DÜNYA ÖLKƏLƏRİ ÜZRƏ İNTİHARLARIN BAŞ VERMƏ SƏBƏBLƏRİ

DOI: 10.36719/AEM/2007-2020/53/158-160
Aydan Habil qızı Məhərrəmova
Azərbaycan Turizm və Menencment Universiteti

DÜNYA ÖLKƏLƏRİ ÜZRƏ İNTİHARLARIN BAŞ VERMƏ SƏBƏBLƏRİ

Açar sözlər: intihar, intihara səbəblər, intiharın statistikası, dünyada intihar
Key words: suicide, causes of suicide, suicide statistics, worldwide suicide
Ключевые слова: самоубийство, причины самоубийства, статистика самоубийств, всемирное самоубийство

Giriş
İntihar dünyanın əsas problemləri sırasında sadalanmaqda və qarşısı heç bir ölkədə tam alına bilməməkdədir. Ölkələrin fərqli sosial durumu, rifah şəraiti, adət- ənənələri, coğrafi mühiti onlarda intihar səbəblərinin fərqliliyinə səbəb olur. İntiharın ümumi səbəblərini bilmək və araşdırmaq üçün dünya ölkələri nümunələrinə nəzər salınmalıdır, eyni zamanda bu səbəbləri aradan qaldırmağın hansı yollarının mövcudluğu aydınlaşdırılmalıdır.
İntihar ( latın sözü olub “sui” – özünü, “seadere” – öldürmək deməkdir.) müstəqil və könüllü şəkildə bir insanın öz həyatına qəsd etməsidir (1, səh 4-5).

MƏQALƏNİ YÜKLƏ [144,84 Kb] (yüklənib: 4)
14-05-2020, 11:31 Məqalənin davamı
QURANDA ELM VƏ ÖYRƏNMƏYƏ TƏŞVİQ Tezislər)

DOI: 10.36719/AEM/2007-2020/53/156-157
Şəlalə Sabir qızı Salmanova
Bakı Dövlət Universiteti

QURANDA ELM VƏ ÖYRƏNMƏYƏ TƏŞVİQ Tezislər)

Açar sözlər: İslam, Quran, elm, təfəkkür, ağıl 
Key words: Islam, Koran, science, thinking, mind
Ключевые слова: Ислам, Коран, наука, мышление, ум

Allah Təalanın bəşəriyyətə nazil etdiyi ən son nazil etdiyi ən son, ən mükəmməl din olan İslam dininin gücü, üstünlüyü onun müqəddəs kitabı Qurani-Kərimin əsrlərdən - əsrlərə dəyişilməmiş və təhrif olunmamış şəkildə bizə gəlib çatmasıdır. Qed etmək istərdik ki, heç bir din İslam dini qədər sağlam düşüncəyə, elmə, ağıl və iradəyə, hürriyyətə önəm verməmişdir. Peyğəmbərlərin sonuncusu Həzrəti Məhəmməd Peyğəmbər Allah kəlamını bizə çatdırarkən və şəriət qaydalarını qurarkən bizi kor-koranə təqlidə sövq etməmiş, həqiqəti görməyə, anlamağa, öyrənməyə, ağlımızdan istifadə etməyə çağırmışdır. İslamda ağıl dinin əsasıdır, ağlı olma­yan kəs isə şəriət qayda-qanunlarından sorumlu deyil. Ağlı olan, lakin zamanında, vaxtında döşün­məyən insan isə peşmançılıq hissindən əziyyət çəkər. Əl-Mülk surəsi, 10: “Onlar: Əgər biz (peyğəmbərlərin öyüd- nəsihətinə) qulaq asıb ağlımızı başımıza yığsaydıq, cəhənnəm əhli içində olmazdıq! – deyəcək”. 

MƏQALƏNİ YÜKLƏ [116,88 Kb] (yüklənib: 5)
14-05-2020, 11:28 Məqalənin davamı
XIX ƏSRDƏ AZƏRBAYCANDA MİLLİ ŞÜURUN İNKİŞAFINA ABBASQULU AĞA BAKIXANOVUN VƏ QASIM BƏY ZAKİRİN SOSİAL-SİYASİ GÖRÜŞLƏRİNİN TƏSİRİ

DOI: 10.36719/AEM/2007-2020/53/151-155
Rafail Ayvaz oğlu Əhmədli
AMEA-nın Fəlsəfə institutu

XIX ƏSRDƏ AZƏRBAYCANDA MİLLİ ŞÜURUN İNKİŞAFINA ABBASQULU AĞA
BAKIXANOVUN VƏ QASIM BƏY ZAKİRİN SOSİAL-SİYASİ GÖRÜŞLƏRİNİN TƏSİRİ

Açar sozler: milli şüur, milli özünüdərk, Abbasqulu Ağa Bakıxanov, Qasım bəy Zakir, maarifçilər 
Key words: national thinking, national identity, Abbasgulu Aga Bakikhanov, Gasim bei Zakir, enlighteners
Ключевые слованациональное мышление, национнальное самосознание, Аббасгулу Ага Бакиханов, Гасым бей Закир, просветители 

XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının müstəq=illiklərinin əlindən alınması xalqın milli şüuru­nun inkişafına əngəllər törətməklə yanaşı, ictimai-siyasi fikirdə milli özünüdərkin tərəqqisi üçün də buxova çevrilmiş, russayağı düşünməyi və onun mövqeyindən çıxış etməyi tələb etmişdi. 
Belə bir ağır və mürəkkəb vəziyyət Azərbaycanın yaradıcı ziyalılarını düşündürməyə bilməzdi. Məsələnin ziddiyyətli məqamı ondan ibarət idi ki, bu ziyalılarımızın bəzisi xalqın maddi, sosial-siyasi və iqtisadi vəziyyətinin səbəbini çar Rusiyasının iyrənc müstəmləkəçilik siyasətində deyil, feodalizm quruluşunun qü­sur­larında, xüsusilə, dini-fanatizmdə və intellektual gerilikdə görürdülər. Lakin xalqımızın qabaqcıl ziyalıları olan Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh, Mirzə Kazım bəy və Abbasqulu Ağa Bakıxanov kimi XIX əsrin birinci yarısında fəaliyyət göstərən mütəfəkkirlər xalqın mövcud vəziyyətini məhdud mənada deyil, geniş sosial-siyasi anlamda başa düşür və öz yaradıcılıqlarında ciddi problemlərə toxunmaqdan çəkinmirdilər. Bu düşünürlərdən biri və birincisi də məhz Abbasqulu Ağa Bakıxanovdur.

MƏQALƏNİ YÜKLƏ [180,38 Kb] (yüklənib: 7)
14-05-2020, 11:23 Məqalənin davamı
SPASTİK DİPLEGİYA DİAQNOZLU UŞAQLARIN NEYROPSİXOLOJİ TƏDQİQİ

Müəllif: Səlbi Ağamehdi qızı Abbasova

Açar sözlər: neyropsixoloji, qnostik funksiyalar, praksis, psixi funksiyalar, serebral iflic, spastik diplegiya
Key words: neuropsychological, gnostic functions, praxis, cerebral palsy, spastic diplegia
Ключевые слова:нейропсихологическая, гностические функции, праксис, церебральный паралич, спастическая диплегия

Məktəb yaşlı serebral iflicli uşaqlarda ali psixi funksiyaların neyropsixoloji təhlili onların təhsili və korreksiya – inkişafetdirici prosesdə psixoloji-pedaqoji müşayəti üçün fərdi proqramların işlənilməsinə imkan verir.
Tədqiqatlar psixometrik (Veksler metodikasının uşaq variantı ilə müayinə) və neyropsixoloji olmaqla əsas iki istiqamətdə aparılmışdı. Bu istiqamətlər aşağıdakı bloklardan təşkil olunmuşdu:
1) qnostik funksiyaların tədqiqi: görmə (əşyaların və onların təsvirlərinin tanınması), eşitmə (ritmlərin və ayrıca fonemlərin təkrarlanması), qnozis;
2) praksis funksiyaların tədqiqi: konstruktiv, kinestetik praksis;
3) əqli iş bacarığının tədqiqi: eşitmə və görmə modallığında yaddaşın, diqqətin (həcm, konsentrasiya, keçid, iradilik);
4) fikri proseslərin keyfiyyət təhlili: ümumiləşdirmə, əqli nəticə;
5) qrafik bacarıqların tədqiqi: rəsmlər, hərf və rəqəmlərin yazılışı 
2-02-2020, 13:38 Məqalənin davamı
BİZNESİN STRATEJİ İDARƏ EDİLMƏSİNDƏ İNNOVASİYA LAYİHƏLƏRİNİN İQTİSADİ SƏMƏRƏLİLİYİNİN ARTIRILMASININ ƏHƏMİYYƏTİ

Müəllif: Elçin Fərhad oğlu Osmanov

Açar sözlər: innovasiya, biznes, sahibkarlıq, idarəetmə
Key words: innovation, business, entrepreneurship, management
Ключевые слова: инновации, бизнес, предпринимательство, менеджмент

Müasir biznes sahəsində elmi və texniki nailiyyətlərin savadlı və düzgün tətbiqini nəzərdə tutan innovasiya sistemi sürətlə inkişaf edir. Bu inkişafda biznes inkubatorlar da mühüm rol oynayırlar. Belə ki, biznesinkubatorların əsas vəzifəsi maraqlı biznes ideyanı aşkara çıxarmaq və onun biznes layihəsinə çevrilməsinə kömək etmək, məhsul istehsalına yardım göstərmək və bazara çıxışı təmin etməkdən ibarətdir. Bütün bu vəzifələrin yerinə yetirilməsinə, xüsusilə məhsulun bazara çıxışına yardım göstərmək kifayət qədər mürəkkəb məsələdir. Buna nəinki, ölkə daxilində, eləcə də beynəlxalq aləmdə düzgün biznes siyasəti aparmaqla, biznes infrastrukturunun işlək mexanizmlərini hərəkətə gətirməklə nail olmaq mümkündür. Bu funksiya getdikcə daha vacib əhəmiyyət kəsb edir, çünki vaxt keçdikcə yeni müəssisənin bazara çıxışı tədricən artmaqda olan rəqabət üzündən mürəkkəb xarakter almaqdadır. Biznesin inkubasiyası uzunmüddətli dövrə hesablanmış sahibkarlığa köməyin infrastruktur mexanizmlərindən biri sayılır.
2-02-2020, 13:26 Məqalənin davamı
AZƏRBAYCANDA ƏLVERİŞLİ İNVESTİSİYA MÜHİTİNİN FORMALAŞDIRILMASI İSTİQAMƏTLƏRİ

Müəllif: Zəhra Qüdrət qızıTeymurlu

Açar sözlər: investisiya, iqtisadiyyat, iqtisadi artım, inkişaf
Key words: investment, economy, economic growth, development
Ключевые слова: инвестиции, экономика, экономический рост, развитие 

Müasir dövrdə hər bir ölkənin inkişafında investisiyaların rolu xüsusi əhəmiyyət kəsb edir. İnvestisiyalar təhlükəsiz iqtisadi artımı və ölkə iqtisadiyyatında rəqabət qabiliyyətini təmin edir, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə zəmin yaradır. İnvestisiyaların artımını təmin etmək üçün bazar infrastrukturunun genişləndirilməsi və təkmilləşdirilməsi, iqtisadi artımı təmin etmək üçün isə investisiyaların iqtisadiyyatın prioritet sahələrinə yönəldilməsi, iqtisadiyyatın quruluşunda elm tutumlu sahələrin payının artırılması zəruri hesab olunur [3].
2-02-2020, 13:22 Məqalənin davamı
QEYRİ-NEFT SEKTORUNUN EFFEKTİV TƏNZİMLƏNMƏSİ DÖVLƏT İDARƏÇİLİYİNİN PRİORİTET İSTİQAMƏTİ KİMİ

Müəllif: Rakim Zülal oğlu Haqverdiyev

Açar sözlər: qeyri-neft sektoru, iqtisadiyyat, maliyyə, diversifikasiya, siyasət
Keywords: non-oil sector, economy, finance, diversification, policy
Ключевые слова: ненефтяной сектор, экономика, финансы, диверсификация, политика

Ölkəmizdə sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafına və əhalinin məşğulluq vəziyyətinin yaxşılaşdırılmasına maliyyə yardımı göstərmək məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu yaradılmışdır və bu fond vasitəsilə çoxsaylı bizneslər üçün müxtəlif kreditlər ayrılmaqla onların inkişafına yardım edilmişdir. "Azərbaycan
Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydaları "Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 oktyabr tarixli Sərəncamı ilə təkmilləşdirilmişdir . "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydaları" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 oktyabr tarixli, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri", kiçik kreditlərin həddi 50 min manata (müddəti 3 ilədək), orta ölçülü kredit limitinə isə 500 minə qədər manata (5 il), 10 milyon manata qədər (10 il) qədər müəyyən edilmişdir. Kreditlər üzrə güzəşt müddəti kreditin qüvvədə olma müddətinin ilk ½ dövrünü əhatə edir.
27-11-2019, 14:28 Məqalənin davamı
MİLLİ İQTİSADİYYAT PERSPEKTİVİ ÇƏRÇİVƏSİNDƏ BİZNES MÜHİTİ İNKİŞAFININ MÜQAYİSƏLİ TƏHLİLİ

Müəllif: Sultan Qurban oğlu Niftəliyev

Açar sözlər: KOS, iqtisadiyyat, biznes,investisiya, ASC
Keywords: Small to medium business, Economy, Business, İnvestment, Open Joint Stock Company
Ключевые слова: Экономика, Бизнес, Инвестиции, Малый и средний бизнес, Открытое Акционерное Общество

Hər bir ölkənin biznes və investisiya mühitinin vəziyyəti həmin ölkənin xarici investisiyalar cəlb etmək və kiçik və orta müəssisələri inkişaf etdirmək qabiliyyətini müəyyən edən başlıca amildir. Transmilli müəssisələr sağlam biznes mühitinə malik, yəni xərclərin, gecikmələrin və riskin minimum səviyyədə olduğu ölkələrə investisiya yatırmağı üstün tuturlar. Bundan əlavə, kiçik və orta müəssisələrin inkişaf etmək şansı müxtəlif vergi və tənzimləmələrlə yüklənməmiş bir mühitdə daha yüksəkdir. Dünya Bankının veb-səhifəsində bu məsələ bu cür ifadə olunur: “Səmərəli investisiya mühiti hər bir ölkənin öz iqtisadi inkişafına təkan vermək strategiyasının zəruri dayağıdır. Öz növbəsində, bu strategiya əməyin daha məhsuldar olması və kasıb insanların daha yüksək gəlir əldə etməsi üçün imkanlar yaradır”. Azərbaycanda da son dövrlərdə, xüsusən də 2014-cü ildən sonra “Post-neft dövrünün başlanğıcında” sahibkarlıq mühitinin inkişafı üçün bəzi mexanizmlər düşünülmüşdür. Bu baxımdan, bəzi KOS-ların yaradılması, müəssisələrin qeydiyyatı və vergilərin idarəedilməsində bəzi irəliləyişlər müşahidə olundu. Fərdi sahibkarlığın sayının artmasına baxmayaraq, KOS-ların ölkə iqtisadiyyatında rolu hələ də məhduddur, KOS-ların ümumi iqtisadiyyata əlavə etdiyi dəyər müzakirə məsələsidir. 
27-11-2019, 14:17 Məqalənin davamı
СОЦИАЛЬНЫЕ НОРМЫ: СУЩНОСТЬ И ФУНКЦИИ

Müəllif: Меджид Мамед оглу Мамедов

Ключевые слова: социальные нормы, общество, взаимосвязи, функции
Açar sözlər: sosial normalar, cəmiyyət, qarşılıqlı münasibətlər, funksiyalar
Key words: social norms, society,interconnections, functions,

Люди устанавливают социальные нормы для разных целей. Осо­бое значение  система норм имеет для регулирова­ния различных процессов. Это конечно не означает,   что вся сис­тема регуляции подчинена нормам. В реальной действительности люди встречаются и с ненормативной регуляцией явлений в мире (1; 3; 5; 7).  
Однако это не означа­ет,  что такого рода регуляцию нельзя описать с точки зрения норм и тем самым открыть возможность контроля за ее протека­нием.
27-11-2019, 13:57 Məqalənin davamı
QLOBALLAŞMA ŞƏRAİTİNDƏ AZƏRBAYCANDA İNSAN AMİLİ PROBLEMİNİN ƏSAS İSTİQAMƏTLƏRİ

Müəllif: Fəridə Mikayılova

Müasir dünyada gedən qloballaşma prosesində insan amilinin öyrənilməsi həm tə­biət, həm də humanitar elmlər Üçün mühüm əhəmiyyət kəsb edir. Cəmiyyətimizdə baş verən ıqtisadıi inkişaf, İstehsalatda yeni texnologiyaların tətbiqi, təhsil, səhiyyə sosial təminat sisteminin durmadan təkmilləşdirilməsi zərurəti insana aid problemlərin köklü şəkildə İşlənib hazırlanmasım tələb edir.
Dünyəvi dövlət quruculuğunu həyata keçirən Azərbaycanın beynəlxalq aləmdə nü­fuzu getdikcə artır və geostrateji əhəmiyyəti yüksəlir. Dünyada gedən qloballaşma prose­sində respublikamız yaxından iştirak edir.
10-11-2019, 22:40 Məqalənin davamı
Öncəki 1 2 3 Sonrakı
Ünvan: AZ1073. Bakı ş., Yasamal r-nu,
              Mətbuat pr., 529-cu məhəllə “Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    (+994 12) 510 63 99
Mob.: (+994 50) 209 59 68
           (+994 55) 209 59 68
www.aem.az
E-mail: [email protected]