ELMİ TƏDQİQAT
Beynəlxalq onlayn elmi jurnal
İmpakt Faktor: 0.543
___________________________________________________
Jurnal elmin bütün sahələrini əhatə edir
Məqalə Azərbaycan, İngilis dillərində qəbul olunur
Yenilik! Hər bir müəllifə CROSSREF təşkilatı tərəfindən beynəlxalq sertifikat verilir!
Jurnal https://aem.az/ saytında və “CROSSREF” təşkilatının
https://search.crossref.org/ bazasında onlayn çap olunacaq
Məqalə çapı ödənişlidir
- Məqalələr A4 formatda 14 ölçüdə, 1.5 sətirlərarası intervalla, Times New Roman şrifti ilə yazılmalı, səhifənin aşağı, yuxarı və yan tərəflərində 2 sm boşluq buraxılmalıdır
- Məqalənin həcmi 8-25 səhifə olmalıdır
- Məqalədə müəllifin adı, atasının adı və soyadı /məs.: Əli Məmməd oğlu Vəliyev/, iş yeri /tam şəkildə/, ölkə və şəhər, müəllifin elmi dərəcəsi və elmi adı, şəxsi elektron ünvanı və telefon nömrəsi /məqalənin başlığından əvvəl sağ tərəfdə/ göstərilməlidir. Təhsilini davam etdirən müəllif təhsil pilləsinə uyğun olaraq özü haqqında məlumatda doktorant, magistrant və ya bakalavr olduğunu qeyd etməlidir. Hal-hazırda heç bir yerdə təhsil almayan və elmi dərəcəsi olmayan müəllif bu məlumatı qeyd etmədən /yalnız yaşadığı şəhər və ölkəni qeyd etməklə/ məqalə təqdim edə bilər
- Məqalənin əvvəlində Azərbaycan və ingilis dillərində 7-8 cümlədən ibarət Xülasə yazılmalıdır. Ingilis dilində yazılan Xülasənin əvvəlində müəllifin adı, ata adı və soyadı ingilis dilində qeyd olunmalıdır
- Açar sözlər /5 sözdən az olmayaraq/ Azərbaycan və ingilis dillərində yazılmalıdır
- Məqalədə Giriş və Nəticə hissələri yazılmalıdır
- Ədəbiyyat siyahısı 8 mənbədən çox olmalı və latın qrafikası ilə (transkripsiya edilərək) yazılmalıdır
- Ədəbiyyat siyahısı əlifba sırası ilə verilməlidir. Nümunə: Rəcəbli, Ə. (1999), Bakı, Elm
- İstinadlar mətnin daxilində mötərizədə verilməlidir. Mətndə fikrin müəllifi göstərilmədikdə bu qaydada /Axundov A. 2005: 201/; göstərildikdə isə bu qaydada: A.Axundov… /2017: 205/ qeyd olunmalıdır
- Elmi dərəcəsi olmayan müəllif məqalənin sonunda göstərilən ardıcıllıqla rəyçinin elmi dərəcəsini, adını və soyadını qeyd etməlidir
E-poçt: [email protected]
________________________________________________________________
Redaksiya ünvanı: Bakı ş., Mətbuat pros., 529
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50 209 59 68
+994 55 209 59 68
+994 12 510 63 99
Baxış:
2 405
© Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdi.