DOI: https://doi.org/10.36719/2706-6185/34/95-98
Ceyhunə Aslanova
Bakı Dövlət Universiteti
magistrant
ANARIN NƏSRİNDƏ QARABAĞ NİSGİLİ
Xülasə
Anarın rəngarəng mövzulardan ibarət olan yaradıcılığı cəmiyyəti narahat edən, xalqın ümumi mənafeyinə xidmət edən bir çox məsələyə toxunan mövzulardan ibarətdir. Bu mövzular yazıçının xalqla əlaqəsinin daha da möhkəmlənməsində, oxucuların qəlbinə tapdığı yolda uğurla irəliləməsində əsas rol oynayır. Bu səbəbdəndir ki, Anarın əsərləri illər keçməsinə baxmayaraq öz aktuallığını saxlayır. Lirik əsərlərində duyğuların bədii notlarla ifadəsində qazandığı oxucu məhəbbətindən daha çox Anar epik əsərlərində insanın daxili duyğularını qeyri-adi yox, tamamilə təbii və səmimi şəkildə təsvir etməyi bacarmışdır. Bu əsərlər daha çox insanın psixikasının təzahürünün nəticəsi olaraq meydana çıxmışdır. Şübhəsizdir ki, hər bir vətəndaşın qəlbində böyüdüyü vətəninin dərdləri sağalmaz izlər buraxır. Azərbaycan xalqının qəlbinə salınmış izlərdən biri də məhz Qarabağ dərdi idi. Qalibiyyətə qədərki dövrdə bu mövzuya bir çox qələm sahibləri dönə-dönə müraciət etmişdir. Bu yazıçılardan biri olan Anar da Qarabağ, Şuşa mövzusunu əsərlərində dəfələrlə işıqlandırmışdır. Anarın “Otel otağı”, “Ağ qoç, qara qoç”, “Vahimə” və s. əsərlərində bu mövzuya xüsusilə müraciət olunmuşdur. Yazıçının bu əsərlərin fonunda ifadə etdiyi fikir isə nəinki yazıçı, hətta ümumxalq mənafeyinə xidmət edir. Müəllif Kərim Əsgəroğlu obrazının simasında keçmiş xatirələri yenidən oyadaraq hadisələrə vətəndaş mövqeyindən nəzər salmış və etirazını bildirmişdir.
Açar sözlər: Anar, Qarabağ, Şuşa, Otel otağı, Vahimə, Ağ qoç, Qara qoç
Jeyhuna Aslanova
Baku State University
master student
jeyhunaslanova@mail.ru
Karabagh longing in Anar’s prose
Abstract
Anar's creativity, which consists of colorful themes, includes topics that touch on many issues that concern the society and serve the general interest of the people. These topics play a key role in further strengthening the writer's relationship with the people and successfully advancing on the path he finds in the hearts of the readers. This is the reason why Anar's works remain relevant despite the passing of years. In his lyrical works, Anar managed to describe the inner emotions of a person in a completely natural and sincere way, not unusual, rather than the reader's love gained by expressing emotions with artistic notes. These works appeared more as a result of the manifestation of the human psyche. There is no doubt that the troubles of the homeland, where he grew up, leave irreparable traces in the heart of every citizen. One of the traces left in the hearts of the Azerbaijani people was the Karabakh problem. During the pre-victory period, many writers repeatedly addressed this topic. One of these writers, Anar, has covered the subject of Karabakh and Shusha many times in his works. Anar's "Hotel room", "White ram, black ram", "Panic", etc. this topic was especially addressed in his works. The opinion expressed by the writer in the background of these works serves not only the writer's interest, but also the public interest. The author looked at the events from the position of a citizen and expressed his protest by reawakening the past memories in the person of Kerim Asgaroglu.
Keywords: Anar, Karabakh, Shusha, Hotel room, Panic, White ram, Black ram