DOI: https://doi.org/10.36719/2706-6185/22/163-169
Səlcuq Yusifli
Bakı Dövlət Universiteti
magistrant
KOMMERSİYA SİRRİNİN ANLAYIŞI VƏ MEYARLARI
Xülasə
Hər keçən gün daha da elektronlaşan bir dövrdə kommersiya sirri sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün xüsusi əhəmiyyətə malikdir. Lakin buna baxmayaraq istər beynəlxalq təcrübədə, istərsə də yerli təcrübədə kommersiya sirrinin meyarları birbaşa hüquqi aktlarda ətraflı tənzimlənmir. Belə olduğu təqdirdə isə kommersiya sirrinin meyarları üzrə hüquqi tənzimləmədə mövcud məhkəmə təcrübəsi vacib rol oynayır. Bu məsələ üzrə Azərbaycan Respublikasında isə vahid məhkəmə təcrübəsinin və bu qəbildən olan işlər üzrə əlçatan məhkəmə qərarlarının olmaması kommersiya sirrinin meyarları üzrə qanunvericiliyin müddəalarının tətbiqi zamanı bəzi sualların yaranmasına səbəb olur.
Hazırkı məqalədə kommersiya sirrinin meyarları üzrə Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri xarici dilli mənbələr və xarici məhkəmə qərarları əsasında nəzərdən keçirilir. Bununla hazırkı məqalə çərçivəsində kommersiya sirrinin hər bir meyarını təşkil edən şərtlər ayrı-ayrılıqda təhlil edilir və xarici dilli mənbələrdə olan yanaşmaların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğu nəzərdən keçirilir.
Açar sözlər: kommersiya sirri, kommersiya sirrinin rejimi, kommersiya dəyəri, məxfilik, açıq məlumat
Seljuk Yusifli
Baku State University
master student
yselcuq@gmail.com
Definition and criteria of trade secret
Abstract
Commercial secrecy has a special significance for individuals involved in business activity in an era that is becoming more and more electronic with each passing day. However, the criteria of trade secrets, whether in international practice or local practice, are not directly regulated in detail in legal acts. In this case, however, the existing judicial experience plays an essential role in the legal regulation of the criteria of trade secrets. In the Republic of Azerbaijan, however, the lack of uniform judicial practice and accessible judicial decisions on cases of this kind leads to some questions during the application of the provisions of the legislation on the criteria of trade secrets.
The present article reviews the requirements of the legislation of the Republic of Azerbaijan on the criteria of trade secrets on the basis of foreign-language sources and foreign court decisions. The conditions under each of the criteria of trade secrets within the present article are analysed separately and the approaches in foreign-language sources are reviewed per the legislation of the Republic of Azerbaijan.
Keywords: trade secret, regime of trade secret, commercial value, confidentiality, open data