Roman İdris oğlu Salahov
Dövlət Gömrük Komitəsinin Akademiyası
magistrant
Roman.Salahov@ascca.edu.az

İNVESTİSİYA STİMULLAŞDIRILMASI VƏ TİCARƏTİN ASANLAŞDIRILMASI
 SAHƏSİNDƏ DÖVLƏT TƏDBİRLƏRİNİN ƏHƏMİYYƏTİ
Xülasə
İnvestisiyaların stimullaşdırılması zamanı qarşıya çıxan dövlət tədbirlərindən biri də ticarətin asanlaşdırılmasıdır. Ticarətin asanlaşdırılması ölkə ərazisində istehsala hazırlıq prosesindən tutmuş hazır məhsulların realizasiyasına qədər olan bütün mərhələləri əhatə edən bir prosesdir. Ticarətin asanlaşdırılması zamanı əsas götürülən meyarlar istehsal informasiyalarının əlçatan olması, sahə üzrə investorlar üçün informasiya mənbələrinin güvənilir olması, istehsal texnologiyalarının alınması və ya idxalı üzrə güzəştlərin tətbiqi, vergi və rüsumların güzəştli tətbiq olunması, sahələr üzrə bazarlara maneəsiz çıxış imkanları və s. hesab edilir. İnvestorların qərarlarına təsir edən bütün bu faktorlar nəzərə alınaraq dövlətlər tərəfindən ticarətin asanlaşdırılması üzrə tədbirlər həyata keçirilir.
Açar sözlər: investisiya fəaliyyəti, xarici ticarət, dövlətin iqtisadi fəaliyyəti, ticarətin asanlaşdırılması, ixrac potensialının artırılması

Roman Idris Salahov

The importance of government measures in the field of investment increase and easy trade
Abstract
One of the government measures taken to stimulate investment is to facilitate trade. Trade facilitation is a process that covers all stages in the country, from the process of preparation for production to the sale of finished products. Criteria for trade facilitation include access to production information, reliability of information sources for investors in the field, application of concessions on the purchase or import of production technologies, preferential application of taxes and duties, unimpeded access to markets in the field, etc. is considered. Taking into account all these factors influencing the decisions of investors, the states are taking measures to facilitate trade.
Key words: investment activity, foreign trade, economic activity of the state, trade facilitation, increase of export potential
Key words: investment activity, foreign trade, economic activity of the state, trade facilitation, increase of export potential




Baxış: 448