİK TƏRƏFLƏRİNİNFORMALAŞDIRILMASI ÜZRƏ İŞİN MƏZMUNU

DOI: 10.36719/AEM/2007-2020/53/199-201
Qəndab Asif qızı Mustafayeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti

MƏKTƏBƏQƏDƏR YAŞLI DİSLALİYALI UŞAQLARDA DİLİN QRAMMATİK
TƏRƏFLƏRİNİNFORMALAŞDIRILMASI ÜZRƏ İŞİN MƏZMUNU

Açar sözlər: differensial diaqnostika, dislaliya, dizartiya komponenti, məktəbəqədər təhsil, korreksiya pedaqogiyası
Kлючевые словa: дифференциальная диагностика, логопедия, дислалия, дизартрический компонент, дошкольное образование, коррекционная педагогика
Key words: differential diagnostics, dyslalia, dysarthria component, preschool education, correctional pedagogy

Alimlər və müəllimlər qeyd edirlər ki, minimal dizartiya pozulmalarıilə mürəkkəb dislaliya arasında çox böyük oxşarlıq var. Ancaq dizartriyada səs tələffüzünün korreksiyası müəyyən çətinliklərə səbəb olur. İlk dəfə nitq pozulmaları xəstəlikləri sahəsində tanınmış mütəxəssis Alman həkim Qerman Qutsman, buna diqqət yetirmişdir. O qeyd edirdi ki, bu pozulmalar bulanıqlıq, artikulyasiyanın pozulmasıilə xarakterizə olunur. 
Nitqinfonetik tərəfinin pozulmalarınınaradan götürülməsi üzrəvə loqopedik işdə maksimal nəticələr əldə etməkvə adekvat korreksiyametodlarını seçmək üçünxarici əlamətlərinə görə bənzər,lakin fərqli mexanizmlə­rə malik pozulmuş dizartriya və dislaliyanımüəyyənləşdirməkdən ötrüdifferensial diaqnostika aparmaq lazımdır.

MƏQALƏNİ YÜKLƏ [139,95 Kb] (yüklənib: 8)
14-05-2020, 12:44 Məqalənin davamı
KİÇİK MƏKTƏB YAŞLI OPTİK DİSQRAFİYALI UŞAQLARIN XÜSUSİYYƏTLƏRİ VƏ NÖVLƏRİ

DOI: 10.36719/AEM/2007-2020/52/196-198
Lalə Əmrah qızı Fətəliyeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti

KİÇİK MƏKTƏB YAŞLI OPTİK DİSQRAFİYALI UŞAQLARIN
XÜSUSİYYƏTLƏRİ VƏ NÖVLƏRİ

Açar sözlər: disqrafiya, optik disqrafiya, literal optik disqrafiya, güzgülü disqrafiya
Key words: dysgraphia, optical dysgraphia, literal optical dysgraphia, mirrow dysgraphia
Ключевые слова: дисграфия, оптическая дисграфия, литеральная оптическая дисграфия, зеркальная дисграфия

Kiçik məktəbyaşlı uşaqların yazı vərdişlərinin yaradılmasına oxu ilə bir vaxtda başlanılır. Hal-hazırda tipik uşaqların yazıya yiyələnməsi dörd mərhədə aparılır:
I mərhələ bələdləşdirici olub, böyük məktəbəqədər yaş dövrünü əhatə edir. Bu mərhələdə uşağa kağız vərəqi, karandaş və qələm ilə davranmaq bacarığı təlim edilir.  Onda görmə analizatorunun, əlin hərəkətləri formalaşdırılır. Uşaq yazını ünsiyyət vasitəsi kimi anlamağa başlayır.
II mərhələ analitik mərhələ olub, məktəb təlimində əlifbaya qədər və əlifba mərhələsini əhatə edir. Bu mərhələnin özü də iki yarımmərhələyə ayrılır: hərf elementləri və onların birləşmələrinin yazılması zamanı motorikanın inkişafının baş verdiyi sadə (elementar) mərhələ və səsin hərflə əlaqələrinin möhkəmləndirildiyi yarımmərhələ. 
III mərhələ analitik-sintetik (hərfdən sonrakı) mərhələdir. Bu mərhələ hərflərin hecalara, söz tərkibində birləşmələrinə keçidini təmin edir.

MƏQALƏNİ YÜKLƏ [138,55 Kb] (yüklənib: 2)


14-05-2020, 12:41 Məqalənin davamı
MƏKTƏBİN KOLLEGİAL İDARƏEDİLMƏSİ

DOI: 10.36719/AEM/2007-2020/53/193-195
Şəbnəm Fikrət qızı Mahmudova
Bakı, Azərbaycan

MƏKTƏBİN KOLLEGİAL İDARƏEDİLMƏSİ

Açar sözlər: idarəetmə, pedaqoji nəzarət, kollegiallıq, pedaqoji şura, təşkilatçılıq, hesabat, İKT
Key words: managment, pedagogical board, control, collegiality, monitoring, pedagogical organization, reporting, ICT
Ключевые слова: управление, педагогический совет, надзор, коллегиальность, мониторинг, педагогическая организация, отчетность, ИКТ

Giriş
Məktəbdə pedoqoji prosesin düzgün təşkilində, mənəvi psixoioji mühütin yaradılmasında,müəllimlərin pedoqoji fəaliyyətinin təşkilində, onların yaradıcılıq qabiliyyətlərinin səmərəli yüksəldilməsində, qabaqcıl pedoqoji təcrübənin yayılmasında kollegial orqanların rolu böyükdür. Kollegial idarəetmə orqanları olan pedoqoji şura, direktoryanı müşavirə, fənn metodbirləşmələri, sinif rəhbərlərinin metodbirləşmələri, həmkarlar komitəsi, valideyn komitəsi, metodik şura və s. orqanlar məktəbdaxili idarəetmədə əsas əhəmiyyətli fəaliyyətə malikdir. 
Məktəbdə kollegial orqanlarin fəaliyyətinin səmərəli olması üçün direktor məktəbin təcrübəli müəllimləri ilə məsləhətləşərək onların fikirlərini, rəylərini əsas götürərək, pedoqoji prosesin keyfiyyətinin yüksəldilməsinə çalışır. 

MƏQALƏNİ YÜKLƏ [140,94 Kb] (yüklənib: 6)



14-05-2020, 12:15 Məqalənin davamı
Öncəki 1 2 3 4 5 6 7 8 9 Sonrakı
Ünvan: AZ1073. Bakı ş., Yasamal r-nu,
              Mətbuat pr., 529-cu məhəllə “Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    (+994 12) 510 63 99
Mob.: (+994 50) 209 59 68
           (+994 55) 209 59 68
www.aem.az
E-mail: [email protected]