DOI: https://doi.org/10.36719/XXXX-XXXX/3/5-13

Vasili Vasilyeviç Radlovun “Опыт словаря тюркских наречий” (“Opıt slovarya tyurkskix nareçiy”) lüğətində feil şəkilləri və çoxmənalılığı

 

Könül Abdullayeva Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным.

 

Xülasə. XIX əsrdə türk dillərinin araşdırılıb, toplanıb, qruplaşdırılmasına aid tədqiqat əsərləri içərisində V. V. Radlovun əsərlərini xüsusilə qeyd etmək lazımdır. Bütün həyatını bu işə həsr edən alim türk dillərinin tarixini, leksikasını, qrammatikasını işıqlandıran onlarla kitabın müəllifidir. O, “Опыт словаря тюркских наречий” (“Opıt slovarya tyurkskix nareçiy”) lüğətində sözlərin yalnız bir cür ifadəsini deyil, bir çox sözün digər variantlarını da qeyd etmişdir. Bu da o deməkdir ki, alim yalnız dialektlərə məxsus sözləri toplamaqla kifayətlənməmiş, eyni zamanda bu dialektlərə daxil olan şivələrdə işlənən sözləri də toplamış və dərindən araşdırıb, sistemləşdirmişdir. Çoxmənalılıq dildə müəyyən səbəblərlə bağlı olaraq yaranır. Sözlər əvvəl təkmənalı olur, müəyyən tarixi dövrdən sonra çoxmənalılığa doğru inkişaf edir. Burada məcazlaşma üstünlük təşkil edir. XIX əsrin qiymətli xəzinələrindən sayılan “Опыт словаря тюркских наречий” (“Opıt slovarya tyurkskix nareçiy”) lüğətində də bir sıra çoxmənalı sözlərə rast gəlirik. Məsələn: açmaq feilinin 8 mənasının tərcüməsini göstərən Radlov dilimizin zənginliyini də göstərmişdir. Biz bu məqalədə V. V. Radlovun adı çəkilən lüğətində qeyd olunmuş feillər üzərində tədqiqat apararaq, şəkillərinə görə qruplaşdırmış və məcazlaşaraq çoxmənalılıq qazanmış feilləri də nümunələrlə göstərmişik.

 

Açar sözlər: leksika, feil, dialektlər, çoxmənalılıq, lüğətlər, söz yaradıcılığı

 


Baxış: 3