DOI: https://doi.org/10.36719/2706-6185/29/21-25
Yeganə Məmmədova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
pedaqogika üzrə fəlsəfə doktoru
yeganememmedova.doc@gmail.com
MƏKTƏBƏQƏDƏR YAŞ DÖVRÜNDƏ NİTQ İNKİŞAFININ LİNQVİSTİK XÜSUSİYYƏTLƏRİ
Xülasə
İnsan hər şeyi öyrənməkdə və tərbiyə almaqda, başlıca olaraq, sözdən istifadə etdiyi üçün dil özünü təlim və tərbiyə üzrə işin mühüm vasitəsi kimi göstərir. Uşağın təlim-tərbiyəsinin mahiyyəti, onun təfəkkürünün inkişafı, şəxsiyyətinin formalaşması, ana dilinə necə yiyələnməsindən asılıdır. Böyüməkdə olan gənc nəslə məişətdə, əməkdə, ictimai fəaliyyətdə ana dilinin zənginliklərindən istifadə etməyi öyrətmək təlimin bütün mərhələlərində mühüm bir vəzifədir. Uşaq ana dilinə əsasən intiutiv şəkildə yiyələnir. O, ətrafdakıların nitqini dinləyərkən müxtəlif fikirlərlə qarşılaşır, onları əzbərləyir və tədricən dəfələrlə təkrar olunan elementləri yeni şəraitdə işlədir. Onların əsasında özü də yeni fikir söyləyir və beləliklə, ana dilinin quruluşuna yiyələnir. Məktəbəqədər təhsil müəssisələrində uşaqların nitqinin inkişafı ilə məşğul olan bu işi təşkil edən tərbiyəçilər məhz bu sahədə müəyyən nəzəri bilik bacarıq və vərdişlərə yiyələnməlidirlər. Uşaqların şifahi nitqinin leksik tərkibini kəmiyyət və keyfiyyətcə öyrənmək lazımdır, çünki uşağın lüğət ehtiyyatı nə qədər zəngindirsə, şifahi nitqi bir o qədər gözəl və obrazlı olur.
Açar sözlər: məktəbəqədər dövr, nitq inkişafı, linqvistik təhlil, lüğət ehtiyyatı, şifahi nitq
Yegana Mammadova
Azerbaijan State Pedagogical University
PhD in pedagogy
yeganememmedova.doc@gmail.com
Linguistic characteristics of speech development in pre-school age
Abstract
Language shows itself as an important tool for learning and education, as a person mainly uses words in learning and being educated. The essence of a child's education, the development of his thinking, the formation of his personality, depends on how he acquires his mother tongue. Teaching the growing young generation to use the riches of their mother tongue at home, at work, and in social activities is an important task at all stages of education. A child learns intuitively based on his mother tongue. While listening to the speech of those around him, he comes across different ideas, memorizes them, and gradually uses repeatedly repeated elements in new conditions. Based on them, he makes new ideas and thus acquires the structure of his native language. Educators involved in the development of children's speech in pre-school educational institutions should acquire certain theoretical knowledge, skills and habits in this field. It is necessary to study the lexical composition of children's oral speech quantitatively and qualitatively, because the richer the child's vocabulary, the more beautiful and figurative his oral speech is.
Keywords: preschool age, speech development, linguistic analysis, vocabulary, oral speech