DOI: https://doi.org/10.36719/XXXX-XXXX/1/49-53
Bakı Dövlət Universiteti
magistrant
ilkanasuleymanova0118@gmail.com
Çoxdilli mühitdə dil seçimi və sosial faktorlar
Xülasə
Çoxdilli şəraitdə dilin seçilməsi insanın daxil olduğu sosial mühit, mədəni kontekst və cəmiyyətdəki qarşılıqlı münasibətlər sistemi ilə birbaşa əlaqəlidir. Gündəlik ünsiyyətdə müxtəlif dillərdən istifadə edən fərdlərin bu seçimi təsadüfi xarakter daşımır; əksinə, ailə mühiti, təhsil prosesi, peşə fəaliyyəti və sosial mövqe kimi faktorların təsiri ilə formalaşır. Məsələn, bir şəxs ev daxilində ana dilində ünsiyyət qurduğu halda, rəsmi və ictimai sahələrdə daha geniş istifadə olunan və ya nüfuzlu sayılan dili üstün tuta bilər. Bu isə göstərir ki, dil davranışı situasiyaya uyğun olaraq dəyişir. Digər tərəfdən, çoxdillilik müxtəlif cəmiyyətlər arasında əlaqələrin genişlənməsinə, həm mədəni, həm də iqtisadi münasibətlərin inkişafına əhəmiyyətli təsir göstərir. Bununla belə, bəzi hallarda dil seçimi sosial bərabərsizlik, müəyyən dillərin üstün mövqeyə malik olması və ya assimilyasiya kimi problemləri də ortaya çıxara bilər. Beləliklə, çoxdilli mühitdə dil seçimi yalnız fərdi qərar deyil, eyni zamanda sosial və mədəni amillərin qarşılıqlı təsiri nəticəsində yaranan mürəkkəb bir proses kimi qiymətləndirilir.
Açar sözlər: çoxdillilik (polilinqvizm), dil seçimi, sosial faktorlar, dil mühiti, dil davranışı