DOI: https://doi.org/10.36719/2706-6185/29/93-102

Nuranə İbadova

Bakı Dövlət Universiteti

dissertant

nurane-ibadova@mail.ru 


NORMAYARATMA PROSESİNDƏ  İNSAN HÜQUQ VƏ AZADLIQLARININ MƏHDUDLAŞDIRILMASI İLƏ BAĞLI KONSTİTUSİON HÜQUQİ TƏLƏBLƏRƏ 

ƏMƏL OLUNMASI


Xülasə

Məqalədə normayaratma prosesində  insan hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə bağlı konstitusion hüquqi tələblərə əməl olunması ilə bağlı olan bir sıra məsələlər nəzərdən keçirilərək araşdırılmışdır. İnsan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının  qanunilik, zərurilik və mütənasiblik kimi əsas prinsiplərinin mahiyyət və məzmunu sistemli şəkildə təhlil edilmiş, bu prinsiplərlə bağlı İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyi öyrənilmişdir. Belə bir nəticə çıxarılmışdır ki, normayaratma prosesində insan hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə bağlı konstitusion hüquqi tələblərə əməl edilməsi normativ-hüquqi aktların layihələrinin ekspertizası zamanı daim diqqət mərkəzində saxlanılmalıdır.  Həmçinin məhdudlaşdırıcı xarakterli tədbirlərin yer aldığı konkret hüquqi aktların layihələri  qanunçuluq, zərurilik, mütənasiblik kimi prinsiplərə əməl olunması nöqteyi-nəzərindən qiymətləndirilməlidir.

Açar sözlər: normayaratma, hüquq və azadlıqlar, məhdudlaşdırma, məqsədlər, prinsiplər, qanunilik, mütənasiblik


Nurana Ibadova

Baku State University

dissertation student

nurane-ibadova@mail.ru


Compliance with the constitutional legal requirements related to the restriction of human rights and freedoms in the process of law-making


Abstract

In the article, a number of issues related to compliance with constitutional legal requirements related to the restriction of human rights and freedoms in the process of rule-making were reviewed and investigated. The essence and content of the main principles of the restriction of human rights and freedoms, such as legality, necessity, and proportionality, were systematically analyzed, and the position of the European Court of Human Rights regarding these principles was studied. It was concluded that compliance with the constitutional legal requirements related to the limitation of human rights and freedoms in the process of rule-making should always be the focus during the examination of drafts of normative-legal acts. Also, drafts of specific legal acts containing restrictive measures should be evaluated from the point of view of compliance with principles such as legality, necessity, and proportionality.

Keywords: rule-making, rights and freedoms, limitation, goals, principles, legality, proportionality



Baxış: 241