Nurlan Ramiz oğlu Məmmədov
Bakı Slavyan Universiteti
doktorant
nurlan.mammadov.r@bsu-uni.edu.az

AZƏRBAYCANDA ƏLAVƏ TƏHSİLİN TƏŞKİLİNİN ƏSAS İSTİQAMƏTLƏRİ
 VƏ TƏŞKİLİ MODELLƏRİNƏ DAİR

Xülasə
 Bazar iqtisadiyyatının və yeni iqtisadi münasibətlərin formalaşması, yüksəksürətli informasiya və yüksək texnologiyaların inkişafı ilə əlaqədar olaraq cəmiyyətin hər bir fərdi şəxsi istər sosial, istər iqtisadi, istərsə də mədəni sahədə köklü dəyişikliklərin bilavasitə iştirakçısına çevrilir. Yeni qlobal və meqa iqtisadi institutlar yeni iş formaları, bilik və bacarıqlar yaradır, təkmilləşdirir, tələb edir və qiymətləndirir. Bu zaman kapital maddi resurslara deyil, əmək ehtiyatlarına və sosial resurslara qoyulur. Qloballaşan dünyada bilik və informasiya sürətlə dəyişdiyindən, bir dəfəlik təhsil insanın bütün həyatı boyu inkişafını təmin edə bilmir. Hətta ən qabaqcıl təhsil sistemində belə əldə edilən biliklərin əksəriyyəti tədris prosesi başa çatdıqdan bir müddət sonra öz aktuallığını itirir. Hazırda elm və texnika elə sürətlə inkişaf edir ki, hər il orta hesabla biliklərin 30 faizə yaxını “köhnəlir”, bir neçə ildən sonra peşə və ixtisasların məzmunu inkişafla ayaqlaşmır və zərurət yaranır. Cəmiyyətin sosial, iqtisadi, siyasi, mədəni həyatında fəal iştirak etmək üçün hər bir insanın öz peşə və peşə bacarıqlarını, şəxsi keyfiyyətlərini həm kəmiyyət, həm də keyfiyyət baxımından yeniləməsi, zənginləşdirməsi və dövrün tələblərinə uyğunlaşdırması zəruri olur. Azərbaycan Respublikasında əlavə təhsilin tarixinin öyrənilməsi təhsilin fasiləsizliyi prinsipi əsasında yeni modellər əsasında əlavə təhsilin daha səmərəli təşkilinin işlənib hazırlanmasına yeni baxışın və konsepsiyanın formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Açar sözlər: dövlət proqramı, təhsil islahatları, ixtisasartırma, ixtisasartırma, stajkeçmə, yaşlıların təhsili

Nurlan Ramiz Mammadov

On the main directions and organizational models of the organization
 of additional education in Azerbaijan
Abstract
In connection with the formation of a market economy and new economic relations, the development of high-speed information and high technologies, each individual of the society becomes a direct participant in fundamental changes in both social, economic and cultural spheres. New global and mega economic institutions create, improve, demand and evaluate new forms of work, knowledge and skills. In this case, investment does not invest in material resources, but in labor resources and social capital. As knowledge and information change rapidly in a globalized world, once an education is obtained, it cannot ensure a person development throughout their life. Most of the knowledge gained even in the most advanced education system loses its relevance some time after the completion of the educational process. Nowadays, science and technology are developing at such a pace that every year on average about 30 percent of knowledge ; after a few years the content of professions and specialties does not keep up with development, and there is a need to update it. For active participation in the social, economic, political, cultural life of society, it becomes necessary that each person updates, enriches and adapts to the requirements of the time their professional and professional skills, personal qualities both in quantitative and qualitative terms. The study of the history of additional education in the Republic of Azerbaijan is important for forming a new view and concept of developing a more effective organization of additional education based on new models based on the principle of continuity of education.
Keywords: state programme, education reforms, improvement of professional skill, retraining of specialists, internships, adult education

MƏQALƏNİ YÜKLƏ [4.64 Mb] (yüklənib: 37)


Baxış: 395
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az