MÜASİR RƏSSAMLARIN YARADICILIĞINDA BAKI TƏSVİRLƏRİ

DOI: 10.36719/AEM/2007-2020/54/169-172
Arzu Fazil qızı Haşımova
Azərbaycan  Dövlət Rəssamlıq Akademiyası

MÜASİR RƏSSAMLARIN YARADICILIĞINDA BAKI TƏSVİRLƏRİ

Açar sözlər: Müasir incəsənət, rəngkarlıq, Bakı, kompozisiya, mənzərə
Key words: Contemporary art, painting, Baki, composition, landscape 
Ключевые слова: Современное искусство, живопись, Баку, композиция, пейзаж

Giriş
XX əsrin 70-80-ci illərindən başlayaraq rəngkarlıq sahəsində yeni meyllərin yaranmasını xüsusilə vurğu­lamaq lazımdır. Yaradılan təsvirlərdə primitivlik, şərtilik, deformasiya və s. üsullar özünü büruzə verirdi. Artıq 1990-cı illərdə Azərbaycan Respublikası müstəqil dövlət elan olunandan sonra incəsənətdə də yeni tendensiyalar yaranır. Rəssamlar azad yaradıcılığa meyl edərək avanqard cərəyanlardan və konseptual incəsənətdən faydalanaraq öz fərdi dəst-xətlərini formalaşdırırdılar.
Azərbaycan təsviri sənət tarixində avanqard istiqamətinin ikinci dalğasının təməlini qoyan, Abşeron rəssamlıq məktəbinin banisi Mircavad Mircavadov olmuşdur. Bu məktəbin nümayəndələri Bakı ətrafı əraziləri, qəsəbələri gəzərək burada yaşayan insanların gündəlik həyat və məişətini təsvir edirdilər. Novator rəssam milli ənənələr ilə yanaşı dünya incəsənətinin ənənələrindən bəhrələnərək yaradıcılığını zənginləş­dirmişdir. 

MƏQALƏNİ YÜKLƏ [203,2 Kb] (yüklənib: 7)
14-06-2020, 16:17 Məqalənin davamı
AZƏRBAYCANIN MƏDƏNİ İRSİNDƏ ÇİY KƏRPİCDƏN HÖRÜLMÜŞ DAİRƏVİ VƏ DÜZBUCAQLI TİKİLİLƏRİN YERİ

DOI: 10.36719/AEM/2007-2020/54/165-168
Vəfa Nizami qızı Həsənova
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

AZƏRBAYCANIN MƏDƏNİ İRSİNDƏ ÇİY KƏRPİCDƏN HÖRÜLMÜŞ 
DAİRƏVİ VƏ DÜZBUCAQLI TİKİLİLƏRİN YERİ

Açar sözlər: çiy kərpic memarlığı, dairəvi və düzbucaqlı evlər, pasportlaşma, mühafizə, bərpa 
Key words: architecture of raw bricks, round and rectangular houses, passportization, security, restoration 
Ключевые слова: архитектура из необработанного кирпича, круглые и прямоугольные дома, паспортизация, охрана, реставрация

Azərbaycan qədim mədəniyyət ölkəsidir. Onun mənşəyinə dair olan suallara uzaq keçmişdən olan izlərdə, bu günə qədər yaşayan memarlıq abidələri, qaya şəkilləri və arxeoloji qazıntıların bizə qazandırdığı artefaktlarda cavab tapa bilərik. Son illərdə Azərbaycanda arxeoloqların elmi kəşfləri bu bölgədə yaşayan qədim insanların orjinal tikinti mədəniyyətinin yaranma və inkişaf etmə yoluna yenidən baxmağa izin verir. Azərbaycanın qədim mədəni irsinin mütərəqqi xətt üzrə inkişafında qonşu Şərq ölkələrinin yüksək mədəniyyətləri və svilizasiyaları ilə yaradıcı qarşılıqlı təsir amili də xüsusi rol oynamışdı. Yaxın Şərqə və Xəzəryanı bölgələrə inteqrasiya şəraitində Azərbaycan ərazisi vahid mədəni məkanın tərkib hissəsinə çevrilmişdi. Əkinçilik və maldarlığın inkişafı üçün əlverişli şəraitə malik olan Azərbaycan ərazisinə hətta Ön Asiyanın mədəni mərkəzlərindən, o cümlədən, Mesopotamiyadan əkinçi tayfaların köçü başlanmışdı.

MƏQALƏNİ YÜKLƏ [152,15 Kb] (yüklənib: 3)


14-06-2020, 16:07 Məqalənin davamı
XX ƏSRİN 60-70-Cİ İLLƏRİNDƏ AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ RƏNGKARLIQ NÜMUNƏLƏRİNƏ XAS OLAN QADIN OBRAZLARININ BƏDİİ XÜSUSİYYƏTLƏRİ

DOI: 10.36719/AEM/2007-2020/54/161-164
Fidan Nazim qızı Məmmədova 
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

XX ƏSRİN 60-70-Cİ İLLƏRİNDƏ AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ RƏNGKARLIQ
 NÜMUNƏLƏRİNƏ XAS OLAN QADIN OBRAZLARININ BƏDİİ XÜSUSİYYƏTLƏRİ 

Açar sözlər: qadın obrazı,portret,V.Səmədova, D.Kazimov, T.Salahov
Key words:female image, portreit, V.Samadova, D.Kazimov, T.Salakhov
Ключевые слова:образ женщины, портрет, В.Самедова, Д. Казымов, Т.Салахов

Uşaqlıqda çoxları özlərini sənətkar kimi təqdim edirlər. Dünyanı gördüyümüz kimi təsvir etmək üçün bir dəfə hamımız qələm və ya fırça götürməkdən zövq aldıq, lakin uşaqlar böyüyür və onlardan yalnız bir neçəsi üçün bu sevimli əyləncə peşəyə çevrilir. Azərbaycanda istər vətənimiz, istərsə də xaricdə tanınan bir çox istedadlı sənətkar var. Qürur hissi budur ki, görkəmli sənətkarlarımız arasında çox sayda qadın var. V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda diplom işi olaraq işlədiyi “Azərbaycan bəstəkarları” (1951) tablosu ilə mürəkkəb kompozisiya qurmaq bacarığını və kolorit ustası olduğunu sərgiləyən Vəcihə Səmədova (1924-1965) bundan sonra çox da uzun çəkməyəcək yaradıcılığında bir-birindən maraqlı əsərlər ərsəyə gətirmişdir. Fırça ustası tərəfindən gözəl qadın portret obrazları yaradılmışdır. Xarakterin ifadəliyi, cazibəliyin tamligi, milli xüsusiyyətlər rəssamın bir çox portretlərində var. İnsan hisslərini dərindən açmaq arzusu onun bütün portretləri üçün səciyyəvidir.


MƏQALƏNİ YÜKLƏ [298,81 Kb] (yüklənib: 3)


14-06-2020, 16:04 Məqalənin davamı
XINALIQ TARİXİ-ETNOQRAFİYA MUZEYİNİN YARANMASININ TARİXİ SƏBƏBLƏRİ

DOI: 10.36719/AEM/2007-2020/54/157-160
Şəms Abdulla qızı İmanzadə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 

XINALIQ TARİXİ-ETNOQRAFİYA MUZEYİNİN YARANMASININ TARİXİ SƏBƏBLƏRİ

Açar sözlər: Xınalıq, muzey, tarix, etnoqrafiya, eksponat
Key words: Khinalig, museum, history, ethnography, exhibit
Ключевые слова: Хиналыг, музей, история, этнография, экспонат

Dünyanın hər bir xalqı müəyyən mədəniyyətə malikdir. Lakin müxtəlif xalqlarda mədəniyyətin inkişaf dinamikası da müxtəlifdir. Hər bir xalqın mədəniyyət və məişətindəki özünəməxsusluq onun etnik dünyasını təşkil edir. Etnoqrafiya muzeylərinin ən geniş yayılmış növlərindən biri açıq səma altında yaranmış muzeylər qrupudur. Bu tip muzeylərin yaranması azsaylı xalqların uzun illər məskunlaşdıqları coğrafi bölgənin nadir tarixi ərazi statusu alması ilə əlaqəlidir.
Etnoqrafik baxımdan Azərbaycan ən zəngin ərazilərdən biridir. Azərbaycanın aborigen azsaylı xalqları içərisində özünəməxsus etnoqrafik xüsusiyyətləri ilə seçilən xalqlardan biri də xınalıqlılardır. Bu etnos Qafqaz dil ailəsinə daxil olub, Şahdağ ətrafında yerləşmələrinə görə tarixi-etnoqrafik ədəbiyyatda "Şahdağ xalq­ları" adlandırılır (9). Azərbaycanın ən qədim sakinlərindən olan xınalıqlılar yeganə dilə və yaşayış məs­kəninə mənsubdur. Yəni Xınalıq kəndi və xınalıq dili dünyada yanlız Azərbaycanın Quba rayonuna məx­sus­dur.

MƏQALƏNİ YÜKLƏ [152,32 Kb] (yüklənib: 1)
14-06-2020, 15:55 Məqalənin davamı
NUMİZMATİK ƏŞYALARIN EKSPOZİSİYA HƏLLİ

DOI: 10.36719/AEM/2007-2020/54/153-156
Səfiyyə Aqil qızı Gülmalıyeva
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

NUMİZMATİK ƏŞYALARIN EKSPOZİSİYA HƏLLİ

Açar sözlər: numizmatika, sikkə, nümayiş, ekspozisiya, muzey
Key words: numismatics, coin, exhibition, exposition, museum
Ключевые слова: нумизматика, монета, выставка, экспозиция, музей

Muzey üçün ən vacib amillərdən biri muzey obyektinin və ya kolleksiyasının özünə məxsus orijinal­lığı­dır. Onun ikinci ən önəmli funksiyası isə bu muzey əşyalarının və kolleksiyalarının kütləvi nümayişidir. Yuxarıda sadalananların düzgün həyata keçirilməsi üçün muzey əməkdaşlarının çiyninə böyük elmi yük düşür. İctimaiyyət üçün önəmli olan muzeylər, onların işçilərinin böyük əməyi və səyi nəticəsində toplumun keçmişi ilə çağdaş dönəm arasında ekspozisya və sərgi vasitəsi ilə virtual və sirli rabitə yaradır. Sikkələrin və medalların muzeylərdə təqdim olunması, onların nümayişini təmin etmək baxımından müəyyən prob­lem­lər meydana çıxır və düzgün nümayışi tərtib edilməyən eksponatlar ziyarətçilərin diqqətini bir o qədr də cəlb etmir. Bunun üçündə sikkəşünaslıq materialları stentlərə düzgün və estetik dəyərini əks etdirəcək formada yerləşdirilməsi muzey ziyarətçilərinin diqqətini asandlıqla çəkə bilər.

MƏQALƏNİ YÜKLƏ [145,78 Kb] (yüklənib: 5)
14-06-2020, 15:48 Məqalənin davamı
XX ƏSR AZƏRBAYCAN BƏDİİ METAL SƏNƏTİNİN İNKİŞAFI

DOI: 10.36719/AEM/2007-2020/53/205-208
Səbinə Həbib qızı Abbaslı
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

XX ƏSR AZƏRBAYCAN BƏDİİ METAL SƏNƏTİNİN İNKİŞAFI

Açar sözlər: bədii metal, texnika, ənənəvi, dəmirçilik sənəti, misgərlik sənəti, zərgərlik sənəti 
Key words: art metal, technique, traditional, blacksmith, coppering, jewellery art
Ключевые слова: художественный металл, техника, традиционное, железное ремесло, медничество, ювелирное искусство

Hələ qədim zamanlardan bəri bədii metal sənəti Azərbaycan ərazisində ən çox inkişaf etmiş sənətlərdən biri idi. Azərbaycanda eneolit dövründə mis kəşf edildikdən sonra metal ibtidai icma cəmiyyətinin iqtisadi, təsərrüfat, ictimai və mədəni həyatında görkəmli rol oynamağa başlayır. Bu zaman başqa metallar da tapılıb müəyyənləşdirilir. Misal üçün, qurğuşun, qalay, marqanes metallarının kəşfi Azərbaycan tarixində yeni və mütərəqqi bir dövrün, tunc dövrünün başlanması ilə bağlıdır. Azərbaycan ərazisində qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri göstərir ki, əcdadlarımız hələ e.ə. II minillikdə tuncdan zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər və s. zinət əşyaları düzəldib öz həyat və məişətlərində istifadə edirlərmiş. Bəşəriyyət tarixində "tunc dövrü" adlanan bu dövr Azərbaycana, 4 min il bundan əvvəl olduğuna baxmayaraq çox zəngin maddi mədəniyyət nümunələri vermişdir. Məhz buna görə də məşhur rus alimi, akademik İ.İ.Meşşaninov Azərbaycanın ərazisini zəngin və təbii muzey adlandırmışdır. 

MƏQALƏNİ YÜKLƏ [178,63 Kb] (yüklənib: 3)
14-05-2020, 12:51 Məqalənin davamı
KOQNİTİV TƏDQİQATLAR SAHƏSİNDƏ İNCƏSƏNƏTİN EPİSTEMOLOGİYASI

Müəllif: DOI: Sevinc Vaqif qızı Əskərova

Açar sözlər: incəsənətin epistemologiyası, koqnitiv tədqiqatlar, sokonstruktivizm, transsendentalizm 
Key words:epistemology of art, cognitive research, co-constructivism, transcendentalism
Ключевые слова: эпистемология искусства, когнитивные исследования, со-конструктивизм, трансцендентализм

Məlumdurki, biliklər sistemi kimi elm inkişaf etdikcə onu öyrənən xüsusi nəzəriyyə sahəsi də yaranır. Bu epistemologiya (epistemos yunanca bilik deməkdir) adlanır. O, ümumi idrak nəzəriyyəsinin (qnoseologiyanın) ayrılmaz tərəfini təşkil edir (2,247).
İdrak nəzəriyyəsi (qnoseologiya və ya epistemologiya) nəzəri fəlsəfənin elə hissəsidir ki, burada idrakın təbiəti, onun imkanları və hüdudları, biliyin reallığa münasibəti, idrakın subyekt və obyekti kimi problemlər öyrənilir; idrak prosesinin ümumi ilkin şərtləri, biliyin doğruluq şərtləri; həqiqətin krite- risi (meyarı), idrakın forma və səviyyələri və bir sıra başqa problemlər tədqiq edilir. Başqa sözlə idrak - biliyin qazanılması və inkişaf etdirilməsi, onun daim dərinləşdirilməsi, genişləndirilməsi və təkmilləşdirilməsi prosesidir. 
2-02-2020, 14:13 Məqalənin davamı
XALQ RƏSSAMI KAMİL XANLAROVUN YARADICILIĞI

Müəllif: Aygün Atif qızı Səmədzadə

Açar sözlər: rəssam, Kamil Xanlarov, mənzər, portret, teatr,   dekorasiya, milli, ənənə, kompozisiya, üslub, kolorit.
Key words: artist, Kamil Khanlarov, landscape, portrait, theater, decoration, national, tradition, composition, style, color.
Ключевые слова: художник, Камиль Ханларов, пейзаж, портрет, театр, декорация, национальный, традиция, композиция, стиль, цвет.

Azərbaycan təsviri sənətinin parlaq səhifələrindən biri olan XX əsr milli təsviri sənətin xalq ənənələrinin müxtəlif çalarları, dünya mədəniy­yətinin nailiyyətləri üzərində inkişaf tapmasına əsaslı şəkildə təsir göstərdi. Təsviri sənətin yeni yaradıcılıq meyarları əsasında istiqamət götürməsi özünəməxsus yara­dıcılıq xüsusiyyətləri ilə fərqlənən bir sıra istedadlı rəssamların yetişməsi ilə müşayiət olunmağa başladı. Xalq rəssamı Kamil Xanlarovun adı onların içərisində aparıcı yerlərdən birini tutur. O, müasir Azərbaycan təsviri sənəti­nin formalaşmasında xüsusi xidməti olan sənətkarlardandır.
2-01-2020, 23:32 Məqalənin davamı
KLASSİK VƏ MÜASİR BƏDİİ ƏDƏBİYYAT NÜMUNƏLƏRİNƏ ÇƏKİLMİŞ İLLÜSTRASİYALARIN BƏDİİ XÜSUSİYYƏTİ

Müəllif: Nuranə Adil qızı Abdullayeva

Açar sözlər: Qrafika, klassika, illüstrasiya, obraz, ədəbiyyat, müasir
Key words: Graphic, classic, illustration, form, literature, modern
Ключевые слова: Графика, классика, образ, литература, современный

Ölkənin sovetləşməsindən sonra Azərbaycan təsviri sənətində kitab qrafikasının davamlı və rəngarəng formalarda təşəkkül tapması həm də bu sahədə zəngin təcrübənin mövcudluğu ilə bağlı idi. Bu ilk növbədə hələ orta əsrlərdən başlayaraq Azərbaycanda kitab mədəniyyətinin duyulası bir yüksəlişlə inkişaf etməsi ilə bağlı olmuşdur.  Səhifələri miniatür üslubunda çəkilmiş illüstrasiyalarla bəzədilmiş əlyazmaların zamanında ən qiymətli ərməğana çevrilməsi də həmin şöhrəti təsdiqləyir. Şərq və Azərbaycan poeziyasının məşhur şairlərinin əsərlərinə çəkilmiş həmin illüstrasiyalarda sırf poetik mətnlərin məzmunu ilə səsləşən bədii şərhlərlə yanaşı, rəssam təxəyyülünün nəticəsi olan və müəyyən qədər də müstəqil mahiyyət daşıyan təsvirlərə rast gəlmək mümkündür. Qeyd edək ki, Azərbaycan kitab qrafikasının XX yüzilliyi əhatə edən inkişaf mərhələsində də rəssamların müxtəlif nəsillərinin nümayəndələri demək olar ki, bu ənənəni layiqincə davam etdirmiş, ona yeni-yeni bədii-estetik keyfiyyətlər əlavə etmişlər. 
2-01-2020, 23:24 Məqalənin davamı
MÜSTƏQİLLİK DÖVRÜ AZƏRBAYCAN ZƏRGƏRLİYİNDƏ MİLLİ ƏNƏNƏLƏRİN ƏKSİ

Müəllif: Səbinə Həbib qızı Abbaslı

Açar sözlər: zərgərlik sənəti, ənənəvi, şəbəkə, Azərbaycan, məhsullar, elementlər, texnika.
Key words: jewellery art, traditional, filigree, Azerbaijan, products, items, technique
Ключевые слова: ювелирное искусство, традиционное, филигрань, Азербайджан, изделия, элементы, техника

Azərbaycan zərgərliyinin yaranma tarixi çox qədim dövrlərə gedib çıxır. Azərbaycanda bədii metal sənətinin tarixi kökləri metalişləmə sənətinin ilk təşəkkürü ilə üzvi sürətdə bağlı olsa da, onun zinət istehsalı istiqamətində inkişafı nisbətən sonrakı dövrlərə təsadüf edir. Beləliklə, qızıl və gümüşün istehsal xəzinəsinin mənimsənilməsi ilə əlaqədar metalişləmə sənətində zinət istehsalı üzrə baş vermiş ixtisaslaşma nəticəsində müstəqil sənət sahəsi zərgərlik meydana gəlmişdir. 
2-01-2020, 23:19 Məqalənin davamı
Öncəki 1 2 3 4 Sonrakı
Ünvan: AZ1073. Bakı ş., Yasamal r-nu,
              Mətbuat pr., 529-cu məhəllə “Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    (+994 12) 510 63 99
Mob.: (+994 50) 209 59 68
           (+994 55) 209 59 68
www.aem.az
E-mail: [email protected]