DOI: https://doi.org/10.36719/2706-6185/22/91-94

İlkin Əliyev

Azərbaycan Turizm və Menecment Universiteti

magistrant

aliyev.ilkin.2101@atmu.edu.az


STRATEJİ PLANIN TƏTBİQİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ YOLLARI


Xülasə

Strateji planlaşdırma məqsədə çatmaq üçün təyin olunmuş spesifik strategiyanın hazırlanmasına doğru aparan, rəhbərlik tərəfindən əvvəlcədən qəbul edilən qərar və ideyaların məcmusudur. Strateji planlaşdırma idarəetmə qərarların qəbul edilməsində istiqamətverici alətdir. Onun vəzifəsi – təşkilatda yenilikləri və dəyişiklikləri lazımi səviyyədə təmin etməkdir. Daha doğrusu, o, strateji planlaşdırma prosesi çərçivəsində idarəetmə fəaliyyətinin 4 əsas növünü özündə əks etdirir: ehtiyatların bölüşdürülməsi, ətraf mühitə uyğunlaşma, daxili əlaqələndirmə və təşkilati - strateji qabağıgörmə.

Bazar iqtisadiyyatı şəraitində strateji planlaşdırma və idarəetmə məsələləri böyük aktuallıq kəsb edir. Müəssisənin strateji inkişaf planlarının işlənib hazırlanması menecerlərin ən mühüm vəzifələrindən biridir. 

Strateji planlaşdırma şirkətin məqsəd və vəzifələrinin konkretləşdirilməsi, onların vaxt baxımından icrası, resursların bölüşdürülməsi, perspektiv meyillərin müəyyənləşdirilməsi və fəaliyyətə səmərəli nəzarətin yaradılması kimi fəaliyyətin əsasını təşkil edir. Başqa yanaşmaya görə, strateji planlaşdırma təşkilatın missiyasının həyata keçirilməsinə zəmin yaratmaq üçün nəzərdə tutulan spesifik strategiyaların işlənilməsi və reallaşdırılmasını təmin edən qərarların və fəaliyyətlərin məcmusudur.

Açar sözlər: strategiya, planlaşdırma, iqtisadiyyat, şirkət, inkişaf, menecment


Ilkin Aliyev 

Azerbaijan University of Tourism and Management 

master student

aliyev.ilkin.2101@atmu.edu.az


Ways of implementing and evaluating the strategic plan


Abstract

Strategic planning is a set of decisions and ideas taken in advance by management leading to the development of a specific strategy set to achieve a goal. Strategic planning is a guiding tool in management decision-making. His task is to ensure the necessary level of innovations and changes in the organization. Rather, it includes 4 main types of management activities within the strategic planning process: resource allocation, environmental adaptation, internal coordination, and organizational-strategic foresight.

In the market economy, strategic planning and management issues are of great importance. Development of strategic development plans of the enterprise is one of the most important tasks of managers.

Strategic planning is the basis of activities such as concretization of the company's goals and objectives, their implementation in terms of time, allocation of resources, determination of prospective trends and creation of effective control of activities. According to another approach, strategic planning is a set of decisions and activities that ensure the development and implementation of specific strategies intended to create a foundation for the realization of the organization's mission.

Keywords: strategy, to plan, economy, company, development, management


Baxış: 351