Arxiv
Elmi Tədqiqat 2024
Nərmin Ələddin qızı Qədimova
Azərbaycan Dövlət İqtisad Universiteti
Magistrant
ngadimov99@gmail.com
RƏQƏMSAL İQTİSADİYYATDA İSTEHLAKÇI DAVRANIŞININ
XÜSUSİYYƏTLƏRİNİN TƏHLİLİ
XÜSUSİYYƏTLƏRİNİN TƏHLİLİ
Xülasə
Pandemiya dövrünün gətirdiyi çətinliklərlə birlikdə internet üzərindən alış-verişin əhəmiyyəti daha çox anlaşıldı. Epidemiyadan təsirlənmək istəməyən insanların istər öz təşəbbüsləri ilə, istərsə də onlayn alış-verişin gətirdiyi məhdudiyyətlərin təsiri ilə evdən çölə çıxmaması ehtiyaclarının ödənilməsinin ən mühüm mənbəyinə çevrildi. Onlayn alış-veriş xüsusilə pandemiya dövründə həm sosial, həm də iqtisadi məhdudiyyətlərin gətirdiyi çətinliklərlə birlikdə istehlakçıların və müəssisələrin ilk seçiminə çevrildi.
Virusun sürətlə yayılmasına baxmayaraq, bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da gündəlik həyatın davamı üçün onlayn tədqiqatlar aparılmağa başlanılıb və nəticədə rəqəmsal mediadan istifadə yüksək səviyyəyə çatmışdır. E-ticarət, eyni zamanda fiziki qarşılıqlı əlaqəni minimuma endirən bir üsul hesab olunur. Virus izdihamlı mühitlərdə daha sürətli yayıldığı üçün insanlar getdikcə e-ticarət və onlayn alış-verişdən daha çox istifadə etməyə üstünlük verməyə başladı.
Açar sözlər: rəqəmsal iqtisadiyyat, e-ticarət, istehlakçı, sosial-media marketinqi, istehlak kanalı.
Narmin Gadimova Aladdin
ANALYSIS OF CHARACTERISTICS OF CONSUMER BEHAVIOR IN
THE DIGITAL ECONOMY
THE DIGITAL ECONOMY
Abstract
Despite the difficulties caused by the pandemic period, the importance of online shopping has become more understood. The fact that people who do not want to be affected by the epidemic do not leave their homes, either on their own initiative or under the influence of restrictions imposed by online shopping, has become the most important source of meeting their needs. Online shopping has become the first choice of consumers and businesses, especially during the pandemic, with the challenges posed by both social and economic constraints.
Despite the rapid spread of the virus, online surveys have begun to be conducted in Azerbaijan, as in many other countries, to maintain daily life, and as a result, the use of digital media has reached a high level. E-commerce is also a way to minimize physical interaction. As the virus spreads faster in crowded environments, people are increasingly opting for e-commerce and online shopping.
Key words: digital economy, e-commerce, consumer, social media marketing, consumer channel.
Baxış: 586