Arxiv
Elmi Tədqiqat 2024
Nərgiz Bəhrəm qızı Qaralova
Azərbaycan Respublikasının Prezident yanında
Dövlət İdarəçilik Akademiyası
magistr
nergizqaralova@gmail.com
AZƏRBAYCANDA DÖVLƏT QULLUĞU
SİSTEMİNİN DÖVLƏT İDARƏÇİLİYİNDƏ MÖVQEYİ
SİSTEMİNİN DÖVLƏT İDARƏÇİLİYİNDƏ MÖVQEYİ
Xülasə
Məqalədə dövlət qulluğu dövlət idarəetmə mexanizminin mühüm tərkib hissəsi kimi araşdırılmışdır.Göstərilmişdir ki, dövlət qulluğu dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsində əhəmiyyətli dərəcədə rol oynayır. O cümlədən, dövlət qulluğu ilə bağlı müxtəlif yanaşmalar təhlil edilmişdir. Qeyd olunmuşdur ki, dövlət qulluğu demokratik siyasi sistemlərdə daha çox inkişaf edir. Demokratiya dövlət qulluğunun öz funksiyalarını daha effektiv formada və şəffaf şəkildə nümayiş etdirməyə, yeniliklərə açıq və vətəndaşlara daha yaxın bir şəkildə xidmət etməyə imkan yaradır.
Dövlət qulluğunun cəmiyyətin siyasi sisteminin ən vacib ünsürü olan dövlətin funksiyalarının həyata keçirilməsi prosesindəki iştirakının konstitusion əsaslarına toxunulmuş, Azərbaycan Respublikasının Konstitusiyasında dövlət qulluğunun konstitusional prinsiplərinin əsasları öyrənilmişdir. Azərbaycanda dövlət qulluğu sisteminin müasir standartlar səviyyəsinə qaldırılması istiqamətindəki addımların ardıcıl və sistemli xarakteri qeyd olunmuşdur.
Açar sözlər: Dövlət, dövlət qulluğu, idarəetmə, demokratiya, e-hökumət
Baxış: 407