Arxiv
Elmi Tədqiqat 2024
DOI: https://www.doi.org/10.36719/2789-6919/18-22
Kənan Amil oğlu Musayev
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası
magistrant
kk1479401@gmail.com
Kənan Amil oğlu Musayev
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası
magistrant
kk1479401@gmail.com
AZƏRBAYCAN RESPUBLİKASINDA DAVAMLI QİDA
TƏMİNATI YOLUNDA ATILAN ADDIMLAR VƏ ƏSAS HƏDƏFLƏR
Xülasə
Son dövrlərdə Yer kürəsində geniş vüsət alan iqlim dəyişiklikləri, torpaq və su resurslarının deqradasiya prosesi və dünya əhalisinin durmadan artması ciddi problemlərə yol açmışdır. Bu isə öz növbəsində ərzaq məhsulları ilə təminat məsələsinə təsirsiz ötüşmür. Hər bir ölkənin əsas məqsədlərindən biri əhalini keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təmin etmək hesab edilir. Etibarlı ərzaq təminatı ölkə üçün başlıca şərt kimi, iqtisadi və sosial dayanıqlılığın əsasını təşkil etməklə yanaşı, dövlət təhlükəsizliyinin və demoqrafik təhlükəsizliyin mühüm şərtlərindən biridir. Bu sahədə isə kənd təsərrüfatının rolunu qeyd etmək lazımdır. Əhalinin öz fəaliyyətini saxlaması və təkrar istehsalını həyata keçirməsi prosesində kənd təsərrüfatı əvəzedilməz rola malikdir. Kənd təsərrüfatının əsasını isə heyvan və bitki mənşəli məhsullar təşkil edir.
Açar sözlər: İntensiv təsərrüfatçılıq, hidroponik becərmə, zoonoz xəstəliklər, ərzaq təhlükəsizliyi, qida təhlükəsizliyi, epizootiya, izlənilə bilənlik, zəncirvari izlənmə, daxili izlənmə.
Baxış: 430