DOI: https://doi.org/10.36719/2789-6919/33/19-22
Türkan İsmayıllı
Naxçıvan Dövlət Universiteti
filologiya üzrə fəlsəfə doktoru
turkanismayilli@ndu.edu.az
DİLƏ FUNKSİONAL YANAŞMA VƏ KOQNİTİV DİLÇİLİK MODELLƏRİ
Xülasə
Uzun illər dilçilik məsələləri, əsasən təsviri, tarixi-müqayisəli və müqayisəli-tutuşdurma metodları ilə öyrənilmişdir. Lakin dilçiliyin sonrakı inkişafında yeni dilçilik tədqiqatları ortaya çıxmış və bu cür tədqiqatlardan biri dillərdə morfoloji və sintaktik vahidlərə dair qrammatik kateqoriyaların struktur-semantik və funksional kriteriyalarının yeni linqvistik metodlarla öyrənilməsi olmuşdur. Məqalədə XX əsrin əvvəllərində ortaya çıxan strukturalizm məktəblərindən bəhs olunur. Strukturalistlərin dil haqqındakı fikirləri funksionistlərin fikirləri ilə qarşılaşdırılır. Qeyd edilir ki, funksional dilçilik struktur linqvistikanın bir qolu kimi meydana gəlmiş, dili ünsiyyət vasitəsi kimi xarakterizə edən məktəb və cərəyanların cəmidir. Məqalədə dilə funksional yanaşma ilə koqnitiv yanaşma arasındakı fərqlər də analiz edilmişdir. Koqnitiv dilçilik istifadə əsaslı yanaşma olduğu üçün danışıq dilinin istifadəsinin əhəmiyyətini vurğulayır.
Açar sözlər: funksional dilçilik, struktur dilçilik, koqnitiv dilçilik, Praqa dilçilik məktəbi, Kopenhagen dilçilik məktəbi
Turkan Ismailli
Nakhchivan State University
PhD in philology
turkanismayilli@ndu.edu.az
Functional approach to language and cognitive linguistics models
Abstract
For many years, linguistic issues have been studied mainly by descriptive, historical-comparative and comparative methods. However, in the further development of linguistics, new linguistic studies appeared, and one of such studies was the study of the structural-semantic and functional criteria of grammatical categories of morphological and syntactic units in languages with new linguistic methods. The article analyzes the schools of structuralism that appeared at the beginning of the 20th century. The views of structuralists on language are compared with those of functionalists. It is noted that functional linguistics is a sum of schools and currents that emerged as a branch of structural linguistics and characterized language as a means of communication. The article also analyzed the differences between the functional approach to language and the cognitive approach. Because cognitive linguistics is a usage-based approach, it emphasizes the importance of spoken language use.
Keywords: functional linguistics, structural linguistics, cognitive linguistics, Prague linguistics school, Copenhagen linguistics school