Xəyal Sahib oğlu Abbaszadə
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Magistrant
abbaszadexeyal4@gmail.com
FÖVQƏLADƏ VƏZİYYƏT ŞƏRAİTİNDƏ İNSAN HÜQUQ VƏ AZADLIQLARININ
MƏHDUDLAŞDIRILMASI VƏ PROSESSUAL TƏMİNATLAR
MƏHDUDLAŞDIRILMASI VƏ PROSESSUAL TƏMİNATLAR
Xülasə
Bu məqalədə əsas insan hüquq və azadlıqlarının fövqəladə vəziyyət şəraitində məhdudlaşdırılmasının prinsip və şərtləri təhlil olunmaqla, ümumilikdə fövqəladə vəziyyətin anlayışı, bu vəziyyətdə dövlətin öhdəlik götürdüyü vəzifələrin icrasından geri çəkilməsinin şərtləri, fövqəladə vəziyyət şəraitində hüquqların məhdudlaşdırılmasının xarakterik cəhətləri təhlil edilir, beynəlxalq hüquqi sənədlərdə təsbit olunmuş təminatların növlərinə nəzər salınaraq xüsusilə prosessual hüquqi təminatların mahiyyəti açıqlanır, fövqəladə vəziyyət şəraitində hüquq və azadlıqların məhdudlaşdırılmasında beynəlxalq hüququn yeri və rolu aydınlaşdırılır, normal şəraitdə, eləcə də fövqəladə vəziyyət rejimində yol verilən məhdudiyyətlər və deroqasiya hüququ şərh olunur. Məqalənin məqsədi eyni zamanda, əsas insan hüquq və azadlıqlarının fövqəladə vəziyyət şəraitində məhdudlaşdırılmasının özünə məxsusluğuna diqqəti cəlb etmək, bu istiqamətdə dövlətlərin xüsusi öhdəliklərini və müvafiq təminat mexanizmlərini, eləcə də ekstremal hallarda tətbiq edilən məhdudiyyətlərə dair mövcud beynəlxalq hüquq normalarını təhlil etmək və mövcud çatışmazlıqları müəyyən etməkdən ibarətdir.
Açar sözlər: Fövqəladə vəziyyət, beynəlxalq hüquq, insan hüquq və azadlıqları, məhdudlaşdırma, öhdəliklər, geriçəkilmə, prosessual təminat, konvensiya.
Khayal Sahib Abbaszade
THE RESTRICTION OF HUMAN RIGHTS AND FREEDOMS IN A
STATE OF EMERGENCY AND PROCEDURAL GUARANTEES
STATE OF EMERGENCY AND PROCEDURAL GUARANTEES
Abstract
This article examines the principles and conditions of restriction of human rights and freedoms in a state of emergency, the concept of a state of emergency, the conditions of derogation from their obligations of the states in this situation, the characteristics of the restriction of rights in a state of emergency. The place and role of international law in the restriction of rights and freedoms in a state of emergency, in particular, the essence of procedural legal guarantees is clarified, the restrictions and the right to derogation under normal circumstances, as well as in a state of emergency are explained. The purpose of the article is to draw attention to the specific nature of the restriction of fundamental human rights and freedoms in a state of emergency, to analyze the specific obligations of states and relevant guarantee mechanisms existing in international law and to identify existing shortcomings.
Key words: A state of emergency, international law, human rights and freedoms, restriction, obligations, derogation, procedural guarantees, convention.
MƏQALƏNİ YÜKLƏ
[148.95 Kb] (yüklənib: 28)
Baxış:
480