Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019 Arxiv

HAQQINDA

 

“Qədim Diyar” beynəlxalq elmi jurnal humanitar və ictimai elmlər üzrə yüksək keyfiyyətli tədqiqat işlərini dərc edən resenziyalı elmi nəşrdir. Jurnal 2012-ci ildən dövlət qeydiyyatına alınmış, 2019-cu ildən fəaliyyətə başlamışdır. Akademik nəşr sahəsində beynəlxalq tələblərə uyğun olaraq fəaliyyət göstərən jurnal, alimlərə və tədqiqatçılara elmi tədqiqatlarını qlobal miqyasda yaymaq imkanı yaradır. 

Jurnal beynəlxalq nəşriyyat normalarına və etik qaydalara uyğun fəaliyyət göstərir, ciddi ekspert rəyinin və redaksiyadaxili proseslərin düzgün təşkilini təmin edir, eyni zamanda yeni tədqiqatlara çıxış imkanlarını artıraraq elmi tərəqqinin inkişafını dəstəkləyir.

"Qədim Diyar" beynəlxalq elmi jurnal tədqiqatların qlobal miqyas üçün sərbəst şəkildə əlçatanlığını təmin edərək açıq giriş siyasətinə uyğun fəaliyyət göstərir. Jurnalda yayımlanan hər bir məqaləyə unikal DOI: 10.36719 təyin edilir. Bu sistematik identifikator, məqalələrin elmi mühitdə tanınmasını və əlçatanlığını təmin edir.    

 

Yayımçı:      Azərbaycan Elm Mərkəzi


                      ISSN: 2706-6185
                   e-ISSN: 2709-4197
                      DOI: 10.36719


  Əlaqə:        qedim.2012@aem.az

                     info@aem.az