Arxiv
Elmi Tədqiqat 2024
Balamirza Aydin Mammadli
Baku State University
Master student
balamirzamammadli@gmail.com
THE MASSIVE DEPORTATIONS OF THE CHECHENS AND INGUSH
PEOPLE IN THE USSR DURING WORLD WAR II
PEOPLE IN THE USSR DURING WORLD WAR II
Abstract
The problem of the deportation of North Caucasian peoples to Central Asia in the USSR during World War II has not yet been fully studied and therefore is the subject of research by many historians. A scientific-objective approach to the study of the problem of deportation became possible only after the collapse of the USSR due to the disclosure of secret archival funds. Chechens and Ingush are among the peoples who were massively deported in the USSR during the war with Nazi Germany. The forced resettlement of the Chechens and Ingush people from their historical lands and their placement in the “special settlement” regime was accompanied by the death of hundreds of thousands people. During the deportation, Chechens and Ingush people were subjected to social and moral pressure, many restrictions, their property rights and security were not ensured, despite the fact that they were listed in official documents. The article discusses the reasons for the deportation of the Chechen-Ingush population, the preparation and conduct of the deportation operation during the years of the German- Soviet war, as well as the gradual restoration of the rights of the deported Chechen-Ingush population in the post-war years.
Keywords: World War II, USSR, Chechens, Ingush people, deportation, “special settlement”, rehabilitation
Balamirzə Aydın oğlu Məmmədli
II Dünya müharibəsi dövründə SSRİ-də çeçenlərin və inquşların kütləvi deportasiyası
Xülasə
II Dünya müharibəsi illərində SSRİ-də Şimali Qafqaz xalqlarının Orta Asiyaya deportasiyası problemi hələ tam araşdırılmayıb və buna görə də bir çox tarixçilərin tədqiqat obyektidir. Deportasiya probleminin tədqiqinə elmi-obyektiv yanaşma yalnız SSRİ-nin süqutundan sonra məxfi arxiv fondlarının açılması sayəsində mümkün olmuşdur. Nasist Almaniyası ilə müharibə zamanı SSRİ-də deportasiya edilən xalqlar arasında çeçenlər və inquşlar diqqəti cəlb edir. Çeçen-inquş xalqlarının öz tarixi torpaqlarından məcburi köçürülməsi və “xüsusi məskunlaşma” rejiminə salınması yüz minlərlə insanın ölümü ilə müşayiət olunmuşdur. Deportasiya zamanı çeçenlər və inquşlar sosial, mənəvi təzyiqlərə, bir çox məhdudiyyətlərə məruz qalmış, rəsmi sənədlərdə qeyd olunmasına baxmayaraq onların mülkiyyət hüquqları və təhlükəsizliyi təmin olunmamışdır. Məqalədə Çeçen-İnquş əhalisinin deportasiyasının səbəbləri, Almaniya-SSRİ müharibəsi illərində deportasiya əməliyyatının hazırlanması və həyata keçirilməsi, habelə deportasiya edilmiş çeçen-inquş əhalisinin hüquqlarının müharibədən sonra tədricən bərpası məsələlərindən bəhs edilir.
Açar sözlər: II Dünya müharibəsi, SSRİ, çeçenlər, inquşlar, deportasiya, xüsusi məskunlaşma, bəraət
Baxış: 603