HAQQINDA
“Təbiət və Elm” beynəlxalq elmi jurnal aqrar elmlər, biologiya elmləri və kimya elmi üzrə orijinal və yüksək keyfiyyətli elmi məqalələr dərc edən resenziyalı, açıq girişli elmi nəşrdir. Jurnal 2019-cu ildən dövlət qeydiyyatına alınmış və həmin ildən fəaliyyətə başlamışdır. Akademik nəşr sahəsində beynəlxalq tələblərə uyğun olaraq fəaliyyət göstərən jurnal, alimlərə və tədqiqatçılara elmi tədqiqatlarını qlobal miqyasda yaymaq imkanı yaradır.
Jurnal beynəlxalq nəşriyyat normalarına və etik qaydalara uyğun fəaliyyət göstərir, ciddi ekspert rəyinin və redaksiyadaxili proseslərin düzgün təşkilini təmin edir, eyni zamanda yeni tədqiqatlara çıxış imkanlarını artıraraq elmi tərəqqinin inkişafını dəstəkləyir.
“Təbiət və Elm” beynəlxalq elmi jurnal tədqiqatların qlobal miqyas üçün sərbəst şəkildə əlçatanlığını təmin edərək açıq giriş siyasətinə uyğun fəaliyyət göstərir. Jurnalda yayımlanan hər bir məqaləyə unikal DOI: 10.36719 (Digital Object Identifier) təyin edilir. Bu sistematik identifikator, məqalələrin elmi mühitdə tanınmasını və əlçatanlığını təmin edir.
Yayımçı: Azərbaycan Elm Mərkəzi
ISSN: 2707-1146
e-ISSN: 2709-4189
DOI: 10.36719
Əlaqə: nature.science2000@aem.az
info@aem.az