26 FEVRAL XOCALI SOYQIRIMI GÜNÜDÜR. SAĞALMAZ XOCALI YARASI MƏQSƏDLİ HƏYATA KEÇİRİLƏN SOYQIRIMDIR

Müəllif: Əli Umud oğlu Əliyev

Açar sözlər: Xocalı yarası, məqsədli soyqırım, Ərmən Alban tayfası, “bolorqir” ermənilərə, “notrqir” albanlara məxsusdur
Keywords: Rana Khojaly, genocide, Albanian tribes Arman
Ключевые слова: Ходжалы, геноцид, албанские племена арман

Zaman bütün yaraları sağaldır, amma Xocalı yarası sağalmır ki, sağalmır. Ona görə Xocalı yarası cağalmır ki, bu yara cismani yara deyildir. Bu yara ideoloji yaradır, bu coyqırımdır. Vəhşilikdir, bəşəriyyətin dərk edə bilmədiyi, vəhşi heyvanların edə bilmədikləri vəhşilikdir. Zaman və məkan daxilində belə bir hadisə baş verməmişdir ki, vəhşi heyvanlar planlı şəkildə sürü halında biri-birilərinin üzərinə hücuma keçsinlər və biri digərini bütünlüklə məhv etsinlər. Lakin dünyanın əşrəfi adlandırdığımız insanlar tarix boyunca ta qədim dövrdən  bu günə kimi biri-birilərini məhv edib, daimi olaraq bu məhvetməni davam etdirməkdədirlər. Belə məhvetmə siyasəti yürüdənlərdən biri erməni qaniçənləri və onların havadarlarıdır. Ona görə də erməniyə insan demək dünyanın əşrəfi saydığımız insanları ləkələmək deməkdir.
1-02-2020, 22:57 Məqalənin davamı
İRƏVAN XANLIĞINA DAİR İLKİN MƏNBƏLƏRİN SAHƏ MÜTƏXƏSSİSLƏRİNİN İNFORMASİYA TƏMİNATINDA YERİ

Müəllif: Solmaz Azay qızı Sadıqova

Açar sözlər: İrəvan xanlığı, ilkin informasiya mənbələri, tələbatçılar, informasiya təminatı, sahə mütəxəssisləri
Key words: Iravan khanate, primary sources of information, consumers, information provision, field specialists
Ключевые словаИреванское ханство, первоисточники информации, потребители, информационное обеспечения, специалисты отрасли

Müasir cəmiyyətdə maddi, xammal, enerji, əmək və maliyyə resursları ilə yanaşı, informasiya resursları da mövcuddur. İnformasiya resurslarından başqa, istənilən resurs işləndikcə yox olur. Məsələn, yanacaq yanıb qurtarır, maliyyə vəsaiti xərclənir və s. İnformasiya resursu isə “bitib tükənmir”, ondan çoxlu sayda istifadə etmək mümkündür (1). Belə informasiya resurslarından biri də İrəvan xanlığına həsr olunmuş  ilkin informasiya mənbələridir. Ümumiyyətlə,   informasiya resurslarının   iki  növü var. İlkin informasiya resursları və ikinci dərəcəli  informasiya resursları. İnformasiya resurslarına dair bu sətirlərin müəllifinin  bir sıra elmi əsərləri çap olunmuşdur. Onlardan bəzilərini qeyd etmək olar (1; 2; 3).
27-11-2019, 13:47 Məqalənin davamı
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN XARİCİ SİYASƏTİNDƏ ERMƏNİSTAN MƏSƏLƏSİ

Müəllif: Rəşad Fikrət oğlu Seyidov

Açar sözlər: Azərbaycan, Ermənistan, Türkiyə, İrəvan, Andronik, ərazi, terrorçuluq
Key wordsAzerbaijan, Armenia, Turkey, Yerevan, Andronicus, area, terrorism
Anahtar kelimeler: Azerbaycan, Ermenistan, Türkiye, Andranik, bölge, terörizm

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən qonşu ölkələrlə dinc münasibətlərin qurulması istiqamətində fəaliyyətə başlamışdı. Digər qonşu ölkələrdən fərqli olaraq Ermənistan ilə münasibətlər ermənilərin təcavüzkarlıq siyasətinin nəticəsi olaraq getdikcə gərginləşirdi. Türkiyənin I Dünya Müharibəsindəki məğlubiyyəti ermənilərin yenidən Azərbaycan və Türkiyə ərazisində fəallaşmasına səbəb oldu. “Dənizdən dənizə Böyük Ermənistan” yaratmaq ideyalarını daha açıq şəkildə ortalığa qoyaraq mübarizəni genişləndirdilər. Y.V.Çəməzəmənli bu haqda yazırdı: “böyük Ermənistan xəritəsini gördüm. 3 dənizin ortasında təşəkkül edəcəkmiş. Ağ, Qara və Xəzər dənizlərinin ortasında. Xəritəyə Salyan, Lənkəran, Gəncə və başqa şəhərlər də daxil edilmişdi” [5, 37]. Cümhuriyyət qurulmamış ermənilərin törətdikləri qırğınlar Cümhuriyyət qurulduqdan sonra da davam etdirilirdi. Ermənilər Qarabağın dağlıq hissələrinə, Zəngəzur və Naxçıvana iddia edirdilər.
27-11-2019, 13:04 Məqalənin davamı
AZƏRBAYCAN NEFTİNİN ZƏNGİN TARİXİ

Müəllif: Ələmdar Əli oğlu Şahverdiyev

Açar sözlər: neft, sənaye, kapital, müqavilə, iqtisadiyyat, rəmz
Key words: oil, industry, capital, contract, economy, symbol
Ключевые слова: нефть, промышленность, капитал, контракт, экономика, симбол

Azərbaycan neftinin Azərbaycanın dövlətçilik  tarixindəki roluna ilk  dəfə  ən yüksək qiyməti Ulu Öndər, Ümummilli Lider H.Ə.Əliyev vermişdir. Prezident Heydər Əliyev 1994-cü il sentyabr ayının 20-də “Əsrin müqaviləsi”nin təntənəli imzalanma mərasimində geniş nitq söyləyərək demişdir:“Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərpasını, Azərbaycanın  müstəqil   dövlət olmasını, həmçinin xalqımızın öz sərvətlərinin tam sahibi olduğunu bir daha dünyaya nümayiş etdirdik” [6, s.135].          
27-11-2019, 12:34 Məqalənin davamı
KATOLİKOS BAKUR VƏ ÇAR ARVADI SPARAMA HAQQINDA MÜLAHİZƏLƏR

Müəllif: Qəzənfər Şirin oğlu Kazımov

Açar sözlər: Albaniya, Bizans, Xilafət, Babək, Qərbi Azərbaycan, Qarabağ, xəyanət
Key words: Albania, Byzantine, Caliphate, Babek, West Azerbaijan, Karabakh, betrayal
Ключевые слова: Албания, Византия, Халифат, Бабек, Западный Азербайджан, Карабах, предательство

Moisey Kalankatuklunun «Albaniya tarixi» əsəri Ziya Bün­­yado­vun yazdığı kimi, Azər­baycanın X əsrə qədərki vəziy­yəti ba­rə­­də mə­lu­mat almağa imkan ve­rən yeganə yer­li mənbə hesab olu­nur 1
Əsər üç kitabdan ibarət olub, daha çox V əsrdən X əsrə qə­­dər­­ki ha­disələri əha­tə edir. Müəllifi mübahisəlidir. Mütəxəs­sis­lə­rin fikrincə, ikinci, üçüncü kitablar X əsrdə, birinci kitab VII əsr­də ya­zılmışdır2. La­kin bi­zim fikrimizcə, birinci və ikinci ki­tab­larVII əsr­­­də, üçüncü kitab X əsrdə yazılmışdır. Bir sıra epi­­zodlar göstərir ki, birinci kitabın müəllifi ikinci kitabdakı bir çox hadisə­lər­də şəx­sən iştirak et­­miş­dir. İkinci kitabın on doqquzuncufəs­lin­də oxu­yu­ruq: «Mən hə­qiqəti gizlətmirəm və deyirəm: o gün Ca­­vanşir ba­la­la­rını itirmiş di­şi ayı kimi  çox qəzəbləndi və hid­dət­lən­di». Xe­yirxah və cə­sur ka­to­­likos Vironun Bərdə yaxın­lı­ğın­­­da düşərgə sal­mış xə­zər­­lə­rin ça­dı­rına necə daxil oldu­ğunu müəllif belə təsvir edir: «Biz on­ların ça­dırın içində bar­daş qurub otur­duqlarını gördük, elə bil, ağır yük­­lən­miş dəvələr oturmuş­du»3. Bu misallar hadisə­lər­də müəl­lifin iş­ti­ra­kı­nı göstərir. Z.Bün­­­­­yadov da bu cəhəti duymuş, bi­rin­ci misaldakı mən sö­zün­dən son­ra «yə­ni müəllif», ikinci misal­dan son­ra «Bura­da, de­yə­sən, mü­əllif özü də ol­muşdur»4 - sözlərini yaz­­mış­dır.
27-11-2019, 12:23 Məqalənin davamı
AZƏRBAYCAN VƏ DÜNYA AQRAR ELMİNİN İNKİŞAF TARİXİNDƏ AKADEMİK EYYUB BƏŞİROV YARADICILIĞININ ROLU VƏ ƏHƏMİYYƏTİ

Müəllif: Əfqan MƏMMƏDOV

Kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsul istehsalının artın İması, əhalinin eko­loji təmiz, bioloji qiymətli ərzaqla, sənayenin isə xammalla təmin olunması həlli vacib bir problem kimi bütün dövrlərdə, bütün cəmiyyətlərdə öz ciddiliyi, kəskinliyi ilə xüsusi diqqət çəkib. Çünki bir fərd olaraq insanın yaşayışı, gündəlik həyatı, məişəti, sağlamlığı aqrar saitə İlə sıx bağlıdır. Deməli, aqrar sahəni inkişaf etdirmədən cəmiyyətin normal həyatından, onun varlığından söz açmaq mümkün deyil.
Çoxdan bəlli olan bu aksioma insanı haqqında bəhs etdiyimiz problemin həllinə yönəlmiş axtarışlara, elmi tədqiqatlara, elmi araşdırmalara məcbur etmiş, nəticədə aqrar elmin inkişafının nüvəsinə, təkanverici qüvvəsinə çevrilmişdir.
10-11-2019, 23:40 Məqalənin davamı
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖNƏMİNDƏ ELM, MƏDƏNİYYƏT VƏ TƏHSİL QURUCULUĞU


Müəllif: Cəbrayıl Qəhrəmanov
Açar sözlər: Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan Demokratik Respublikası, Azərbaycan, M. Ə.Rəsulzadə, təsis, təhsil, kadrlar, Qafqaz,                          hökümət

Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay müddətində təhsilimizin, mədəniyyətimizin, dövlətçiliyimizin inkişaf etdirilməsi, habelə dilimizin dövlət dili kimi tətbiq edilməsi, mənəvi dəyərlərimizin qorunması sahəsində çox böyük işlər görmüşdür. M.Ə.Rəsulzadə haqlı olaraq yazırdı ki, «Milli Azərbaycan Cümhuriyyəti­nin yaşadığı istiqlal dövrü Azərbaycan tarixinin ən parlaq bir dövrüdür».
Tariximizin ən şərəfli dövrlərindən biri olan 1918-1920-ci illərdə Azerbaycan Xalq Cümhuriyyəti yüz illər boyu xalqımızın arzusunda olduğu bir çox məsələlərin həll edilməsində çox böyük nailiyyətlər qazandı. 
10-11-2019, 10:23 Məqalənin davamı
CÜMHURİYYƏT DÖVRÜ VƏ RABİTƏ

Müəllif: Firdovsiyyə Əhmədova, Elşad Nurəliyev
Açar sözlər: Cümhuriyyət, poçt-teleqraf, radiostansiya, Azərbaycan, Gəncə, rabitə, Parlament

Rabitə strateji əhəmiyyətə malik sahələrdəndir. Dövlətin, cəmiyyətin həyatında, idarəetmə sistemində başlıca rol oynayır. Bu səbəbdən də bütün dövrlərdə mövcud şə­raitdən asılı olmayaraq rabitə sisteminin qurulmasına böyük önəm verilib indi de verilir.
XX əsrin əvvəllərində, 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika kimi tarixə düşmüş Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə yaradılan hökümətin tərkibindəki nazirliklərindən biri də məhz rabitə sahəsi üzrə idi.
Azərbaycan Demokratik Respubtrkası dövründə ölkənin rabitə müəssisələrinin ya­radılması və rabitə şəbəkəsinin qurulması məqsədilə təsis edilmiş nazirlik Poçt-teleqraf və Yollar Nazirliyi adlanırdı. Nazir vəzifəsinə isə ilk dəfə olaraq Xudadat bəy Məlik Aslanov təyin edildi. İndiki Rabitə və texnologiyaları Nazirliyinin əsası 1918-ci il may ayının 28-də qoyuldu.
9-11-2019, 19:05 Məqalənin davamı
О СОЗДАНИИ "ГОСУДАРСТВЕННОГО ИСТОРИКО-АРХИТЕКТУРНОГО И ПРИРОДНОГО МУЗЕЯ - ЗАПОВЕДНИКА"

Müəllif: Э.И.Велиев, Б.Ю. Велиев

Нас, азербайджанцев, независимо от страны проживания, радуют новости из родного Азербайджана. Это ввод в эксплуатацию новых объектов, проведение форумов европейского и мирового уровня по актуальным проблемам современ­ности, успехи наших спортсменов на международных соревнованиях и одним словом экономический подъем во всех сферах без исключения. А наша столица с каждым годом хорошеет до неузнаваемости. По долгу своей научной деятельно­сти мне приходилось бывать в таких городах как Москва, Париж, Токио, Вашинг­тон. С уверенностью могу сказать, что сегодня наш Баку ничем не уступает по красоте этим крупным столицам мира. Особенно ослепителен он ночью.
Уважаемый президент, Азербайджан завоевывает все новые высота под вашим ру­ководством. Яле представляю эти достижения без Вашего имени. Мы гордимся своим президентом и благодарим Вас за доблестный труд во благо народов Азербайджана.
9-11-2019, 13:38 Məqalənin davamı
"DÖVLƏT TARİXİ-MEMARLIQ VƏ TƏBİİ QORUQ MUZEYİ"NİN YARADILMASI HAQQINDA

Müəllif: E.İ.Valiyev, B.Y.Vəliyev

Doğma Azərbaycanımızda olan yeniliklər, yaşadığı ölkədən asılı olmayaraq, biz azərbaycanlıları çox sevindirir. Bu yeniliklər hansılardır: yeni obyektlərin istifadəyə verilməsi, müasirlik problemlərinin aktuallığı ilə bağlı Avropa və Dünya miqyasmda formulların keçirilməsi beynəlxalq yarışlarda idmançılarımızın müvəffəqiyyətləri, bir sözlə bütün sahələrdə iqtisadi yüksəliş. Elmi fəaliyyətimlə əlaqədar mən Moskva, Paris, Tokio, Vaşinqton şəhərlərində olmuşam. Qətiyyətlə deyə bilərəm ki, bugünkü Bakımız gözəllikdə dünyanın iri paytaxtlarından heç de geri qalmır.
Hörmətli Prezident Sizin rəhbərliyiniz altında Azərbaycan yeni zirvələr fəth edir. Biz öz Prezidentimizlə fəxr edir və Azərbaycan xalqının səadəti uğranda gördüyünüz şanlı əməyinizə görə Sizə minnətdarıq.
9-11-2019, 13:29 Məqalənin davamı
Öncəki 1 2 3 Sonrakı
Ünvan: AZ1073. Bakı ş., Yasamal r-nu,
              Mətbuat pr., 529-cu məhəllə “Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    (+994 12) 510 63 99
Mob.: (+994 50) 209 59 68
           (+994 55) 209 59 68
www.aem.az
E-mail: [email protected]