Arxiv
ELMİ İŞ QƏDİM DİYAR Nature & Science ELMİ TƏDQİQAT Üst bölmələr Journal of Economics Journal of Technology Studies Journal of MEDICINE-24 Journal of Philological Studies
DOI: 10.36719/AEM/2019/01/32-38
Müəllif: Arzu Həsən qızı Əsgərova

Açar sözlər: Oliqosen-miosen, Talış, Yardımlı çökəkliyi
Key words: Oligocene-miocene, Talish, Yardimli deflection
Ключевые слова: олигоцен - миоцен, Талыш, Ярдымлинский  прогиб

Giriş
Talış zonasında tədqiq olunan oliqosen-üst miosen qatının çöküntüləri xeyli ərazinin tutur. Maykop çöküntüləri uzun müddət müxtəlif mütəxəssislərin tədqiqat obyekti olub. Beləki   1946-1948 ci illərdə Azərbaycan Neft Ekspedisiyası Talışda neftlilik cəhətdən perspektivli sahələri müəyyənləşdirmək məqsədilə regionun paleocoğrafiyası, tektonikası və stratiqrasiyasının tədqiqi üzrə işlər aparmışdır. Lakin ərazidəki  çökmə süxurların litoloji tərkibləri və kimyəvi xüsusiyyətləri kifayət qədər öyrənilməmişdir. Bu baxımdan əldə etdiyimiz məlumatlar  regionun litologiyası, süxurların mineraloji və kimyəvi tərkibi, çöküntü toplanma şəraiti haqqında müəyyən yeni nəticələrin  alınmasına imkan verir. Tədqiqatın obyekti Talış zonasının Yardımlı çökəkliyi sahəsində yerləşən oliqosen-miosen yaşlı çöküntülərin açıldığı Yolocaq, Perimbel, Daşkənd, Yardımlı kəsilişləridir.



Baxış: 1105