Yusif İsrafil oğlu İsmayılzadə
Azərbaycan Dövlət İqtisad Universiteti
Magistrant
yusif.ismayilzade@gmail.com

ŞUŞANIN TURİZM POTENSİALININ QİYMƏTLƏNDİRİLMƏSİ
Xülasə
Azad edilmiş Qarabağ torpaqları bütün imkanları ilə Azərbaycanın ən vacib regionlarından biridir. Yeraltı və yerüstü sərvətlərlə zəngin olan Qarabağın turizm potensialı kifayət qədər genişdir. Burada turizmin bir çox növləri - ekoturizm, dağ turizmi, qış turizmi, ov turizmi, sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar mövcuddur. Qarabağın əsas turizm potensialı Şuşa və Ağdamda çəmlənsə də, regionunun bütün bölgələri müalicə və istirahət üçün yararlı idi. Vaxtilə Şuşa və Ağdam rayonlarında yerləşən məşhur “Şuşa”, “Gülablı” sanatoriyaları, Şuşanın istirahət evləri, məktəblilərin yay tətilində dincəlməsini təmin edən düşərgələr görülən yenidənqurma işlərindən sonra öz füsunkar görkəmlərini tamamilə dəyişəcəkdir. Azərbaycan mədəniyyətinin incisi Şuşa şəhərinin tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verir. Şuşada Pənahəli xanın sarayı, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi, Şuşa mağara düşərgəsi, Şuşa qalası kimi tarixi abidələr və muzeylər ziyan görsə də, sürətlə bərpa işləri aparılacaq. 
Açar sözlər: Azərbaycan, Şuşa, Qarabağ, turizm potensialı, turist

Yusif Israfil Ismayılzade

EVALUATION OF THE TOURISM POTENTIAL OF SHUSHA
Abstract
The liberated lands of Karabakh are one of the most important regions of Azerbaijan with all its capabilities. The tourism potential of Karabakh, rich in underground and surface resources, is quite wide. There are many opportunities for the development of many types of tourism - ecotourism, mountain tourism, winter tourism, hunting tourism, health tourism. Although the main tourism potential of Karabakh was concentrated in Shusha and Agdam, all regions of the region were suitable for treatment and recreation. The famous "Shusha" and "Gulabli" sanatoriums, once located in Shusha and Aghdam districts, Shusha rest homes, summer camps for schoolchildren during the summer holidays will completely change their charming appearance after the reconstruction work. The pearl of Azerbaijani culture, the historical monuments of Shusha, its unique architecture allow the creation of new tourist routes. Although historical monuments and museums such as Panahali khan's palace, Yukhari Govhar aga mosque, Ashagi Govhar aga mosque, Khurshidbanu Natava's house, Molla Panah Vagif's mausoleum, Shusha cave camp, Shusha fortress were damaged in Shusha, restoration work will be carried out rapidly. 
Key words: Azerbaijan, Shusha, Karabakh, tourism potential, tourist





Baxış: 733