DOI: https://doi.org/10.36719/2706-6185/22/159-162
QəhrəmanRüstəmov
Bakı Dövlət Universiteti
magistrant
qehremanr@list.ru
İDMAN YARIŞLARINDA İRQİ AYRI-SEÇKİLİK PROBLEMİNİN HÜQUQİ TƏNZİMLƏNİLMƏSİNİN ANALİZİ
Xülasə
Müasir dövrümüzədək gəlib çatan irqçilik probleləri idman sferasından da yan keçməmişdir. İdmanın ruhuna zidd olan irqçilik onun insanları birləşdirmə funksiyasına birbaşa zərər vurmaqdadır. Bu sahədə mövcud irqçilik problemləri hələ də öz aktuallığını saxlamaqdadır. İdman kifayət qədər mürəkkəb bir sistemdir və bu sistemi təşkil edən ünsürlərin hər birinin hüquqi tənzimlənməyə ehtiyacı vardır. Baxmayaraq ki, istər beynəlxaq konvensiyalarda, istərsə də yerli normativ aktlarda irqçiliyin qarşısının alınması ilə bağlı normativ baza mövcuddur, lakin hal-hazırda irqi ayrı-seçkiliyin qarşısı alına bilməmişdir.
Açar sözlər: idmanda irqi ayrı-seçkilik, idman hüququ, idman yarışları, rasizim, irqçilik, hüquqi mübarizə
Gahraman Rustamov
Baku State University
master student
qehremanr@list.ru
The legal problem of racial discrimination in sports competitions analysis of regulation
Abstract
The problems of racism that have reached our modern times have not bypassed the sports sphere. Racism, which is against the spirit of sport, directly harms its unifying function. The problems of racism in this area are still relevant. Sports is a rather complex system, and each of the elements that make up this system needs legal regulation. Although there is a normative framework for the prevention of racism, both in international conventions and in local normative acts, racial discrimination has not been prevented at present.
Keywords: racial discrimination in sports, sports law, sports competitions, racism, racism, legal battle