DOI: https://doi.org/10.36719/2706-6185/22/46-53
Aynurə Qurbanova
Odlar Yurdu Universiteti
dissertant
SÖYLƏMLƏRİN ÜST QATDA SEMANTİK ƏLAMƏTLƏRİ
Xülasə
Formal feili xəbəri olmayan konstruksiyalar spontanlığın səciyyəvi olduğu danışıq dilində geniş yayılmışdır. Semantik strukturun elementlərindən biri üst qatda ifadə olunmadığı ellipsis hadisəsində ifadə olunmayan elementin yerinin doldurulmasının mənbəyi kimi dialoq və danışığın kontekstləri çıxış edir. Obyektiv gerçəklik situasiyasının hər hansı bir elementinin nominasiya vasitəsi kimi çıxış edən elliptik söyləmlərin formalaşmasında linqvistik kontekstlə müqayisədə konsituasiyanın təsiri daha qabarıqdır. Elliptik söyləmlərin səciyyəvi əlaməti kontekstdə xatırlanmayan, yəni semantik cəhətdən informasiyanın ötürülməsi üçün vacib olmayan feili xəbərin olmaması, konsituasiya və danışığın baş verdiyi situasiya ilə sıx bağlılığıdır ki, məhz bunun sayəsində bu tip söyləmlər kommunikativ cəhətdən funksionallıq əldə edə bilir. Bu tip söyləmlərdə emosiyanın və yaşantıların ifadəsində intonasiya xüsusi rol oynayır - emosionallığın gücü elliptik söyləmlərin struktur baxımdan natamamlığı ilə düz mütənasibdir, yəni söyləm qısa olduqca, onların intonasiyası bir o qədər qabarıq şəkildə ifadə olunur.
Açar sözlər: söyləm, üst qat, semantik struktur, elliptik söyləm, presuppozisiya hadisəsi
Aynura Gurbanova
Odlar Yurdu University
dissertatist
Semantic features of utterance at the upper layer
Abstract
In colloquial speech, constructions without a formal verb are widespread, which are characterized by spontaneity. In the case of an ellipsis, when one of the elements of the semantic structure is not expressed in the upper layer, the source of diolization of the place of the unexpressed element is the contexts of dialogue and conversation. The influence of the constitution is more pronounced than the linguistic context in the formation of an elliptical expression, which acts as a means of nominating any element of the situation of objective reality. A characteristic feature of elliptic utterances is the absence of a verb that is not mentioned in the context, that is, semantically not important for conveying information, and closely related to the context and situation in which the conversation takes place, thanks to which this type of utterance can acquire communicative functionality. Intonation plays a special role in expressing emotions and experiences in these types of utterances. The strength of emotionality is directly proportional to the structural incompleteness of elliptical utterances, that is, the shorter the utterance, the more pronounced their intonation.
Keywords: utterance, superposition, semantic structure, ellipticalu utterance, presuppositional event