MƏQSƏD VƏ ƏHATƏ DAİRƏSİ
“Qədim Diyar” beynəlxalq elmi jurnal humanitar və ictimai elmlər üzrə orijinal və yüksək keyfiyyətli elmi məqalələr dərc edən resenziyalı, açıq girişli elmi nəşrdir. İl ərzində 12 sayı çap olunur.
Jurnal qlobal elmi ictimaiyyət üçün bir platforma olaraq, alimlər, tədqiqatçılar, mütəxəssislər, doktorantlar, magistrlər, müəllimlər və müvafiq sahələr üzrə təhsil alan tələbələrin öz elmi araşdırma nəticələrini və elmdə əldə etdikləri nailiyyətləri paylaşmaları və yaymaları üçün nəzərdə tutulmuşdur.
Məqsəd
“Qədim Diyar” beynəlxalq elmi jurnalının əsas məqsədi, beynəlxalq standartlara cavab verən yeni elmi tədqiqatların nəşri vasitəsilə elmi biliklərin qlobal miqyasda inkişafına töhfə verməkdir. Jurnal, açıq girişli elmi tədqiqatları dəstəkləməklə, elmi ideyaların mübadiləsinə və elmi əməkdaşlıqlara şərait yaratmağı hədəfləyir.
Əhatə dairəsi
Jurnalın əhatə dairəsinə aşağıdakı elm sahələri daxildir:
Fəlsəfə elmləri: Metafizika, epistemologiya, əxlaq fəlsəfəsi, siyasi fəlsəfə, loqika, estetika, tarixi fəlsəfə və s. sahələrlə bağlı elmi tədqiqatlar.
Tarix elmləri: Politik tarix, iqtisadi tarix, cəmiyyət tarixi, mədəniyyət tarixi, hərbi tarix, dini tarix, sosial tarix, mentalitet tarixi, məkan və zaman tarixi və s. sahələrlə bağlı elmi tədqiqatlar.
Sosiologiya elmlər: Sosial quruluş və institutlar, sosial münasibətlər və qruplar, sosial dəyişiklik və inkişaf, sosial siniflər və təbəqələşmə, sosial ədalət və bərabərlik, sosial psixologiya, sosial nəzarət və deviantlıq, sosial əlaqələr və kommunikasiya, qloballaşma və sosial dəyişikliklər, sosial tədqiqat metodları və s. sahələrlə bağlı elmi tədqiqatlar.
Psixologiya elmləri: Beyin və nevroloji psixologiya, koqnitiv psixologiya, inkişaf psixologiyası, sosial psixologiya, emosional psixologiya, tətbiqi psixologiya, klinik psixologiya, psixometriya, psixologiyanın fəlsəfəsi, məşğuliyyət psixologiyası və s. sahələrlə bağlı elmi tədqiqatlar.
İqtisadiyyat elmləri: Mikroiqtisadiyyat, makroiqtisadiyyat, inkişaf iqtisadiyyatı, beynəlxalq iqtisadiyyat, təsərrüfat idarəetməsi və müəssisə iqtisadiyyatı, iqtisadi nəzəriyyə, iqtisadi siyasət, əmək iqtisadiyyatı, maliyyə və banklar, ekoloji iqtisadiyyat və s. sahələrlə bağlı elmi tədqiqatlar.
Siyasətşünaslıq elmləri: Siyasi nəzəriyyə, idarəetmə və dövlət strukturları, siyasi mühit və institutlar, beynəlxalq münasibətlər, siyasi davranış, siyasi iqtisadiyyat, demokratiya və siyasi iştirak, beynəlxalq hüquq, siyasi təhlükəsizlik və müharibə, sosial siyasət və s. sahələrlə bağlı elmi tədqiqatlar.
Antropologiya elmləri: Bioloji antropologiya, arxeologiya, mədəni antropologiya, etnologiya, sosial antropologiya, dil antropologiyası, təkamül antropologiyası, insan ekologiyası, tibb antropologiyası, kulturologiya və s. sahələrlə bağlı elmi tədqiqatlar.
Jurnal beynəlxalq nəşr etikası standartlarına və ciddi resenziya proseslərinə riayət etməklə, dərc etdiyi elmi araşdırmaların keyfiyyətini və etibarlılığını təmin edir.