DOI: https://doi.org/10.36719/2789-6919/33/47-52
Təranə Hüseynova
Naxçıvan Dövlət Universiteti
teranehuseynova24@gmail.com
AZƏRBAYCAN PROFESSİONAL BƏSTƏKARLIQ YARADICILIĞINDA
ZAKİR BAĞIROVUN YARADICILIĞINA BİR NƏZƏR
Xülasə
Yaradıcılığında Ü.Hacıbəyov ənənələrinə sadiq qalan Z.Bağırov həm də ictimai xadim, folklorşünas, pedaqoq, bəstəkar kimi rol oynamışdır. Onun bu cəhətləri isə yaradıcılığında bir çox cəhətlərin meydana gəlməsi, həm də çoxşaxəli inkişafına səbəb olmuşdur. Onu da qeyd etmək lazımdır ki, bəstəkar öz fəaliyyətini, həm Qərbi Avropa klassik musiqi alətləri, həm də Azərbaycan xalq musiqi alətləri arasında olan çulğalaşma və müqayisə prinsipi üzərində qurur. O, öz yaradıcılığında arfa, fortepiano, klarnet, tar, kamança alətlərinə həsr etdiyi müxtəlif janrlı musiqi əsərlərində bu alətlərin spesifik ifa xüsusiyyətini əsas götürmüşdür. Alətlərə bu cür yanaşma həm də onun bəstəkarlıq axtarışlarının mühüm obyekti kimi ifadələnir. Belə ki, bəstəkar Qərbi Avropa musiqi alətlərinə müraciət edir, onların texniki imkanlarını yüksək səviyyədə nümayiş etdirməyə çalışır. Daha sonra bəstəkar, bu alətlərdə onun texniki imkan qaydalarını xalq musiqi alətlərinə şamil edərək onların ən ümdə ifa-texniki qaydalarını xüsusi ustalıqla nümayiş etdirməyə çalışır.
İstər konsert janrı olsun, və ya opera və musiqili komediya janrları olsun, bəstəkar öz hisslərindən keçən ən ümdə keyfiyyətləri milli xalq mənafeyi baxımından üzə çıxarmışdır.
Bəstəkarın səhnə yaradıcılığı həm müasir, həm də klassik üslub tələblərinə cavab verir. Onun klassik səhnə yaradıcılığı məhz milli zəmin baxımından xüsusi çalarlarla fərqlənir. Belə ki, bəstəkar öz sələflərinin fikirlərinə və yaradıcılıq üslublarına sadiq qalaraq, yeni məişət və ictimai hadisələri müasir, çoxcəhətli avanqard üslubda təqdim edir.
Açar sözlər: Azərbaycan, professional, bəstəkar, janr, konsert, musiqi
Tarana Huseynova
Nakhchivan State University
teranehuseynova24@gmail.com
An overview of Zakir Baghirov’s work in the professional composition of Azerbaijan
Abstract
Z.Baghirov, who remained faithful to the traditions of U.Hajibeyov in his work, also played a role as a public figure, folklorist, pedagogue, and composer. These aspects of his creativity have led to the emergence of many aspects and also to his multifaceted development. It should also be noted that the composer bases his activity on the principle of comparing and comparing both Western European classical musical instruments and Azerbaijani folk musical instruments. In his creations, he took the specific performance characteristics of these instruments as a basis in his musical works of different genres, which he dedicated to harp, piano, clarinet, tar, and kamancha instruments. This approach to instruments is also expressed as an important object of his compositional pursuits. Thus, the composer turns to Western European musical instruments and tries to demonstrate their technical capabilities at a high level. Later, the composer applies the rules of his technical capabilities in these instruments to folk musical instruments and tries to demonstrate their most important performance-technical rules with special mastery.
Whether it is a concert genre, or opera and musical comedy genres, the composer revealed the best qualities of his feelings in terms of national public interest.
The stage creativity of the composer meets the requirements of both modern and classical styles. His classic stage work is distinguished by special shades in terms of the national ground. Thus, the composer, adhering to the ideas and creative styles of his predecessors, presents new domestic and social events in a modern, multifaceted avant-garde style.
Keywords: Azerbaijan, professional, composer, genre, concert, music