Arxiv
Nature & Science 2025 Nature & Science 2024 Nature & Science 2023 Nature & Science 2022 Nature & Science 2021 Nature & Science 2020 Nature & Science 2019 Arxiv

Təbiət və Elm

Beynəlxalq Elmi Jurnal

 

ISSN: 2707-1146

e-ISSN: 2709-4189

   DOI: 10.36719

________________________________________________________________

 

Jurnal Aqrar, Biologiya və Kimya elmlərini əhatə edir

 

Jurnal ingilis dilində fəaliyyət göstərir

 

"Azərbaycan Elm Mərkəzi" "Crossref" təşkilatının üzvü olduğu üçün

mərkəzdə çap olunan məqalələrə, konfrans materialları və tezis toplularına DOI: 10.36719 təyin edilir.

Müəlliflərə "Azərbaycan Elm Mərkəzi" tərəfindən Beynəlxalq Sertifikat verilir.

 

Məqalə çapına dair tələblər

 

  • Məqalə formatı: Məqalə A4 formatında, 14 ölçüdə, 1,5 sətirarası məsafə ilə Times New Roman şriftlə yazılmalı, səhifənin aşağı, yuxarı, sağ-sol tərəflərində 2 sm boş məsafə buraxılmalıdır.
  • Məqalənin həcmi: 7-35 səhifə arası olmalıdır.
  • Müəllif: Müəllifin adı və soyadı (məs.: Rəsul Musayev), çalışdığı müəssisənin adı tam şəkildə, elmi dərəcəsi, ORCID ID-si, elektron poçt ünvanı və telefon nömrəsi məqalənin başlığından əvvəl sağ tərəfdə yazılmalıdır. Təhsilini davam etdirən müəllif, təhsil pilləsinə uyğun olaraq, bakalavriat, magistrant və ya doktorant olduğunu qeyd etməlidir. Hazırda təhsil almayan və çalışmayan müəllif yalnız yaşadığı şəhər və ölkə adını qeyd etməlidir.
  • Xülasə: 150-250 sözdən ibarət olmaqla ingilis dilində yazılmalıdır.
  • Açar sözlər: 5 sözdən az olmayaraq ingilis dilində yazılmalıdır.
  • Giriş
  • Tədqiqat
  • Nəticə
  • Ədəbiyyat: Ədəbiyyat siyahısı 16 mənbədən az olmayaraq, ingilis dilində, əlifba sırasına uyğun olaraq yazılmalıdır.
  • Kitaba istinad: Müəllifin soyadı, adının baş hərfi, mötərizə içində kitabın nəşr ili, adı (kursivlə) və nəşriyyatın adı ardıcıllıqla qeyd olunmalıdır. Nümunə: Rüstəmov, R. (2009). Tibbi genetika. Azərbaycan Tibb Universiteti.
  • Jurnala istinad: Müəllifin soyadı, adının baş hərfi, mötərizə içində məqalənin nəşr ili, adı, jurnalın adı (kursivlə), cild (nömrə), səhifə aralığı və məqalənin DOI kodu varsa, ardıcıllıqla qeyd olunmalıdır. Nümunə: Qasımov, E. (2020). Kriptorxizm zamanı xaya sükanının qidalanmasında iştirak edən arteriolaların və əzələvi venulaların strukturlarında baş verən dəyişikliklərin morfoloji xarakteristikası. Təbiət və Elm, 01(02), 6- 13. https://doi.org/10.36719/AEM/2020/02/6-13
  • İnternet resursuna istinad: Müəllifin soyadı, adının baş hərfi, mötərizə içində məqalənin nəşr ili, gün, ay, məqalə adı (kursivlə), veb-sayt adı və URL ardıcıllıqla qeyd olunmalıdır. Nümunə: Hüseyn, E. (2020, 20 may). Xəstəliklərin diaqnozunda dərin təlim texnologiyasının tətbiqi.Aem.az.https://aem.az?newsid=2789
  • Tərtibçi müəllif tərəfindən hazırlanan kitaba istinad: Tərtibçinin soyadı, adının baş hərfi, mötərizə içində “tərtibçi” sözü, nəşr ili, kitabın adı (kursivlə) və nəşriyyat adı ardıcıllıqla qeyd olunmalıdır. Nümunə: Məmmədov, A. (tərtibçi). (2022). Tibbə aid əsas anlayışlar. Bakı Tibb Nəşriyyatı

 

 

Məqalə daxilində istinadlar iki formada yazılmalıdır: mənbəyə ümumi olaraq istinad edilərsə,səhifə nömrəsi göstərilmədən (məs.: Musayev, 2018), xüsusi olaraq bir səhifəyə istinad edilərsə, səhifə nömrəsi göstərilməklə (məs.: Musayev, 2018, s. 55).

 

Məqalə çapı ödənişlidir

 

e-mail: nature.science2000@aem.az

info@aem.az

__________________________________________________________________

 

Ünvan: Bakı şəh., Mətbuat pr., 529,

“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə

 

Tel:     +994 99 805 67 68

            +994 99 808 67 68

            +994 12 510 63 99